ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Esxil
"Seçilmiş əsərləri"
Esxil. Seçilmiş əsərləri. tərc.: R. Rza, Ə. Q. Məmmədxanlı, Ə. Sadıq ; tərt. Ə. Sultanlı ; red. T. Novruzov ; bur. məs. U. Rəhimoğlu. - təkrar nəşr. - Bakı : Avrasiya Press, 2006. - 200 s. ; 21 sm. - (Dünya ədəbiyyatı).
Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərancamı ilə nəşr olunur və ölkə kitabxanalarına hədiyyə edilir.
- ISBN 9952-421-37-9. - ISBN 978-9952-421-37-8
Yunan ədəbiyyatı
Esxil e. ə. birinci minilliyin ən qudrətli yazılarından sayılır. O, yunan faciəsinin əsasını qoymuşdur. Cox zəngin ədəbi irsi olan Esxil rəvayətə gorə yuzə yaxın əsər yazmışdır. Ancaq onun dovrumuzə qədər cəmi yeddi faciəsi gəlib catmışdır. Muasir azərbaycan oxucusuna təqdim olunan bu kitaba Esxilin "Zəncirlənmiş Prometey", "Aqamemnon", "Xoeforlar" və "Emenidlər" faciələri daxil edilmişdir.
Esxil
Esxil yunan faciəsinin banisidir. E.ə. 525-456-cı illərdə yaşamışdır. Yunanıstanda anadan olmuşdur. e.ə.456-cı ildə Siciliyada vəfat etmişdir. Onun əsərlərindən yeddisi dövrümüzə qədər gəlib çatmışdır. Bunlar "Zəncirlənmiş Prometey", "Aqamemnon", "Xoeforlar", "Evmenidlər", "Xahiş edənlər", "Farslar", "Fiv əleyhinə yeddi sərkərdədir". Bu əsərlərdə allahların müdaxiləsi Esxilin kiçik müasirləri Sofokl və Evripidin əsərlərindən daha çoxdur. Esxil əsərlərinin çövzuları əsatirlərdən götürülmüşdür: "Zəncirlənmiş Prometey" Prometeylə bağlı əsatirdən "Oresteya" trilogiyası ("Aqamemnon", "Xoeforlar", "Evmenidlər") Troya əsatirlər silsiləsinin dönüş hissəsindən "Fiv əleyhinə yeddi sərkərdə" "Fivan" əsatirindən alınmışdır. "Xahiş edənlər Danayın qızlarından bəhs edərək demokratiyanı təbliğ edir. "Farslar" daha müasir mövzuludur. Yunan-İran müharibələrindən bəhs edir. "Zəncirlənmiş Prometey" əsəri "Od oğurlayan Promtey", "Zəncirlənmiş Prometey", "Azad olunmuş Prometey" əsərlərindən ibarət "Prometey" trilogiyasının ikinci hissəsidir. "Fiv əleyhinə yeddi sərkərdə" Edipin oğulları Eteokl və Polinikin müharibəindən bəhs edir.