Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əsgərə məktublar". Hərbi-vətənpərvərlik toplusu. Şair və nasirlərin müxtəlif janrlarda - əsgərlərə ünvanlanmış sevgi dolu əsərləri.

Müəllif:

Bələdçi


Kateqoriya:

Elmi-fəlsəfi, kulturoloji, filoloji və ədəbi-mədəni nəşrlər



Qısa Təsvir:

"Əsgərə məktublar". Hərbi-vətənpərvərlik toplusu. Şair və nasirlərin müxtəlif janrlarda - əsgərlərə ünvanlanmış sevgi dolu əsərləri. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə çərçivəsində hazırlanmışdır.


Baxış sayı: 660
    
    


www.kitabxana.net  -  Milli Virtual-Elektron Kitabxana

 

 “Qayğı və Himayə” Xeyriyyə Fondunun təqdimatında

 

“Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə. Elektron kitab N 103  (2019)

 

  Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə I-ci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə çərçivəsində, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın dəstəklədiyi 3 aylıq İnnovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır. 

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar

 

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/ 

 

"Əsgərə məktublar"


Hərbi-vətənpərvərlik toplusu


Kitab QHXF tərəfindən e-nəşrə hazırlanıb

  Kitabxana.net - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

 Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq


"Əsgərə məktublar". Hərbi-vətənpərvərlik toplusu. Şair və nasirlərin müxtəlif janrlarda - əsgərlərə ünvanlanmış sevgi dolu əsərləri. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə çərçivəsində hazırlanmışdır. 


"Əsgərə məktublar"


Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir, müstəqil dövlətimiz Azərbaycan insanının, xüsusilə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına yönəli layihələri birmənalı və davamlı olaraq həmişə dəs­tək­lə­yir. Vətənpərvərlik hissinin yüksəldilməsi ordu quruculuğu siyasətimizin aparıcı xəttini təşkil edir.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının rəhbərliyi də bu siyasətin davamı olaraq yeniyetmə və gənclərimizin mənəvi, eləcə də vətənpərvərlik tərbiyəsinin formalaşmasına yönəli layihə və tədbirləri sistemli, ardıcıl şəkildə həmişə dəstəkləyir. Eyni zamanda Vətənin keşiyini çəkən, onun şərəfini ləyaqətlə qoruyan əskər və zabitlərimizlə mülki vətəndaşların, eləcə də şair və yazıçıların mütəmadi olaraq isti münasibətlərini, geniş əlaqələrini yaratmaq “Qayğı və Himayə” fondunun da xüsusi önəm verdiyi bir mövzu olub. Bu baxımdan “Qayğı və Hima­yə” fondu “Vətən oğlu – yazıçı və şairlərin əskərlərə məktub­ları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihənin yerinə yetirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri kimi qəbul edir. Eyni zamanda belə bir mövzuda layihənin həyata keçirilməsi üçün fondumuza dəstək verən Qeyri-Hö­kumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbər­li­yinə dərindən təşəkkür edirik.

Əbədi-əzəli torpaqlarımızın 20 faizinin Ermənistanın tə­cavüzünə məruz qaldığı, Xankəndi, Şuşa, Ağdam, Füzuli, Xocalı, Zəngilan, Cəbrayıl itkisi yaşadığımız bir vaxtda vətənin keşiyində ayıq-sayıq dayanan mərd, Koroğlu, Babək qüdrətli əskər və zabitlərimizlə xalqımızın, bütün Azərbaycan insanlarının həmrəyliyini daha da sıx şəkildə ifadə etmək üçün bu layihənin həyata keçirilməsini zəruri hüsab edirik. Bilirik ki, Azərbaycan dövləti, ilk növbədə ölkəmizin başçısı ordu sıralarında xidmət göstərən əskər və zabitlərimizin dö­yüş qabiliyyətinin yüksəldilməsi üçün hər cür şərait yaradıb. Bütün səviyyələrdə əskərlərimizə xüsusi diqqət və qayğı göstərilir. Belə bir şəraitdə mülki vətəndaşlarımızın, xüsusilə, yazıçı və şairlərin, bütövlükdə, yaradıcı insanların əskərlərlə əlaqəsi daha çox mənəvi dəstək zərurətindən irəli gəlir. Bu məktublarla tanış olan əskərlərimiz əmin olurlar ki, hər bir azərbaycanlı, o cümlədən sənət adamlarımız hər bir əskəri öz doğma balası hesab edir, onları düşünür, yada salır və onlara güvənir.

