Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Tarixi yaddaş və qondarma əhvalatlar". Yazıçı-kulturoloq Z.Əsgərovanın kitabında cəmiyyət və din, Azərbaycan tarixindəki ictimai-siyasi hadisələr, eləcə də dini hərəkatlar haqqında məlumatları özündə cəmləyən kreativ düşüncələri yer alıb

Müəllif:

Zöhrə Əsgərova


Kateqoriya:

Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği



Qısa Təsvir:

Zöhrə Əsgərova. "Tarixi yaddaş və qondarma əhvalatlar". Esselər. Yazıçı-kulturoloq Z.Əsgərovanın bu yeni kitabında cəmiyyət və din, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələr, eləcə də dini hərəkatlar haqqında faktiki məlumatları özündə cəmləyən kreativ düşüncələr yer almışdır.


Baxış sayı: 2147
    
    


www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği"


Elektron kitab N 01-20 (31- 2015)


Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-cü ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Azərbaycan multikultural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" kreativ-innovativ layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: 
http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net

 

Zöhrə Əsgərova


"Tarixi yaddaş və qondarma əhvalatlar"

 

Eselər


Yazıçı-kulturoloq Z.Əsgərovanın bu yeni kitabında cəmiyyət və din, Azərbaycan tarixində baş verən ictimai-siyasi hadisələr, eləcə də dini hərəkatlar haqqında faktiki məlumatları özündə cəmləyən kreativ düşüncələr yer almışdır.

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq


"Azərbaycan multikurtural tolerantlığının İnternet və sosial şəbəkələrdə təbliği" silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2288


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

 

Mənzərə Sadıqova. "Tarixi yaddaş və qondarma əhvalatlar"ı oxuyarkən

Tarix - dünənimizin sədasıdır, bəşər övladının əsrlər boyu qət etdiyi yoldur. Örnək almalı, ibrət götürməli çox şey var tarixdə.

Məni bu düşüncələrə sövq edən yazıçı-publisist Zöhrə Əsgərovanın yeni kitabı oldu. "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Tarixi yaddaş və qondarma əhvalatlar"dan hələ mətbəə qoxusu çəkilməyib. Amma kitabı vərəqləyəndən sonra onu əldən yerə qoya bilmirsən. Niyə? Çünki kitaba marağın azaldığı zəmanəmizdə ortaya çıxan bu əsər bizə tarixin bir çox qaranlıq mətləblərindən xəbər verir. Sanki sirlər boxçasıdır. Müəllifin böyük zəhməti, gərgin axtarışları, elmi-publisistik yönlü araşdırmaları sayəsində meydana çıxmış esselər oxucunun erudisiyasını zənginləşdirir. Səhifələr bir-birini əvəz etdikcə Zöhrə xanımın vətəndaş qeyrətinə, milli təəssübkeşliyinə "Əhsən!" deyirsən.

Baxın, erməni tarixçisi Gevorq Aslan 1914-cü ildə "Ermənistan və ermənilər" adlı kitabında nə yazıb: "Ermənilərdə dövlətçilik olmayıb. Onlar vətən hissinə bağlı deyillər, siyasi əlaqələrlə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadığı yerlə bağlıdır..."

Əzəli Azərbaycan torpaqları hesabına özünə dövlət quran, bu az imiş kimi üstəlik də Türkiyə torpaqlarına göz dikən millətçi ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin, apardığı qərəzli təbliğatın, təcavüzkar siyasətin 100 ili aşan tarixi var. Ancaq həmin dövrdə tarixi saxtalaşdıran başabəla alimlərin cızmaqaraları ilə yanaşı, həqiqəti car çəkən əsərlər də meydana gəlib. Hünər istəyir, həmin mənbələri tapıb ortaya çıxartmaq. Z.Əsgərovanın kitabı məhz bu baxımdan da xüsusi dəyər kəsb edir.

Amerikalı politoloq Styuart Kaufman isə erməni təbliğatını belə ifşa edib: "Əgər siz erməni tarixini oxusanız, elə düşünə bilərsiniz ki, yüz illərdir türklər ancaq erməniləri məhv etməklə məşğul olub. Bu mif türkdilli azərbaycanlılara qarşı törətdikləri zorakılığa haqq qazandırmaq üçündür."


