Fəxrəddin Ziya. "Şeiriyyətim, şeirim". Poetik toplu. Altımış illik ömrünün, qırx illik yaradıcılıq yolunun bir hissəsini işıqlandıran bu kitabda Fəxrəddin Ziyanın müxtəlif illərdə və son zamanlar yazdığı şeirlər, qəzəllər və mahnı mətnləri toplanılıb.
Könül Dənziyeva. "Azərbaycan dilində toy mərasimi leksikası" (Lənkəran bölgəsinin materialları əsasında). Elektron kitab gənc alimin "Azərbaycan dilində toy mərasimi leksikası" (Lənkəran bölgəsinin materialları əsasında) mövzusunda namizədlik dissertasiyası əsasında nəşrə hazırlanıb. Vocabulary of the wedding ceremonies in Azerbaijani language: (based on the Lankaran region)
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. IV cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Dördüncü cilddə (ən yeni dövr) isə XX əsrdən bu günümüzədək türk dünyasının böyük sənətkarlarından Cambul Cabayev, Səməd Vurğun, Nazim Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Məhəmmədhüseyn Şəhriyar və digərləri haqqında məlumatlar, əsərlərindən nümunələr toplanmışdır.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. III cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Üçüncü cilddə (yeni dövr) XVI-XVII əsrlərdən başlamış türk xalqlarının dastanları, o cümlədən "Koroğlu" dastanı, Molla Pənah Vaqifin yaradıcılığından nümunələr, türkmən ədəbiyyatının böyük nümayəndəsi Məhtumqulu Fəraqi yaradıcılığından seçmələr, Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" dramı, qazax ədəbiyyatı tarixində realist düşüncənin əsasını qoyan Abay Kunanbayevin şeirləri, Tofiq Fikrətin şeirlərindən seçmələr, Mirzə Ələkbər Sabirin "Hophopnamə"si, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal" hekayələri, "Ölülər" komediyası və s. verilmişdir.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. II cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. İkinci cilddə (orta dövr) türk xalqlarının XIII əsrdən XVII əsrin əvvəllərinə qədər olan dövrü əhatə edən adət-ənənələri qələmə alınmışdır. Kitabda türk ədəbiyyatı tarixinin orta dövründə formalaşan və ən yeni dövrün əvvəllərinə qədər ideyalarla, süjetlərlə zənginləşmiş akın-ırçılar (manasçılar) tərəfindən yüksək sənətkarlıqla ifa olunmuş "Manas" eposu təqdim olunmuşdur. Bu cilddə Yunus İmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli və Mahmud Baqinin əsərləri barədə də məlumatlar yer almışdır.
"Türk xalqları ədəbiyyatı". Dörd cilddə. I cild. Nəşrə hazırlayanı: Nizami Cəfərov. Birinci cilddə (qədim dövr) qədim türk eposu, şeiri və nəsrindən nümunələr, "Kitabi-Dədə Qorqud", Əhməd Yəsəvinin "Divani-hikmət" nəsihətamiz əsəri, Nizami Gəncəvinin "İsgəndərnamə" poeması və sairə verilmişdir.
Niyaz Niftiyev. "Azərbaycanda birgəyaşayış və multikulturalizm". Yeni nəsil intellektuallarından sayılan araşdırmaçı Niyaz Niftiyevin bu tədqiqat əsərində ölkəmizdəki tolerantlıq mühiti və mutikulturalizm dəyərləri araşdırılır.
Ramiz Mehdiyev. "Tarixi idrakın elmiliyi problemlərinə dair". Рамиз Мехтиев. "К вопросу о проблемах научности исторического познания". Akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinə elmi-multikultural baxışları əks olunan monoqrafik kitabı.
"İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti". Uşaqlar üçün incəsənət ensiklopediyası. E-təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb. Elektron kitab N 03-61 (33- 2015)
Elnarə Akimova. "Yeni təfəkkür və ədəbi tənqid". "Müstəqillik illərində Azərbaycanda ədəbi tənqid" adlı birinci kitabı 2009-cu ildə çap olunub. Kitabda müasir Azərbaycan ədəbiyyatşünaslığının, tənqidinin və nəzəri-estetik fikrinin problemləri çağdaş təfəkkür işığında təhlil olunur.
Zöhrə Əsgərova. "Tarixi yaddaş və qondarma əhvalatlar". Esselər. Yazıçı-kulturoloq Z.Əsgərovanın bu yeni kitabında cəmiyyət və din, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələr, eləcə də dini hərəkatlar haqqında faktiki məlumatları özündə cəmləyən kreativ düşüncələr yer almışdır.
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması”. Yeni Yazarlar və Sənətçilər Qurumunun layihəsinin ictimai təqdimatı. Sosial şəbəkələrdə ektron təhsilin təbliği...
YYSQ "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" layihəsini həyata keçirilməyə başladı... YYSQ-nin Kreativ İnnovasiyalara dair növbəti layihəsi barədə geniş məlumatlar...
Çingiz Abdullayev. "Xammurapi Məcəlləsi". Detektiv roman (Azərbaycanca). Tanınmış dünyaşöhrətli ustad yazıçımızın yeni maraqlı detektiv romanının azərbaycanca tərcüməsi. Tərcümə edənlər: Pərvin Vəzir-Keani, Fidan-Vəzir Keani.
Zeynəb Əliqızı. "Burulğan". Povest və hekayələr. "Çağdaş Azərbaycan bədii nəsri". Elektron Kitab N 30 (37 - 2015). Bu kitaba xanım nasirin qələmə aldığı oxunaqlı bədii nəsr nümunələri daxil edilib.