Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VI cild (Publisist əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin ədəbi-publisist əsərləri toplanıb.
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, V cild (Elmi, ədəbi-tənqidi əsərlər). Bu e-kitaba görkəmli xalq şairimizin elmi, ədəbi-tənqidi əsərləri toplanıb.
Mina Rəşid. "Baxmaqla görmək ayrıdır". Şeirlər və publistik yazılar toplusu. Əslən Ağdamdan olan gənc şairə Mina Rəşidin bu yeni şeirlər və publisitik yazılardan ibarət toplusu müəllifin oxucularına yeni ədəbi-poetk ərməğanıdır.
Məhəmməd Turan. "Şeir sevgilim". Şeirlər toplusu. Məhəmməd Turanın şeirlərini oxuduqca, fikirləşirsən: ən yaxşı fikri onun şeirlərinin özü deyir. Əgər 16 yaşlı bu gəncin şeiri haqqında fikri onun öz şeirləri deyirsə, demək, onun gələcəyinə böyük ümid var.
Rafiq Oday. "Qərib ruhların nəğməsi". Şeirlər kitabı. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri respublikanın Əmək dar jurnalisti Rafiq Odayın yeni kitabı.
Hacı İlham Qurbanoğlu. "İlahi kəlamlar və nəsihətlər". İbrətamiz fikirlər, ilahi kəlamlar, şeirlər toplusuyla tanınmış şair-ilahiyyatçı İlham Qurbanoğlu oxucularıyla növbəti görüşünə gəlib.
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların ilk poetik toplusu, I kitabı Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.
Zaur Ustac. "Gülünün şeirləri". Bu kitabda əlifbamızda olan bütün hərflərə aid maraqlı və əyləncəli uşaq şeirləri, həmçinin "1"dən "10"-qədər rəqəmlərə aid tapmaca - şeirlər toplanmışdır...
Zaur Ustac. "Qəlbimin açıqcası". Müəllifin "Qəlbimin açıqcası" adlandırdığı bu kitab sözün əsl mənasında bir qəlbin harayı, hıçqırtısı, olduqca kövrək duyğuların təzahür forması, kağız üzərində inkasıdır.
YYSQ-nin "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-innovativ layihəsi uğurla həyata keçirildi...
Zaur Ustac. "Bayatılar - بایاتیلار ". Bu kitabda Zaur Ustacın müəllifi olduğu bayatılar toplanmışdır. Kitabın özəlliyi ondadır ki, iki qrafika ilə həm Az-latın, həm də Əski əlifba nəşr olunmuşdur.