
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi
Qrant ayıran qurum: Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu
Layihəni həyata keçirən qurum: Yeni Yazarlar və Sənətçilər Qurumu
"Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi" - Yeni Yazarlar və Sənətçilər Qurumunun innovativ-intellektual layihəsi...
Yeni nəsil alimlərin virtual resursu yaradılır: elmi e-kitablar...
Saytımız: http://elmler.net/
Tərəfdaş qurumlar: www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana, Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzi
Layihənin başlama və bitmə tarixi: 04 07 2014 – 20 11 2014
Layihənin qısa təsviri
Beynəlxalq reytinqlərə görə, Azərbaycan elmi araşdırma, tədqiqat və məqalələrin nəşri kəmiyyətinə görə nəinki dünya və Avropa, eləcə də MDB ölkələri arasında axırıncı yerlərdən birini tutur. Əsasən azsaylı elmi toplularda və respublika miqyaslı nəşrlərdə çap olunan elmi əsərlərin – intellektual məhsulların yayılması, onlardan sitatların götürülməsi, İnternet resursları və elektron kitabxanalarda yerləşdirilməsində böyük problemlər və çətinliklər var. Azərbaycan gənc elmi ictimaiyyətinin, xüsusən də yetişməkdə olan yeni nəsil intellektualların elmi araşdırmaları, məqalələr, dissertasiyalar, tədqiqat əsərlərinin bir resursda dünyaya çıxarmaq, tərcüməsi, rezümelərinin hazırlamaq, elektron kitabxanada və İnternet resurslarında yerləşdirmək, eləcə də müxtəlif sosial şəbəkələrdə tanıdılması, təqdimatı, ölkəmizin geniş ictimaiyyətinə, gənc nəsilə, beynəlxalq elm dairələrinə çatdırılmasını mərkəzləşdirilmiş formada aparılmayıb. Yeniyetmə və gənclər arasında elmin müxtəlif sahələrinin populyarlaşdırılmasna, elmi düşüncənin İnternet resurslarında tanıtımına, elektron və sosial şəbəkə resurslarında və elmi-elektron kitabxanalarda gənc alimlərin e-kitablarını, araşdırma və tədqiqat yönümlü əsərlərinin rəqəmsal formada hazırlanaraq yerləşdirilməsinə, intellektual-elektron resurs-mərkəzin yaradılmasına böyük ehtiyac duyulur və bu, günün tələblərindən irəli gəlir.
Problemin qoyuluşu
Azərbaycan elektron resurslarında elmi nəşrlərə və e-kitablara rast gəlinsə də, yeni nəsil gənc və cavan alimlərin müxtəlif həcmli elmi-intellektual əsərlərinin, məqalə və araşdırmalarının mərkəzləşdirilmiş formada bir resursda toplanmaması, tədqiqatlarla məşğul olanların birbaşa müraciət edtiyi bir resurs-mərkəzin olmaması, İnternetdə və sosial şəbəkələrdə elmin və bilginin lazımi səviyyədə təbliğ olunmaması, elmin müxtəlif sahələrinə həsr olunmuş, anadilli, həmçinin, aparıcı dünya dillərində intellektual sərvətlərimizin elektron variantlarının hazırlanaraq geniş ictimaiyyətə təqdim edilməməsi beynəlxalq aləmdə bizim imicimizə mənfi təsir edir. Bu baxımından yaradacağımız “Gənc elektron elm” resursu, eləcə də virtual resurs-mərkəz qismən də olsa bu boşluğu dolduracaq, eləcə də dissertasiya, elmi araşdırma, tədqiqat, məqalələrin elektron formada nəşrə hazırlayıb elektron kitabxanalarda və şəbəkələrdə yerləşdirilməsinə yardımçı olacaq. Eyni zamanda dünyanın hər yerində yaşayan soydaşlarımıza milli elmi-intellektual ədəbiyyatlarımızın elekton variantlarını açıq təqdim edəcək, xarici elm dairələrinin diqqətinə intellektual-humanitar sərvətlərimizi çatdırarıq.
