Camal Zeynaloğlu. "Qəfil döyülən qapı". (Povest və hekayələr). Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi. Elektron Kitab N 29 (36 - 2015)
Ramiz Abbaslı. "Ad oğrusunun adı" (Roman). Azərbaycan torpaqları hələ də işğal altındadır, qaçqınlar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər, erməni gülləsi bu gün də azərbaycanlını qətlə yetirir. Oxuculara təqdim olunan "Ad oğrusunun adı" romanı da bu barədədir.
Ramiz Rzayev, Rafiq Novruzov, Könül Əliyeva. "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" (İki cilddə). Рамиз Рзаев, Рафиг Новрузов, Кёнуль Алиева. "Русско-азербайджанский толковый юридический словарь" (в двух томах). "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" (ikicildlik) kitabı müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini özündə əhatə edən 33 mindən artıq söz və söz birləşməsindən ibarətdir. Lüğət həmçinin tibbə, iqtisadiyyata, maliyyəyə, müqavilə təcrübəsinə, birja, sığorta, xarici ticarət və hərbi fəaliyyətə aid termin və anlayışları özündə birləşdirir.
Müşfiq Xan. "Milanaya məktub". (Detektiv roman). İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına gənc detektivin "Milanaya məktub" adlı növbəti romanı təqdim edilir. "Sonuncu hədiyyə" və "Yataqdakı qatil" əsərlərindən oxucuların tanıdığı açılmayan qətllər üzrə baş müstəntiq - Sato ləqəbli Saday Oğuz yenə də iş başındadır. Roman Azərbaycanın şimal rayonlarından birində dəniz sahilində yerləşən istirahət mərkəzində bədbəxt hadisə görüntüsü verilən, əslində isə planlaşdırılmış qətlin ifşa olunması üzərində qurulmuşdur. Hadisələr iki gün ərzində - avqust ayında cərəyan edir. Hər şey boks üzrə dünya çempionunun dənizdə boğulması ilə başlayır. Xəfiyyə ilə qatil arasındakı gərgin mübarizə və müəmmalı cinayət sirrinin açılmasına şahidlik etmək istəyirsinizsə, bu, sizin axtardığınız romandır.
Çingiz Abdullayev. "Meymun ili" roman. Dünyaşöhrətli detektiv, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin çox maraqlı romanı ana dilində: ilk dəfə elektron variantda. DİQQƏT: "Müəlliflik və əlaqəli hüquqlar" qorunur, icazəsiz yaymaq olmaz.
Şirin Xanım Kərimbəyli Şadiman. "Seçilmiş əsərlər". IV cild (Şeirlər, poemalar, dramlar). Toplu müəllifin indiyəcən çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb.
Şirin Xanım Kərimbəyli Şadiman. "Seçilmiş əsərlər". III cild (Şeirlər və poemalar). Kitab müəllifin çapdan çıxmış kitablarının əsasında tərtib olunub. Şeirlərin ruhu dünyəvi, milli, vətənpərvərlik, təbiət, məhəbbət mövzuları ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Qəhrəman Tağıyev. “Xaraba şəhərin üç sakini”. (Povestər və sənədli hekayə). Bu kitab Azərbaycan Respublikasının torpaqları və Qarabağ uğrunda vuruşanların əziz xatirəsinə həsr olunur.
Deyl Karnegi. "Dostu necə qazanmalı. İnsanlara necə təsir göstərməli?" (Türk dilində). Amerikalı psixoloq, tanınmış yazarın dillər əzbəri olmuş kitabı. Böyük insanlar, şəxsiyyətlər. Uğur psixologiyası. D.Karnegidən 12 məsləhət Xoşbəxt olmağı öyrədən.Karneginin bədbəxt taleyi.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Milli Pen-Klubun Prezidenti, xalq yazıçı Çingiz Abdullayevin "Bir toy əhvalatı" adlı hekayəsi son illər nasirin qələmə aldığı maraqlı bədii nəsr nümunəsi kimi oxucularımıza ərməğan edilir. Tərcümə: Nərgiz Məhərrəmzadə
Zaur Ustac. “Oriyentir ulduzu”. (Yeniyetmələr üçün. Povest). Kitab yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirmək məqsədilə qələmə alınıb... "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihə
Vasif Şıxıyev. "Gecikmiş qisas". Detektiv roman. "Gecikmiş qisas" əsəri detektiv roman janrının tələblərinə uyğun, yaxşı düşünülmüş maraqlı süjet xəttinə malikdir. Müəllif sonadək oxucunu təsir dairəsində saxlamağı bacarır. Hadisələrdən biri digərini doğurur. Janrın poetikasına müvafiq dialoqlar az, lakonik və istintaq materiallarına uyğundur. Vasif Şıxıyevin sözügedən əsərində daha bir orijinal nəticə müəllifin fərdi yaradıcılığından, özünəməxsus üslubundan soraq verir.
Rövşən Yerfi. "Lənətə gələnlər". Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması... Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi... Və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi... Lənətə gələnlər... Kimdir lənətə gələnlər..? Onlar niyə, nədən lənətlənmişlər..? Bu insanların bizdən fərqi çoxmu..?
Həcər Hüseynova. “Mir Cəlalın aforizmləri”. Filologiya üzrə elmlər doktoru H.Hüseynovanın Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi “Mir Cəlalın aforizmləri” adlı kitabında tanınmış xalq yazıçımız və alimimizin dəyərli fikirləri toplanmış, haqqında araşdırma yazılar verilmişdir.