"Kreativ-mədəni biznes" Analitik-innovativ, iqtisadi-elmi məqalələr toplusu. Toplu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (2019-ci il birinci qrant müsabiqəsi) maliyyə dəstəyi ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində nəşrə hazırlanaraq çap olunur.
Məsud Abadov. "Azərbaycan turizmi və onun inkişaf problemləri". Sahəvi ədəbiyyat. Turizm və otelçilik üzrə maraqlanan şəxslər, eyni zamanda tələbələr üçün dəyərli vəsait.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu. "İnnovasiya fəaliyyəti haqqında bir sıra stimullaşdırıcı mexanizmlər". Elmi-iqtisadi toplu. Kitab Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən işlənilmişdir.
“Ədəbi körpü”. IX sayı. İran - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və müştərək aylıq ədəbi elektron dərginin yeni - IX sayında da otaylı-butaylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın yaradıcılığı təbliğ olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin həyata keçirtdiyi "Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" 5 aylıq İnnovativ layihə haqqında geniş məlumat...
Samid Quliyev, İlkin Yaqubov. "Ruhumuzun qidalandığı məkan-Ləj" . I hissə. Kitabda Lənkəran rayonunun Ləj kəndinin tarixi, iqtisadi, mədəni və sosial həyatı, məişət şəraiti və müxtəlif illərdə baş verən hadisələr qeyd olunmuşdur.
“Ədəbi körpü”. VIII sayı. İran - Güney Azərbaycandan. Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifba ilə. Müştərək aylıq ədəbi elektron dərginin növbəti - 8-ci sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur. İran - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və müştərək aylıq ədəbi elektron dərginin növbəti - 8-ci sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur.
“Gənc qırğız şeiri antologiyası”nın Bakıda, Azərbaycan və qırğızca işıq üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qırğızıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir. “Yeni qırğız şeiri antologiyası” 35 gənc qırğız şairinin şeirlərini Azərbaycan oxucusuna çatdırır.