Gənclər arasında elmlə məşğul olmaq, intellektual və sahə ədəbiyyatın mütaliəsinin səviyyəsi aşağı düşüb, İnternet və sosial şəbəkələrüstü məsafəli virtual-intellektual kurs, eləcə də innovativ resurs-mərkəzə ciddi tələbat var. Azərbaycanda deyil, bütün dünyada, xüsusən Türkiyə, Rusiya, İran, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də dil bilməyən yeni nəslin nümayəndələrinin intellektual-elmi səviyyəsini artırmaq vacibdir.
Layihənin məqsədi
İntellektuallığa və elmin müxtəlif sahələrinə gənclərin diqqətini, marağını cəlb eləmək layihənin əsas prioretlərindən biridir. Yeni e-elm, e-araşdırma, elektron intellektual resurslardan yararlanmaq, elmi bilklərin İnternetdə tanıdılmasını formalaşdırmaq, virtual elmi ədəbiyyat, şəbək resurslarında bilgili yazarlığın təbliğ eləmək, fərqli, qabaqcıl dünya düşüncə-elmi texnologiyaları haqqında geniş gəncliyin məlumatlanmasına böyük ehtiyac duyulur.
Elm və kitab, İKT texnologiyaları, şəbəkə resursları, elektron kitabxanalar vasitəsilə oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – elektron kitabxanadan alır. Peşə, sahə və elmi kitabın tirajının 200-500 ədədi keçmədiyi bir vaxtda saysız insanın yararlandığı, e-kitabların toplandığı İnternet resurslarının, e-kitabxananın dəyəri əvəzsizdir.
Yeni nəsil oxucular Azərbaycan dilində elmi ədəbiyyatı, eləcə də intellektual-mədəni, ədəbi-estetik fikrinin qabaqcıl nümunələrilə ən asan tanışlıq qiyməti baha olan kağız kitablar deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablar formasında tələbat duyulur. Elmi-intellektual yaradıcılıqla məşğul olan elmi-kreativ gənclər, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun gənc nümayəndələri üçün ana dilimizdə məsafəli-innovativ kursa, İnternet resurs-mərkəzə ehtiyac hiss olunmaqdadır.
Layihə bu sahədəki boşluqları doldurmaqla yanaşı, gənclər üçün elmi ədəbiyyat sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisini təşkil edir. Virtual-intellektual resurs-mərkəzdə isə gənc alimlər, elmlə maraqlananlar öz təcrübələrini bölüşür, Azərbaycan, habelə muasir dünya elmi-intellektual düşüncə texnolojiyalarını öyrənir, həmyaşıdları ilə şəbəkələşərək həm öyrənir, həm də öyrədirlər, istedadlarını inkişaf etdirirlər.
Layihənin vəzifələri
1. Gənc alimlərin dəyərli elmi nümunələrini Azərbaycan və xarici dillərdə elektron formatda nəşrə hazırlanması, onları İnternetdəki milli və qlobal resurslarda yerləşdirməsi, gənclərə intellektual-elmi dəyərlərin aşılanması əsas fəaliyyət istiqamətidir.
2. İnternetdə, eləcə də virtual – sosial şəbəkələrüstü məsafəli e-kurs və resurs-mərkəzi təşkil etməklə, yaradıcı elmi istedadların biliklərini artırılmasına, elmin populyarlaşmasına çalışmaq.
3. Yeni nəsil elmi araşdırmaçılarının əsərlərindən ibarət azərbaycanca e-kitabların hazırlanması, bu rəqəmsal nəşrlərin İnternetdə, sosial şəbəkələrdə e-sərgisinin və tanıtımının təşkili, yeni nəslin əqli-zehni yaradıcılığını inkişafına təkan vermək.
4.Müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real görüşlər vasitəsilə intellektual-innovativ dəyərlərin təbliğini gücləndirmək.
5. İnternet, e-kitabxana, müxtəlif sosial şəbəkələrdə “Gənc elektron elm” – Virtual İnternet resurs-mərkəzi yaratmaq və fəaliyyətini genişləndirmək.Sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmək.
6. www.kitabxana.net – Milli Virtual Kitabxanada ayrıca “Gənc elektron elm” – Virtual İnternet resurs-mərkəzi bölümünü yaratmaq, oxucuların sərbəst istifadəsinə buraxmaq.
