
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
"Elektron Hökümət"
Bülleten - N 1 / yanvar 2013
e-dərgi
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elektron nəşri.
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir.
“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portal tətbiq edilir.
Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görlən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq electron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmışdır, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur, “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.
Sayt: www.e-gov.az
“Elektron hökumət” bülleteninin ilk sayı işıq üzü görüb
AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “Elektron hökumət” bülleteni ölkəmizdə elektron hökumətin formalaşması istiqamətində görülən işlər və nəzərdə tutulan layihələr haqqında məlumat vermək, o cümlədən ictimaiyyəti elektron xidmətlərlə bağlı maarifləndirmək məqsədini daşıyır.
Bülletenin ilk sayında “Elektron hökumət”in əhəmiyyəti, əsas fəaliyyət prinsipləri, dövlət qurumları tərəfindən elektron imzanın tətbiq olunduğu sahələr, www.e-gov.az portalında yerlәşdirilmiş xidmәtlәrin qısa tәhlili, e-xidmәtlәrin portala qoşulma vәziyyәti barәdә məlumatlar təqdim olunub. Bundan əlavə dövlәt hakimiyyәti orqanları tәrәfindәn Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrin vә onlara verilәn sertifikatların sayı haqqında statistik məlumatlar da bülletendə öz əksini tapıb.
Yeni nəşrdə, həmçinin mobil e-imza xidmətlərinin yaradılması üzərində işlərin davam etdirildiyi və sözügedən xidmətlərin 2013-cü ilin birinci rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.
Bülletenin gələcək saylarında isə yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.