
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği"
Elektron kitab N 04-23 (41 - 2015)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" kreativ-innovativ layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
Könül Dənziyeva
"Azərbaycan dilində toy mərasimi leksikası"
(Lənkəran bölgəsinin materialları əsasında)
Vocabulary of the wedding ceremonies in Azerbaijani language: (based on the Lankaran region)
Elektron kitab gənc alimin "Azərbaycan dilində toy mərasimi leksikası" (Lənkəran bölgəsinin materialları əsasında) mövzusunda namizədlik dissertasiyası əsasında nəşrə hazırlanıb.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Azərbaycan multikurtural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" silsiləsindən olan e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=readBook&id=2288
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Könül Babaş qızı Dənziyeva
1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1992-ci ildə orta məktəbi, 1997-ci ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə LDU-nun Azərbaycan dilçiliyi və türkologya kafedrasında baş laborant kimi başlamış, 2004-cü ildən isə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir. 2001-ci ildən kafedranın dissertantıdır. "Azərbaycan dilində toy mərasimi leksikası" (Lənkəran bölgəsinin materialları əsasında) mövzusunda namizədlik dissertasiyasını bitirmiş, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasına təqdim etmişdir. 10 elmi məqalənin müəllifidir.Ailəlidir. 2 övladı var.