İmam Əbu Zəkəriyya Yəhya ibn Şərəf ən-Nəvəvi. "Qırx hədis və şərhi". Oxuculara təqdim olunan bu kitabda İslam dininin hər bir sahəsini əhatə edən hədislər toplanmışdır. Bu səbəbdən də İslam dinini öyrənmək istəyən hər kəsə məsləhətdir ki, elmin ilkin mərhələsində, bu kitabdakı hədisləri, şərhi ilə birlikdə oxuyub-öyrənsin, onları əzəbərlədikdən sonra başqalarına da öyrətsin. Bu kitab yazıldığı gündən bəri, İslam alimləri onu təqdirəlayiq hesab etmiş, onu çox tərifləmiş və öz tələbələrinə onu oxuyub-öyrənməyi məsləhət görmüşlər.
“Ədəbi körpü”. Aylıq ədəbi e-dərgi. XllI sayı. İranda - Güney Azərbaycanda hazırlanaraq yayımlanır və aylıq ədəbi elektron dərginin yeni - XIll sayında da o taylı-bu taylı müxtəlif düşüncəli yaradıcı adamlarımızın ədəbi-bədii nümunələri yer alıb.
"İmadəddin Nəsimi - 650". "Azərbaycan Şərqşünaslığı" elmi-kütləvi jurnalın dahi mütəfəkkir şair İmadəddin Nəsiminin fəlsəfəsinə, hürufizmə həsr olunmuş xüsusi buraxılışı.
Məlahət Hümmətqızı. "Qız anası". Povest və hekayələr kitabı. Bu nəşr Məlahət Hümmətqızının sayca üçüncü və ilk nəsr kitabıdır. Kitaba daxil edilmiş povest və hekayələrin əsas mövzusu qadın taleyidir.
Nurəddin Ədiloğlu. “Taxt və tabut”. Tarixi roman. Tarixi romanda İmadədin Nəsiminin yaşadığı orta əsrlər Bütöv Azərbaycanında ictimai-siyasi, sosial-mədəni, dini-tarixi gedişatlar işığında Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr edilmişdir.
"Ədəbi körpü". İmadəddin Nəsiminin 650 illik yübileyinə həsr olunmuş xüsusi buraxılışı. XII sayı. İran - Güney Azərbaycanda hazırlanan elektron ədəbi dərgi. Azərbaycan dilində, mətnlər, cənubda yaşayan soydaşlarımıza görə, ərəb qrafikalı əlifbayla da verilir.
"Əsgərə məktublar". Hərbi-vətənpərvərlik toplusu. Şair və nasirlərin müxtəlif janrlarda - əsgərlərə ünvanlanmış sevgi dolu əsərləri. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə çərçivəsində hazırlanmışdır.