Yeni media ilə bağlı kulturoloji-şəbəkə layihəsi: İnteraktiv-kulturoloji layihə sosial şəbəkə fəallarını da əhatə edəcək... Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qismən maliyyə dəstəyilə "Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant - məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət" adlı yeni innovativ-kulturoloji layihəsinə start verib.
Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabı əsasında e-nəşrə hazırlanmış bu elektron kitabında hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Abdulla Faruq-100. Kitab Abdulla Faruqun 100 illik yubileyinə ithafdır. Bu, Azərbaycan Yazıçılar Birliyinin "İRS" komissiyasının "Yüzilliklər" silsiləsindən ikinci kitabıdır. Kitabda şair-publisist Abdulla Faruqun xatirələri və məqalələri, eyni zamanda haqqında xatirə və məqalələr verilmişdir.
"Ümidlər və arzular". Poetik toplu. Fiziki mıhdüdiyyəti olan 14 şairin şeirlərindən ibarət kitabın elektron variantı. Xalq şairi Fikrət Qocanın ön sözü ilə...
Ə.R.Bayramov, N.T.Vəliyev, T.B.Abbasov. "Tətbiqi mexanika" fənni sadə dildə, dolğun və məzmunlu yazılmıs "Materiallar müqaviməti", "Masın və mexanizmlər nəzəriyyəsi" və "Masın hissələri" fənlərini əhatə edir.Birinci bölmə - "Materiallar müqaviməti" prof. Ə.R.Bayra-mov, dos. T.B.Abbasov, ikinci və üçüncü bölmələr - "Masın və mexanizmlər nəzəriyyəsi", "Masın hissələri" dos.N.T.Vəliyev tərəfindən yazılıbdır. Dərslik texniki ali məktəb tələbələrinin bakalavr pilləsi üçün nəzərdə tutulmusdur. Ondan, həmçinin mühəndis-konstruktorlar da istifadə edə bilərlər.
"Elektron Hökümət" bülleteni - e-dərgi. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi. Bülleten № 01 / yanvar 2013...
"Təzə Pir məscidi". Müəllifi: Anar İskəndərov, tarix elmləri doktoru, professor. Qafqaz Müsəlmanları İdarəsinin nəşri. Milli-mənəvi abidələrimiz, dini ocaqlarımız, məscidlərimiz...
Topluda klassik və çağdaş aşıqların, saz şairlərinin (habelə bir sıra digər ünlü şairimizin) şeirləri verilmişdir. Növbəti cildlərində bütün Türk Dünyası üzrə aşıq və saz şairlərinin əhatə edilməsi nəzərdə tutulan üçcildliyin I cildində Azərbaycanla yanaşı Anadolu sənətçiləri də yer alıb. "Seçmə aşıq şeirləri"ndə türk aşıq şeirinin tarixi gəlişimini ünlü isimlərin yaradıcılığı misalında xronoloji ardıcıllıqla izləmək mümkündür. Çağdaş türkcəmizə uyğunlaşdırılması tələb olunan mətnlərdə orijinal halın mümkün olduqca qorunmasına çalışılıb. Kitabın yeni nəsil aşıqları, aşıq sənətinə yeni başlayan gənclər, ümumən saz-söz maraqlıları üçün diqqətçəkici olacağına inanırıq.