ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
“Multikultural Azərbaycan”. Elektron Kitab N 55 (15 - 2017)
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyinin hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən, http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır.
Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=176
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi: http://mys.gov.az
Kulturoloji layihənin dəstəkləyən qurum:
Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyi - http://www.yysq.kitabxana.net
Sosial şəbəkə resursumuz:
https://www.facebook.com/groups/yenikreativ/
A.A.Bayrami, M.Q.Əliyev, X.Ş.Ağayev, M.S.Əhədov
"Azərbaycan talışlarının ədəbiyyatı"
Müntəxəbat-antologiya. I cild
A.A.Bayrami, M.Q.Əliyev, X.Ş.Ağayev, M.S.Əhədov
"Azərboyconi tolışon ədəbiyot"
Müntəxəbat-antologiya. I cild
Tərtibatçı və ön sözün müəllifi: Allahverdi Bayrami tədqiqatçı, ədəbiyyatşünas, şair
(Təkmilləşdirilmiş və ynidən işlənmiş e-nəşri)
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
Buraxılışa məsul: İradə Məlikova
"Azərboyconi tolışon ədəbiyot". (Azərbaycan və tolışi zıvındə). l Cild. "Azərbaycan talışlarının ədəbiyyatı". Müntəxəbat-antologiya. I cild. Bu cildə talış folkloru nümunələri, XX əsr və çağdaş talış ədəbiyyatı, talış ədiblərinə aid mətnlər gedib
Kitabın 3 cilddən olması nəzərdə tutulur. Hazırki I cild 3 fəsildən ibarətdir. İ fəsilə talış folkloru və ona aid miniantologiya, II fəsilə XX əsr talış ədəbiyyatı, III fəsilə müasir talış ədəbiyyatı, talış ədibləri ilə müsahibələr, onların yaradıcılıqlarına aid təhlillər, məqalələr və əsərlərindən nümunələr daxil edilmişdir. Kitabda 4 müəllifin- A. A. Bayraminin, M. Q. Əliyevin, X. Ş. Ağayevin, M. S. Əhədovun 25 talış ədibinin həyat və yaradıcılığı haqqında talış dilində yazdıqları 37 məqalə, 4 esse və 2 müsahibə yer almışdır. Növbəti cildlərdə həm də digər müəlliflərin talış ədəbiyyatına aid araşdırmaları toplanacaqdır.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
DƏYƏRLİ KİTAB
Bu gün hamı kimi mən də "Azərboyconi tolışon ədəbiyot" ( Bakı- 2013, 283 səh) kitabının işıq üzü görməsinə sevirəm və onun müəllifi - tədqiqatçı, ədəbiyyatşünas, şair Allahverdi Bayramini ürəkdən təbrik edirəm. Kitab Azərbaycan Respublikası Talış Mədəniyyət Mərkəzinin təşəbbüsü, A.V. Əbilov, F.F. Əboszodə, H.M.Məmmədov, R.Ş.Cəlilovun ümumi redaksiyası altında çapa hazırlanmışdır.
Kitabın elmi redaktoru M. Q. Əliyev, baş redaktoru isə mənəm.
Kitabın 3 cilddən olması nəzərdə tutulur. Hazırki I cild 3 fəsildən ibarətdir. İ fəsilə talış folkloru və ona aid mini antologiya, II fəsilə XX əsr talış ədəbiyyatı, III fəsilə müasir talış ədəbiyyatı, talış ədibləri ilə müsahibələr, onların yaradıcılıqlarına aid təhlillər, məqalələr və əsərlərindən nümunələr daxil edilmişdir. Kitabda 4 müəllifin- A. A.Bayraminin, M. Q. Əliyevin, X. Ş. Ağayevin, M. S. Əhədovun, 25 talış ədibinin həyat və yaradıcılığı haqqında talış dilində yazdıqları 37 məqalə, 4 esse və 2 müsahibə yer almışdır. Növbəti cildlərdə həm də digər müəlliflərin talış ədəbiyyatına aid araşdırmaları toplanacaqdır.
Kitabın ərsəyə gəlməsi Allahverdi Bayraminin ideyasıdır. Bu böyük zəhmətkeş insan bu məqalələri illərdir yığıb və saxlamışdır. Bir gün bu kitabın artıq hazır olduğunu mənə bildirdi və kitabın redaktəsini mənə həvalə etdi. Buna mən də çox sevindim.
Düzü, bu kitabı redaktə etmək ağlıma belə gəlməzdi. Demək olar ki, Allahverdi müəllim məni bu işi görməyə sövq etdi. Allahverdi müəllimin həlimliyi bu işin sürətlə gedişatına geniş təkan verdi. Əvvəlki günlər müəllim tələsirdi kitabı çapa verməyə, sonrakı həftələr Allahverdi müəllim qeydlərimi görəndən sonra bildirdi ki, belə işdə tələsmək olmazmış, dodo. Redaktə edərkən bir şeyi başa düşdüm ki, insan başqasının səhvləri üzərində işləyə-işləyə özü də kamilləşir.
Kitaba böyük ustadımız Fəxrəddin Abbaszadə ön söz yazıb. Mən onları təkrarlamaq istəmirəm. Bu kitabı redaktə etdiyimdə Talış yazarlarının bir qismi ilə yaxından tanış oldum. Elə yazarlar vardı ki, mən ilk dəfə idi onlar haqda burada oxuyurdum. Kitabın ən gözəl məziyyəti bir də ondadır ki, onun vasitəsi ilə biz həm yazarlarımız haqda mülahizələri, həm də ədəbi dilimizi qoruyub saxlamış oluruq.
Kitabda mənim üçün sevindirici hal bizim floklorumuz barədəki yazılar idi. Belə yazıları redaktə etmək heç də asan deyildi mənim üçün. Amma çətin olduğu qədər də şirin idi mənə. Nə qədər sevinsəm də, redaktə zamanı bəzən ağladığım da olub. Bu hissimi sizdən gizlətməyəcəm. Ona görə bu kitabın bir sözünü belə buraxmadan oxusanız, talış yazarlarının təzadlı həyatı ilə tanış olacaqsınız.. Məni ağladan məhrum şairimiz Tofiq İlhamın həyatı, yaşam tərzi oldu. Bu kitab olmasa idi, mən onun haqda heç nə bilməyəcəkdim...Çox heyif, öz yazarlarımız haqda, demək olar, heç nə bilmirik. Tofiq İlham haqda yazını əvvəl redaktə edə bilmədim.
Bilmədim ona görə ki, göz yaşımı sağlaya bilmirdim. Hadisələrin sonunu oxumağa səbrim çatmırdı, sanki hər şeyi tez bilmək istəyirdim. Tofiq İlhamın həyatı məni çox kədərləndirmişdi. Allahverdi müəllim köməyimə çatar- deyə ona zəng etdim ki, müəllim bu hadisənin axırı nə oldu? Sizcə, müəllif mənə nə dedi? " Səbr edin, axıracan oxuyun",-dedi. Nəhayət, göz yaşları ilə həmin hekayəni redaktə etdim.
Yaxşı ki Allahverdi müəllim belə kitabı qələmə alıb. Nə qədər belə məqalə topluları çox yazılsa, yaxşıdır. Yaxşıdır ona görə ki, həm yazarlar haqda məlumatımız olur, həm də xalqımızın ədəbiyyatına, mədəniyyətinə xidmət etmiş oluruq.
Əziz oxucular, mən də bu kitabı redaktə etməklə dilimizə və xalqımıza xidmət etdim.
İradə Məlikova