Qurban Bayramov, Jalə Qurbanqızı (Rzayeva). “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə". Filolologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov və Jalə Qurbanqızının (Rzayeva) müştərək elmi kitabı. Elmi-filoloji monoqrafiya. Kitabda Azərbaycanın xalq yazıçısı, yüksək mənəviyyatlı, intellektual səviyyəli ziyalı, qüdrətli sənətkar – nasir, dramaturq, publisist, vətənpərvər ictimai xadim İlyas Əfəndiyevin zəngin, çoxşaxəli yaradıcılığının ədəbi tənqiddə estetik dərki problemi ilk dəfadir ki, tədqiq edilir, öyrənilir və elmi-nəzəri şərhi verilir.
İlya Çavçavadze. "Erməni alimləri və fəryad edən daşlar" əsəri. Azərbaycan dilində. Tanınmış gürcü yazarının bu elmi-kütləvi kitabında Qafqaza gəlmə olan ermənilər haqqında maraqlı faktlar göstərilib...
"Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi" - Yeni Yazarlar və Sənətçilər Qurumunun innovativ-intellektual layihəsi. Yeni nəsil alimlərin virtual resursu yaradılır: elmi e-kitablar... Saytımız: http://elmler.net/
Yeni Yazarlar və Sənətçilər Qurumunun kulturoloji layihəsi: "Xarici müəlliflərin Azərbaycana - Qarabağa aid müxtəlif dillərdəki kitablarının virtual e-nəşrə hazırlanması, elektron sərgisi və yayımı"...Geniş məlumatlar...
"Dövlətə bağlılığın önəmi". Türkiyənin tanınmış qalmaqallı ilahiyyat yazarı Harun Yəhyanın azərbaycan dilində kitabı. Dövlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək məqsədi daşıyır. Amma bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi cəmiyyətdə bir qisim "dövlət əleyhinə" cərəyan və ya fikirlərin yanlışlıq içində olduqlarını göstərmək və millətimizin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.
İ.V.Höte, H.Hayne lirikası və Hötenin “Qərb-Şərq Divanı”ndan poetik nümunələr. Orijinaldan poetik çevirmələr - alman dilindən tərcümə edən: Ələkbər Qubatov
Yusif bəy Akçuralı. "Türkçülüyün tarixi". Türk Dünyasının tanınmış mütəfəkkirinin azərbaycanca ilk kitabı. Tərcümə edən və ön sözün müəllifi: Aybəniz Kəngərli
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (2012-ci il martın 16-dək edilmiş əlavə və dəyişikliklərlə). (Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir).