İmadəddin Nəsimi - 650. "Cahana sığmazam". Müasir Azərbaycan ədəbiyyatının müxtəlif nəsil tanınmış şairləri tərəfindən dahi mütəfəkkir şair İ.Nəsimi mövzusunda qələmə aldıqları lirik-poetik əsərlərindən ibarət almanax.
“Ədəbi körpü”. XI sayı. İranda - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni - XI sayında o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın yaradıcılıq nümunələri yer alıb.
"Kreativ-mədəni biznes". İkinci cild - elektron buraxılış. Analitik-innovativ, iqtisadi-elmi məqalələr toplusu. E-kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (2019-ci il birinci qrant müsabiqəsi) maliyyə dəstəyi ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
“Ədəbi körpü”. X sayı. İran - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni - X sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın yaradıcılığı təbliğ olunur.
Səfa Rəşid. "Ayrılığı sal yadıma..." Şeirlər kitabı. YYSİB Avropa təmsilçisi, İspaniyada yaşayıb-yaradan istedadlı cavan şair Səfa Rəşidin ilk poeziya kitabı.
Tədqiqat qrupu. "Texnoparkların yaradılması üzrə beynəlxalq təcrübə". İqtisadi-elmi tədqiqat. Kitab Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin tədbirlərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən işlənilmişdir.
Uygun Aksoy, İsmet Boz, Həzi Eynalov, Yaqub Quliyev. "Azərbaycanda orqanik kənd təsərrüfatı: hazırkı durum və gələcək inkişaf potensialı". BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının azərbaycanca nəşri.
Nicat Qafarlı. “Biznesdə innovasiya fəaliyyətinin təşkili prinsipləri”. Elmi araşdırma. İnnovasiya yönümlü inkişafın formalaşmasının nəzəri əsaslarına həsr olunmuş elmi vəsait.
Nəzrin Babazadə. “Biznesin rəqabət üstünlüklərinin təmin edilməsində innovasiya prosesinin rolu”. Elmi araşdırma. Biznes sferasında innovasiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə müasir yanaşmaların tətbiqinə dair.
Əli Əlirzayev. "Turizm iqtisadiyyatı və idarə olunması". Sahəvi ədəbiyyat - elmi-iqtisadi kitab. Azərbaycanda turizm və onun müxtəlif iqtisadi istiqamətləri hazqqında monoqrafik əsər. Turizm sahəsinin peşəkarları üçün elmi vəsait.