Müasir dövrdə Azərbaycan Milli Ordusunun hərbçiləri - əskər, gizir, matroslarla yaradıcı adamların ünsiyyəti, “Əskər məktubları” ictimai-mədəni, sosial-kütləvi, ədəbi-poetik aksiya, müzakirələr, sosioloji-ədəbi görüşlər təşkil etməklə mülki şəxslərin – xalqın öz əskər övladına qarşı sevgi və say­ğısı ifadə olunmasına şərait yaradılır. Yeni nəsil nümayən­dələri arasında hərbi-vətənpərvərlik hisslərinin zəifləməsi cəmiyyətin əsas mənəvi promlemlərindən biridir. Qlobal dünyada - sərhədsiz planetdə yaşadığımızdan vətənpərvərlik ideyası, milli-mənəvi dəyərlər az qala yaddan çıxmaqdadır. Halbuki, Qarabağ kimi böyük problemin həlli, işğal altıda olan torpaqların azad edilməsi kimi aktual məsələlərin həllində - Ali Baş Komandan İlham Əliyevin savaş əmrinə hazır olan gələcəyinə igid qəhrəmanlarının, Mübariz İbrahi­movlarının yetişdirilməsində yazıçı və şairlərin xüsusi rolu var. Son illərdə liberal dəyərlərin həmlələri ictimai-sosial münasibətlərin – ictimai psixologi vəziyyətin əsası kimi çıxış edən milli-mənəvi dəyərlər fəlsəfəsinin get-gedə zəifləməsinə aparıb çıxarır. Gənclərin, əskərlərin milli-mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsi, Vətənə sevgi ruhunda köklənməsi üçün yaradıcı insanlardan yararlanaraq, ictimaiyyətimizin hərbçilərə ünvanlanmış müraciətləri-məktubları, eləcə də diqqətinizə təqdim edilən bu kitabın geniş cəmiyyətə çat­dırıl­ması, ictimai-mədəni müzakirələrin təşkil olunması, əsər­lər­dən ibarət e-toplunun hazırlanması, internet resurslarında yayımı əsas məqsədlərdəndir.

Hərbi-vətənpərvərlik və gənclərimizin təlim-tərbiyəsinə ədəbiyyatçıların rəng qatması, milli-mənəvi dəyərlərin həm də bizi birləşdirən ideoloji platforəma kimi inkişafına təkan vermək, eyni zamanda Milli Ordumuzu qələbəyə səsləmək, ordu ilə xalqımızın sarsılmaz birliyini əyani şəkildə nümayiş etdirmək, ədəbi-sosioloji hərəkatla cəmiyyətin diqqətini əskərlərimizə yönəltmək, yeni nəslin mənəvi-ruhi, ictimai-psixoloji uçurumlardan qorumaq kimi vəzifələrin həllinə çalışılacaq, bu istiqamətlərdəki boşluqları aradan qaldırmaq üçün ədəbi-sosial aksiyaların önəmini nümayiş etdirəcək.

 

Gülayə Rzayeva,

 

“Qayğı və Himayə” Xeyriyyə Fondunun sədri



DİQQƏT

 

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Fondu tərəfindən həyata keçirilən “Vətən oğlu – yazıçı və şairlərin əsgərlərə məktubları: ədəbi-bədii, hərbi-vətənpərvərlik aksiyası” adlı layihə çərçivəsində hazırlanmışdır.