Elmin Nuri. “Cümhuriyyət - anılar və anlar”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə: ədəbi-sənədli kitab. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə!
“Vətən sənsən!” - “Gənc əsgər”: vətənpərvərlik almanaxı. Almanaxda müxtəlif nəsil şair və yazıçıların vətənpərvərlik mövzusunda yeni bədii-poetik nümunələri yer alıb. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyələşdirdiyi, Yeni Yaqzarlar və Sənətçilər İctimai Birliyinin kreativ layihəsi çərçivəsində - ədəbi müsabiqə yekununa uyğun olaraq nəşr edilən topluya münsiflər heyətinin seçimi əsasında fərqləndirilən poeziya və nəsr əsərləri daxil edilib.
“Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği”. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi QHT Şurasının dəstəyi ilə növbəti kreativ layihəsini həyata keçirir.
Güney Azərbaycan. “Ədəbi körpü”. Aylıq ədəbi dərgi. V sayı. Yazılar Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifbalarıyla verilir. Bütöv Azərbaycan qələm adamlarının ədəbi-poetik əsərlərindən ibarət e-nəşr.
Murad Muradov. "Bal köpüyü". Gənc yazarın ilk kitabı: özünün redaktə və təqdimatında. Bu kitabda paytaxt Bakıdan yetərincə uzaqda yerləşən qəsəbələrin birinə təyinatla həkim kimi işləməyə gələn Leylanın, orda kəndin dəlisi kimi tanınan Əzizlə birgə yaşamış olduğu ürəyləri sızıldadan, inanılmaz olaylar əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Akademik İlqar Əliyev, Elman Məhərrəmov. "Azərbaycan Respublikasının dövlət rəmzləri". Yenidən işlənilmiş nəşri. Gənclərin və hərbiçilərin sinə kitabçası.
Güney Azərbaycan. “Ədəbi körpü”. Aylıq ədəbi dərgi. IV sayı. Yazılar Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifbalarıyla verilir. Bütöv Azərbaycan qələm adamlarının ədəbi-poetik əsərlərindən ibarət e-nəşr.
Azadə Novruzova. "Sən mənim ağ kitabım". Vətən mövzulu şeirlər və esselər kitabı. Azadə Novruzovanın «Sən mənim ağ kitabım» adlı şeirlər və esselər toplusunda vətən, sevgi, ictimai məzmunlu yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əkrəm Rəhimli (Bije). "Seyid Cəfər Pişəvəri. Mübarizə burulğanında keçən ömür". Güney Azərbaycan Demokratik Respublikasının banisi haqqında tarixi-elmi araşdırma, hərbi-vətənpərvərlik kitabı.
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları". Ədəbi-publistik, hərbi-vətənpərvərlik kitabı. Kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir.