"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların növbəti poetik toplusu. II kitab. Bu toplu Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.
İmam hafiz Əbu Abdullah Muhəmməd ibn İsmail ibn İbrahim əl-Buxari. "Peyğəmbərin əxlaqı" (əl-Ədəbul-Mufrad və onun şərhi). İki cilddə. İkinci cild. İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Ərəb dilindən tərcümə edən: Əlixan Musayev.
"Ramiz Abutalıbov. Azərbaycan oğullarını Vətənə qaytaran insan". Toplu. Azərbaycan və fransız dilində. Fransada, YUNESKO-da və Rusiyada - Moskvada yaşayan Ramiz Abutalıbovun yaradıcılığına həsr olunan kitab.
"Məhəmmədhüseyn Şəhriyarın şərəfinə". Almanax. Azərbaycan və rus dilində. Rusiyada yaşayıb-yaradan Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət toplusu. Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri.
“Ədəbi körpü”. VII sayı. İran - Güney Azərbaycandan.Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifba ilə. Müştərək aylıq ədəbi elektron dərginin növbəti sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur.
Razil Vəliyev. "Payız yağmuru". Tatarıstanda yaşayan tanınmış ictimai-ədəbi xadiminin Azərbaycan dilində ilk elektron - poetik kitabı: DGTYB-nin nəşri. Tatarıstan Respublikasının Abdulla Tukay adına Dövlət, Musa Cəlil adına Respublika Ödülü laureatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, görkəmli ictimai və dövlət xadimi, xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist Həyat ŞƏMİ çevirib.
Coşğun Qarabulud. "Hardan haraya". Coşkun Karabulut. "Nerden nereye". Türkiyədə yaşayıb-yaradan Azərbaycanəsilli şairin poeziya toplusu. Şair hazırda Türkiyənin Fəthiyədə yaşayıb-yaradır. Azərbaycanı özünün ikinci vətəni bilir.
İmam hafiz Əbu Abdullah Muhəmməd ibn İsmail ibn İbrahim əl-Buxari. "Peyğəmbərin əxlaqı" (əl-Ədəbul-Mufrad və onun şərhi). İki cilddə. Birinci cild. İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Ərəb dilindən tərcümə edən: Əlixan Musayev.
Elcan Məmiyev. "Bir misralıq xatirə". Şeirlər toplusu. Gənc yazarın kitabı: özünün redaktə və təqdimatında. Gənc müəllifin növbəti kitabında yer alan şeirləri muasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən, Qarabağ harayı, Azərbaycan insanının humanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa, sülhə, bərabərliyə səsləyir.