Zöhrə xanım bu dəyərli araşdırmasını, tarixi mənbələrə istinad edən bütün mükalimələrini esse janrında qələmə alıb. Oxucu kitabda yer almış 251 səhifəlik ən böyük essedə bu günümüz üçün çox əhəmiyyətli olan çox faktlarla qarşılaşır. Erməni təbliğat maşınının yalanlarını ifşa etmək baxımından V.F.Mayevskinin əsərləri də mühüm ip ucları verir. O, 1906-cı ildə "Qafqazda erməni-tatar çaxnaşması erməni məsələsində mərhələlərdən biridir" adlı əsərində bildirir ki, "harda ki Daşnaksutyun və ona bənzər təşkilatın fəalları üzə çıxırdı (Bakı, Şuşa, Naxçıvanda olduğu kimi) süni surətdə qanlı toqquşmalar baş verirdi..."

1895-ci ildə Ərzurum və Van vilayətlərindən keçən V.F.Mayevski ermənilərin məskunlaşdığı kəndlərin abadlığını görmüşdü. Adı çəkilən əsərində müəllif bildirir ki, "oradakı ermənilərin maddi vəziyyətinə Qafqazda yaşayan bir çox ermənilər qibtə edə bilərdilər. Müsəlmanlar onlara qarşı heç bir düşmənçilik hissi yaşamırdılar. Türk administrasiyasının idarəçiliyi altında olan insanların hüquqlarının pozulması ilə bağlı heç bir xristian xalqı şikayət edə bilməzdi. Lakin 1890-cı ilin əvvəllərində Türkiyənin müxtəlif bölgələrində Londonda ən fantastik ideyalarla doldurulmuş erməni təbliğatçıları gah orda, gah burda peyda olmağa başladılar." Beləliklə, ermənilərlə türklər arasında nifaq salanların kimliyi aşkara çıxır...

Daha sonra ermənilərin riyakarlığını ifşa etmək üçün Konstantinopolda fransız elçisi olmuş Kamboya istinad edən V.F.Mayevski uzaqgörənliklə yazır: "Bu haqda cəsarətlə və açıq şahidlik edə bilərəm ki, mənim özüm Asiya Türkiyəsində ən qızğın qarışıqlığı, Daşnaksutyunun amansız fəaliyyətinin izlərini görmüş, amansız həqiqətinə inanmışam ki, erməni məxfi təşkilatları hər şeydən əvvəl Türkiyə ermənilərinin ən qəddar düşmənləridir... Kim qabaqcadan deyə bilər ki, bu "vətənpərvər" təşkilatlar gələcəkdə erməni xalqına nə qədər bəla gətirəcəkdir!"

Başqa bir erməni tarixçisi Con Kirakosyan (1929-1985) isə İngiltərənin Ermənistan siyasətini araşdırarkən etiraf edir ki, "Türkiyəyə diplomatik təzyiq göstərmək, bütün məsələlərə müdaxilə etmək üçün erməni məsələsini bəhanə gətirərək Qərbi Avropa ölkələri erməni əhalisinin vəziyyətini nəinki yaxşılaşdırdı, əksinə, daha da pisləşdirdi. Bu dövlətlərin hər biri öz şəxsi maraqlarına xidmət etmişdir."

Elə oradaca Con Kirakosyan bildirir ki, "erməni məsələsi" termini diplomatiya tarixində Türkiyə əsarətindən xilas olmaq üçün ermənilərin azadlıq uğrunda mübarizəsi, öz dövlətini qurmaq hüququ 1877-1878-ci illərdən sonra Şərq məsələsinin əsas tərkib hissələrindən birinə çevrildi.

Özünü dünyaya yazıq, əzilmiş millət kimi qələmə verən ermənilər barədə Arximandrit Avqustin də yazır ki, İranda və Türkiyədə ermənilər iqtisadiyyatda, ticarətdə və digər sahələrdə vacib mövqeyə malik idilər.

Bax, budur tarixi həqiqətlər. Müasir gənclik bu həqiqətləri bilərək erməni təcavüzünə, anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı mübarizə aparmalıdır.

Təəssüf ki, ölkəmizə və xalqımıza qarşı yönəlmiş məkrli oyunlardan gec xəbər tuturuq. P.B.Rıbakovun və L.B.Alayevin redaktorluğu ilə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 2006-cı ildə nəşrə hazırladığı "Şərqin tarixi" adlı kitabın V cildində Azərbaycan Qafqazda təcavüzkar ölkə kimi təqdim edilib: "Azərbaycan eyni zamanda Naxçıvan və Dağlıq Qarabağ uğrunda Ermənistanla, Axaltsixe və Axalkalaki üçün Gürcüstanla döyüşüb. İngiltərənin köməkliyi ilə Dağıstana da göz dikib. Çünki Denikinin Rusiyanı birləşdirmək planlarının həyata keçə bilməyəcəyinə ümid edirdi..." Görəsən niyə bizim tarixçilər bu cəfəngiyatdan vaxtında xəbər tutub, qarşısını ala bilməyib?? Yazıçı-publisist Zöhrə xanımın kitabında belə faktlar ortaya qoyulub.