7. Uşaq, yeniyetmə və gənclərə, İnternet istifadəçilərinə yeni e-elm və e-intellektual vərdişlərini aşılamaq. Real tədbirlər silsiləsi vasitəsi ilə layihənin və intellektuallığın, elmi və bilginin təbliğini aparmaq, çağdaş elmi ədəbiyyatı, yüksək intellektual dəyərləri tanıtmaq.
Layihə nəticəsində yeni nəsil kreativlər layihəsonrakı bilgilərini həmyaşıdları arasında yaymaqla ümumən cəmiyyətimizdə yüksək dəyərlərin təbliğinə xidmət etmiş olurlar.
Layihədən faydalananlar
Ölkəmizdə, eyni zamanda xaricdə yaşayan yeniyetmələr, gənclər, gənc və orta nəsil alimlər, araşdırmaçılar, tədqiqatçılar, tələbələr, bakalavr, magistr, doktorantlar, tərcüməçilər, eləcə də İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b.
Layihənin həyata keçiriləcəyi coğrafi ərazi
Real: Bakı, Azərbaycan.
Virtual: Respublikamız və İnternet dünyası, soydaşlarımızın yaşadığı məkanlar, qonşu İran, Rusiya, Türkiyədə yaşayan soydaşlarımız.
Layihənin çərçivəsində görüləcək işlər
1. Gənc alimlərin dəyərli elmi nümunələrini Azərbaycan və xarici dillərdə elektron formatda nəşrə hazırlanması, onları İnternetdəki milli və qlobal resurslarda yerləşdirməsi.
2. İnternetdə, eləcə də virtual – sosial şəbəkələrüstü resurs-mərkəzin təşkil etmək, yaradıcı elmi istedadların biliklərini artırılmasına, elmin populyarlaşması ilə bağlı fəaliyyətlər.
3. Yeni nəsil elm araşdırmaçılarının əsərlərindən ibarət azərbaycanca 50 e-kitabların hazırlanması, bu rəqəmsal nəşrlərin İnternetdə, sosial şəbəkələrdə e-sərgisinin və tanıtımının təşkili
4.Gənclər, yeni nəsil nümayəndələri arasında elmi-intellektul, əqli-zehni yaradıcılığını inkişafına təkan vermək məqsədilə sosial şəbəkələrdə e-fəaliyyətin təşkil etmək.
5. Müxtəlif ali təhsil ocaqlarında, başqa yerlərdə, kitabxanalarda real görüşlər vasitəsilə intellektual-innovativ dəyərlərin təbliğini aparmaq.
6. İnternet, e-kitabxana, müxtəlif sosial şəbəkələrdə “Gənc elektron elm” – Virtual İnternet resurs-mərkəzi yaratmaq və fəaliyyətini genişləndirmək.
7. Sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmək.
8. www.kitabxana.net – Milli Virtual Kitabxanada ayrıca “Gənc elektron elm” – Virtual İnternet resurs-mərkəzi bölümünü yaratmaq, oxucuların sərbəst istifadəsinə buraxmaq.
9. Uşaq, yeniyetmə və gənclərə, İnternet istifadəçilərinə yeni e-elm və e-intellektual vərdişlərini aşılamaq. Real tədbirlər silsiləsi vasitəsi ilə layihənin və intellektuallığın, elmi və bilginin təbliğini aparmaq, çağdaş elmi ədəbiyyatı, yüksək intellektual dəyərləri tanıtmaq.
10. Gənclər üçün e-kitablardan ibarət mini elektron kitabxana – İnternetdə ədəbiyyat resursu yaratmaq, sosial şəbəkədə gənc elmsevərlərin köməyilə dünya intellektual dəyərləri təbliğ olunacaq, orta və ali məktəblərdə, müxtəlif yerlərdə ictimai təqdimatların təşkili.
