Memmed İsmayıl. “Unuttuğun yerdeyim” (Seçilmiş şiirler). Məmməd İsmayıl. "Yoxun varlığı" (Seçilmiş şeirlər). Türkçe çeviren: İmdat Avşar. Tanınmış Azərbaycan şairinin doğma ana dilində və qardaş türkcə seçilmiş şeirləri...
Esxil. "Seçilmiş əsərləri". Çağdaş Azərbaycan oxucusuna ana dilində təqdim olunan bu kitaba Antik yunan ədəbiyyatının görkəmli nümayəndəsi Esxilin "Zəncirlənmiş Prometey", "Aqamemnon", "Xoeforlar" və "Emenidlər" faciələri daxil edilmişdir.
"Seçilmiş əsərləri". Beş cilddə. III cild. Elmi irsimiz seriyası N 05 (96 - 2012). AMEA-nın müxbir üzvü, professor N.Cəfərovun türkologiya, Azərbaycan Türk dünyasındakı etnokulturoloji, siyasi-mədəni mövqeyinə həsr olunmuş elmi əsərləri daxil edilib... "Elmi irsimiz" N 05
Məhəmməd ibn Həsən Nəsrəddin Tusi. "Təzkirə" ("Ağazü əncam" - "Məbdə' və məad" - "Başlanğıc və son"). Filosofun fars və ərəb dillərindən çevrilən bu əsərində dini-fəlsəfi və İslam fəlsəfi haqqında intellektual düşüncələri yer alıb... İlk dəfə tərcümə olunur...
Afak Şıhlı. "Dostlarım, bana da bahar gönderin" (türkcə). Afaq Şıxlı. "Dostlarım, mənə də bahar göndərin". Türk və Azərbaycan dilində şeirlər kitabı. Gənc yazarın e-kitabı silsiləsindən növbəti e-nəşr.
Mir Jalal. (1908-1978) "Dried Up In Meetings" (Prose). Görkəmli Azərbaycan xalq yazıçısı və ədəbiyyatşünas-alimi Mir Cəlalın ingilis dilində hekayələr kitabı... YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 33 (86 - 2012)
"Azərbaycançılıq" (Tanınmış azərbaycanlılar haqqında qısa ensiklopedik kitab). Azərbaycan Respublikası Prezident İşlər İdarəsi - Prezident Kitabxanasının elektron nəşri...
Bəxtiyar Tuncay. "Qafqaz Albanlarının dili və ədəbiyyatı"... Əsərin ən diqqətçəkici özəlliklərindən biri də odur ki, burada Qərbi Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mənbələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsasını qoyacaqdır.
Aynur Lətifova. “Tənhalar klubu” (Povest).Fuad sevgilindən ayrıldıqdan sonra bir klub açmağa qərara alır. O düşünür: əgər tənhadırsa, niyə də tənha insanları birləşdirəcək bir məkan olmasın? Beləliklə Fuad Tənhalar klubu adlı bir məkan yaradır. Əsər yalqız bir adamın və tənha insanların kədərli hekayəsindən bəhs edir.
Georges Simenon. "Hollanda'da bir cinayet" - "Hollandiyada bir cinayət". Dünya detektiv ədəbiyyatının tanınmış nümayəndəsindən türk dilində maraqlı bir əsərini təqdim edirik...
Füzuli Yavər. "Robinzon adasında Yeni l şənliyi" (Uşaqlar üçün pyes). Yeni il şənliyi üçün əyləncəli, bir pərdəli, iki şəkilli pyes. Yeni il şənliyinə qonaq kimi dəvət edilmiş amerikan məktəbliləri təyyarə qəzasına uğrayaraq uzaq, tənha bir adaya çıxırlar. Burda onlar maraqlı macəralarla qarşılaşırlar. Fantaziya-detektiv
Firuzə Çiçək. "Xəyanət qoxusu". Gənc yazarın kitaba daxil edilmiş ilk hekayəsi "Gecikmiş qisas"da Xocalı faciəsi zamanı əsir götürülmüş körpənin terrorçu kimi yetişdirilməsivə sonrakı taleyindən bəhs olunur. Bu əsərdə Azərbaycanın MTN əməkdaşlarının şücaətindən də danışılır... Digər irihəcmli nəsr əsərində - "Xəyanət qoxusu" povestində isə dostluğa xəyanət, sevgi, ədalət kimi məsələlər öz əksini tapmışdır...
“Dünyanın söz xəzinəsindən yarpaqlar”... Gənc tərcüməçi Tovuz Teymurovanın çevirmələrindən ibarət Türk Dünyası yazarlarının hekayə antologiyası Eləcə də dünya ədəbiyyatından seçmələr: Poeziya, düşüncələr, bədii roman...
"Kulturoloji - alternativ düşüncələr" adlı kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2007-ci ildə nəşr olunub. Respublikamızın əksər ictimai kitabxanalarına paylanılıb. Modern kulturologiya sahəsinə aid bu kitabdakı elmi-intellektual materiallar dünyanın mədəniyyət vasitəsiylə dərki, sənət və ədəbiyyat hadisələrinin fəlsəfəsini aydınlaşdırmaq, yeni - fərqli kulturoloji baxışların formalaşdırılması, polemik-yaradıcı düçüncəmizin inkişafı baxımdan maraqlı mənbə sayıla bilər... Bəsti Əlibəyli . Mətnə sədaqət və tənqid mədəniyyəti.