Məncə, XXI yüzillikdə dünyanın hər yerində kiçik xalqlara, dinlərə qarşı ayrı-seçkiliyin baş alıb getməsinə, zorakılığa göz yuma bilməyən Zöhrə Əsgərova öz etirazını bu kitabla bildirib. Əslində din siyasəti və ateizmlə bağlı olan bu kitab dinin tarixi və mədəni əhəmiyyəti barədə maraqlı fikirlər sərgiləyir. Bu kitaba istinadən xəbər tuturuq ki, yazıçı V.B.Mikuşeviç X əsrin sonlarında Kiyev Rusiyasında knyaz Vladimir Svyatoslaviçin razılığı ilə ölkənin xristian dinini qəbul etməsindən qayğılanıb. O bildirib ki, geosiyasi nöqteyi-nəzərdən islam dini Böyük Avrasiya imperiyasının maraqlarını daha yaxşı təmsil edərdi...

Həmçinin rus generalı, diplomat D.N.Boquslavski (1826-1893) "Quran"ı böyük ehtiramla tərcümə edib. İstanbulda saxlanılan həmin tərcümə uzun illər ictimaiyyətdən kənar qalıb. İlk dəfə 1995-ci ildə 100 ədəd tirajla, bahalı üz qabığı ilə nəfis səviyyədə çap olunaraq muzeylərə və kitabxanalara verilib. 2001-ci ildən bu yana isə İstanbulun "Çağrı yayınları" nəşriyyatı Boquslavskinin tərcüməsini 6 dəfə nəşr edərək geniş oxucu kütləsi arasında yayıb.


Tarix saxtakarlığı sevmir,- dedik. Nə yazıq ki, saxtakar tarixçilər tarixi dolaşdırmaqdan vaz keçə bilmirlər. Qonşu ermənilər kimi... İslam dininə xor baxanlar kimi... Azərbaycana qərəzli yanaşanlar kimi... Ona görə də Zöhrə Əsgərovanın "Tarixi yaddaş və qondarma əhvalatlar"ı kimi ciddi tədqiqat əsərləri çox yazılmalıdır. Bədxahlarımıza gərəkən cavabı vermək üçün.

Tarixi hadisənin və ya tarixi şəxsiyyətin birtərəfli və ya qərəzli təqdim olunması yanlış düşüncələrə meydan verir. Lap Lenin "babamız" haqda sovet dövründə şüurumuza yeridilən fikirlər kimi. 70 il boyunca onun şəxsiyyəti fetişləşdirildi. 1917-ci ildə baş vermiş oktyabr inqilabının banisi V.İ.Lenin, yəni Vladimir İliç Ulyanov SSRİ xalqlarına ən yüksək məziyyətlərə malik qüsursuz lider, xeyirxah insan, elm-savad tərəfdarı kimi tanıdıldı. Lakin tarix saxtakarlığı sevmir. Sosializm quruluşu dağılan kimi əsl həqiqətlər gün üzünə çıxdı. Leninlə görüşlərindən birində bu siyasi liderin ziyalılara əsl münasibətinin şahidi olmuş Y.Annenkonun xatirələri bütün təsəvvürlərimizi alt-üst etdi. Ümumiyyətlə ziyalılara böyük simpatiya ilə yanaşmadığını bildirən Lenin Annenkoya deyib ki, "Savadsızlığı aradan qaldıraq!" şüarını elə yozmayın ki, guya mən yeni ziyalıların yetişməsinə çalışıram. Bu bizə onuncun lazımdır ki, hər bir kəndli sərbəst surətdə heç kimin köməkliyi olmadan dekretləri, əmrləri oxuya bilsin". Məncə, əlavə şərhə ehtiyac yoxdur. Tarixi hadisələri və tarixi şəxsiyyətləri birtərəfli təqdimetmənin köklündə çirkin məqsədyönlülük dayanır. Qərəzli təqdimetmə isə düşmənçilikdən irəli gəlir.

Məncə, 10-a yaxın kitabın müəllifi olan Zöhrə xanımı xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onu hamınız gözəl tanıyırsınız. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Xan qızı Natəvan" və "Qızıl qələm" mükafatlarının laureatı, Rəsul Rza adına Beynəlxalq mükafatın sahibi, Milli Kulturoloji müsabiqənin qalibi olan bu istedadlı xanımın yaradıcılıq enerjisinə ancaq qibtə etmək olar. Zöhrə xanım, ilham çeşmən daim coşub-çağlasın!

Mənzərə Sadıqova. Filologiya üzrə fəlsəfə doktoru,
yazıçı-publisist