11. İntellektual gənclərimizi və soydaşlarımızı milli İnternet resurslarını zənginləşdirməyə həvəsləndiricək, çağdaş dünya elmi, intellektual ədəbiyyatı, düşüncə texnologiyası ölkəmizdə və azərbaycandilli məkanlarda yayılacaq. Bu istiqamətdə isə ən yeni İKT texnologiyalarından yararlanacaq, yeni nəslin nümayəndələrində innovativ şəbəkə – elektron oxu və yazı mədəniyyəti aşılanacaq, çağdaş elmi sərvətimizin zənginləşməsinə təkan verəcək, dünyanın ictimai-mədəni, kulturoloji-intellektual ictimaiyyətinin tanınmış nümayəndələrinin yaradıcılığı mili estetik-intellektual xəzinəsinə əlavə ediləcək.
Layihənin monitorinqi və qiymətləndirilməsi
Layihəylə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında – səhifə və qruplarında yerləşdiriləcək. Azərbaycan Gənclər Fondu, Milli QHT Forumu, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, AR Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil Nazirliyi, AR Diaspora Komitəsi, AYB kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.
Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Fəaliyyətin təqdimatına və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın intellektual potensialı, elmi resurslarının geniş yayılmasına səbəb olacaq. Televiziyada və mətbuatda («525-ci qəzet», “Ədalət”, “Bakı-xəbər”, “Teleqraf” kimi ölkənin nüfuzlu mətbu orqanlarında, “Space” TV, İctimai Televiziyada və digər KİV-də, İnternet saytlarında) layihə, elektron şəbəkə resurs-mərkəzi, elmi e-kitab və rəqəmsal nəşrlər, virtual kitabxanadakı ayrıca bölüm haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Layihə başa çatdıqdan sonra Azərbaycan Gənclər Fonduna və əlaqədar qurumlara onun nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Fondun mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Yazıçılar Birliyinə, KİV, İnternet portalarına və ictimaiyyətin nümayəndələrinə ətraflı məlumatlar, geniş hesabatlar təqdim ediləcək.
Layihədən gözlənilən nəticələr və davamlılıq
Ana dilimizdə elmin müxtəlif sahələrinə aid rəqəmsal formada hazırlanan elektron kitablar, e-nəşrlər İnternetdə yerləşdirildiyinə görə, intellektual gənclər və yeniyetmələrlə yanaşı, ən yeni milli, həmçinin dünya elmi-mədəni düşüncəsi, sahə-peşə e-kitablarıyla, əsərlərinin elektron variantıyla maraqlanan istənilən istifadəçi üçün açıq olacaq. Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə yaradıcı-texniki əməyi olan şəxsləri, elm sahəsində çalışan gənc alimlərin, tədqiqatçıların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunacaq təqdimat mərasimi keçirilməsi nəzərdə tutulur İnternetdəki virtual resurs-mərkəz geniş ictimaiyyətə təqdim olunacaq, M.F.Aхundov adına Milli Kitabхanaya, Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymaqdan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspor qurumlarına layihə barədə geniş elektron məlumatlar veriləcəkdir.
“Gənc elektron elm” – Virtual İnternet resurs-mərkəzi İnternetdə, eləcə də sosial şəbəkələrdə onlayn-oflayn yayımlanacaq – məsafəli fəaliyyət göstərəcəkdir. Elektron kitablardan ibarət virtual sərgi təşkil olunacaqdır.
Mütəхəssislər tərəfindən bu layihənin həm peşəkar elm dairələri, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılmasına şərait yaradacaq.
Gələcəkdə elmin və intellektual ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək resurslar yaradılacaq, Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcəkdir.
Layihənin sonrakı mərhələsində elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli intellektual nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi kitablarınn elektron versiyası hazırlanır və İnternetdə yerləşdirilir ki, bu layihə bitdikdən sonra sayt vasitəsilə davamlılığını təmin edir.
Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət davam etdiriləcəkdir.
Risklər
Fəaliyyət zamanı – layihə həyata keçirilərkən kiçik risklər ola bilər, bu yaradılan resursların dağıdılması, elektron kitabların pozulması və b. Buna görə də peşəkar İT xidmətlərindən yararlanılacaq. Eləcə də müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər – standartlara riayət edilməsi lazım olacaq.
Ərizə verən təşkilatın fəaliyyət sahəsi və uyğun təcrübə
Təşkilat – Yeni Yazarlar və Sənətçilər Qurumu milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliği, təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 10 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana – İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs yaradıb və 300-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə təqdim edilib.