Kitabda dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, ədəbiyyat və sənət adamlarımızın böyük dostu və xeyirxahı milli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə sənət adamları ilə görüşlərindən, onlara göstərdiyi qayğı və diqqətdən söhbət açılır. Eyni zamanda bir sıra sənət adamlarının Heydər Əliyev haqqında xatirələri və ürək sözləri kitabda öz əksini tapmışdır.
Bəzən belə bir sual yaranır ki, filan əşyanın adı niyə belədir, başqa cür deyil? Görəsən bir adın yerinə başqası olsaydı, nə olardı? Bu barədə çox mübahisələr olub. Lakin tam ortaq məxrəc yoxdur. Ümumiyyətlə, adların yaranmasını insan şüuruna, təfəkkürünə, düşüncəsinə, təsəvvürünə söykənən məntiqi proses hesab etmək olar. Güman etmək olar ki, ilk adlar yarananda, bir-iki səsdən ibarət olmaqla olduqca sadə olublar. Lakin, getdikcə isimlərin sayının artması onların yadda qalmasını çətinləşdirib...
Bu kitabda Amerika ədəbiyyatının klassiklərindən olan Mark Tvenin iki romanı: "Tom Soyyerin macəraları" (1876) və "Heklberri Firmin macəraları" (1885) əsərləri Azərbaycan oxucusuna təqdim olunur.
Fridrix Vilhelm Nitşe. Aforizmləri və haqqında yazılar. "Buz içində yaşamaqdır- fəlsəfə..." "Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır"
Psixoanalizm (materiallar). Şahin Musaoğlu "On altı ilin savaş hekayəsi". Ziqmund Freyd. "O ki qaldı kişi ilə qadının cinsi əlaqəsinə..." Gülnarə Rəfiq. "Ziqmund Freyd - psixoloq-dedektiv"... ERİX FROMM. Psixoanaliz və din.( Freyd və Yunq)
Xalq şairi Cabir Novruz poetik çevirməsində Rusiya poeziyasından seçmələr. M.Lermantov, A.Blok, R.Həmzətov, Y.Yevtuşenko, Y.İsayev, V.Nezval kimi şairlərin şeirləri və poemaları
Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə həsr edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş məqamları tədqiq edilmişdir. Yeni açıqlanan arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının, İ.Stalinin fitvası ilə Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə fəal iştirakının, habelə Güney Qafqaz respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır.
«Seçilmiş əsərləri». 10 cilddə. Doqquzuncu kitab. Yazıçı dəftərindən: Ədəbi-tənqidi, publisistik-elmi məqalələr, esseləri, sənət baxışlarını əks etdirən yazılar, müsahibələr