Rasim Gənzəli. "Qərib gecələr". Povest. Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Naxçıvan MR Ordubad rayonu Gənzə kəndindən olan, səhhətindəki problemlərə baxmayaraq yazıb-yaradan istedadlı nasirdən maraqlı bir əsər.
Firuzə Məmmədli. “Söz macalı”. Şeirlər toplusu. Bu yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin müxtəlif vaxtlardaqələmə aldığı lirik-poetk əsərlər daxildir.
"Dinlər terroru lənətləyir". Türkiyənin Elmi Araşdırma Vəqfinin Azərbaycan dilində elmi-kütləvi nəşri. Dinindən asılı olmayaraq iman edən hər insanın üzərinə böyük məsuliyyət düsür.Yəhudilər Əhdi-ətiqdə insanları sülhə və dostluğa dəvət edən açıqlamaları göz ardı etməməli, bütün yəhudiləri terrora qarsı mübarizə aparmağa dəvət etməlidirlər.Xristianlar da Allahın razı qalacağı gözəl əxlaqı özlərinə rəhbər edərək, bütün xristianları terrorizmlə mübarizəyə dəvət etməlidirlər.Müsəlmanlar da Allahın Quranda öyrətdiyi gözəl əxlaqa tabe olmalı və İslam dini adından istifadə edilərək terrorizmə müraciət edənlərə qarsı diqqətli olmalıdırlar.
Nurəddin Ədiloğlu. “Mənim Bağdagül nənəm”. (Publisistik məqalələr, esselər, oçerk və hekayətlər). Müəllifin oxuculara təqdim etdiyi bu kitabında toplanmış bədii-sənədli hekayətləri yarıməsrlik bir dövrü əhatə edir.
Etibar Həsənzadə (Salmanov). "Könlümlə söhbət". Kreativ əngəlli gənc istedadın ilk şeirlərindən ibarət yeni poetik toplu. Burada müəllif lirik düşüncələrini poetik dildə izah etməyə çalışır...
Azər Qaraqoyunlu. "Şəhid şahid". Bədii nəsr əsərlər toplusu. Gənc kreativ Azər Qaraqoyunlu sağlamlığında problemləri olsa da fəal ədəbi-mədəni yaradıcılıqla məşğul olur...
Etibar Həsənzadə (Salmanov). "Sevgi bəstəsi". Kreativ əngəlli gənc istedadın yeni şeirlər və bədii nəsr əsərlərindən ibarət poetik toplu. O, "Könlümlə söhbət", "Duyğular dinsin", "Gecikmiş etiraf", "Bir həyat romanı" və "Sevgi bəstəsi" adlı kitabların müəllifidir.
Etibar Həsənzadə (Salmanov). "Duyğular dinsin". Kreativ əngəlli gənc istedadlı qələm sahibinin müxtəlif illərdə qələmə aldığı şeirlər və hekayələrdən ibarət toplu.
Elman Tovuz. "Sən məni yuxuda çağır bir axşam" . Şeirlər toplu. Sağlamlığındakı problemlərə rəğmən, yazıb-yaratmaqdan usanmayan tanınmış şairin yeni kitabı. Bu kitabda müxtəlif illərdə dərc olunmuş şeirlərdən də daxil edilib. "Sən məni yuxuda çağır bir axşam" şair Elman Tovuzun oxucularla dördüncü görüşüdür. Bu kitabda "vüsal" pıçıltılı, "həsrət" haraylı sevgi şeirləri, necə deyərlər, tumurcuqdan yarpaq tökümünə qədər nə varsa, öz əksini tapmışdır. Kitaba əvvəlki nəşrlərdən seçmələr də daxil edilmişdir.
Ağasəlim Pünhanoğlu. "Azərbaycan və dünya musiqi sənətindən". Elmi-kütləvi məqalələr toplusu. Görmə problemləri olan gənc sənətşünasın ilk kitabının elektron variantı...
Yaqub Məğrur. "Keçəl Həmzənin nəvələri". Lətifələr, gülməgələr, yumor və satirik əsərlər. Tanınmış şair-nasir, publisit və qəzetin baş redaktorun yeni kitabı. Qarabağ lətifələri seriyasından I Kitab. Cəbrayıl gülməcələri.
Elman Tovuz “101 qoşma” . Poetik toplu. Tanınmış şair Elman Tovuz “101 qoşma” kitabıyla növbəti dəfə görüşünüzə gəlib. Bu kitabda, adından da məlum olduğu kimi, 101 qoşma toplanıb. Topluya vaxtilə dərc olunmuş şeirlərdən də daxil edilib.
Dadaş Məmmədov. Söhrab Salamzadə. "Komikslər - Mədəniyyətlə dünyanı dəyiş". Kitabın başlıca məqsədi diqqəti mədəniyyət və yaradıcılıq sahələrinin potensial imkanlarına, o cümlədən, bu sektorda mövcud olan problemlərə yönəltməkdən, Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələlərini müəyyən etməkdən ibarətdir.
Yaşar Bünyad. "İblisin busəsi". Roman. Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub.