"Azərbaycan Qeyri-Hökumət Təşkilatları" (sorğu-məlumat kitabı). Kitabda Azərbaycan qeyri-hökumət təşkilatları, onların fəaliy yət istiqamətləri və həyata keçirdikləri layihələr haqqında sorğu məlumatları verilmişdir. Kitab QHT-lərin əlaqələndirilməsi məqsədilə çap edilmişdir.
"İKT ili və “Elektron hökumət”. (Toplu).Kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT ili ilə bağlı imzaladığı fərman və sərəncamları ilə bağlı sənədlər daxil edilib. Eləcə də topluya elektron hökumət haqqında müxtəsər bilgiləri əlavə edilib. E-kitab Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən hazırlanaraq yayımlanır.
Novruz Bayramı. Kulturoloji materiallar toplusu. e-Kitaba xalqımızın qədim adət-ənənələrini, yazın gəlişi ilə bağlı düşüncələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbələrlə bağlı materiallar daxil edilib. YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
"Totalitarizmin metamorfozası". Sərdar Cəlaloğlunun eyniadlı araşdırma kitabında keçmiş SSRİ respublikasında baş verən mürəkkəm ictimai-siyasi hadisələrə nəzər salınır, bir çox hallarda mübahisə doğuran fikirlər irəli sürülür...
"Veboqrafiya" - Azərbaycan və dünya elmi, kütləvi, sahə, universitet, akademik, uşaq və başqa kitabxanaların saytlarının, portallarının e-ünvanı olan biblioqrafik vəsait.
Ramil Məhərrəmov. "İctimaiyyətlə əlaqələr işi" - "PR. Public Relations". Son illər sosial şəbəkələrdə ən çox gərək olan margetinq və PR sahəsinə aid azərbaycanca kitab.
Əliyar Mikayılov. "Kompyuter anlayışları". Gənc müəllif sadə dildə - yeni nəslin başa düüşəcəyi üslubda kompyuter dünyasına səyahət edir, hər bir istifadəçi üçün maraqlı ola biləcək məlumatları oxucuya çatdırır. "Gənc blogerin e-kitabxanası" 15 (34 – 2013)...