Elşən Bayramzadə. "Amerika prezidentləri". Kitab ABŞ-ın prezidentlik institutu, prezidentlərin tərcümeyi-halı və onların siyasi fəaliyyətindən bəhs edir. ABŞ-ın superdövlətə çevrilməsində, Konstitusiya və demokratiya prinsiplərinə sadiqlik böyük rol oynayıb. Bu prinsiplərin pozulması bəzi prezidentlərin impiçmentinə gətirmişdir. Kitabda bu haqda da geniş məlumat verilmişdir. Əhatəli şəkildə ABŞ-ın siyasi quruluşu və onun birinci şəxslərinin fəaliyyətinə həsr olunmuş, maraqlı faktlar və məlumatlarla zəngin, illüstrasiyalı belə bir kitab Azərbaycan dilində ilk dəfədir nəşr olunur.
"Süddaşıyan" hekayəsi Almaniyada yaşayan yazıçı Vüqar Dəmirbəylinin maraqla oxunan əsərlərindəndir. Bu hekayə müəllifin almanca çap olunmuş "Auf den Baumwollfeldern" kitabına da daxil edilib.
Faiq Hüsiyev. Xarici ölkələrdə Azərbaycan mətbuatı:1990-2005-ci illər (posтsovet məkanında). Faiq Hüsiyevin xarici ölkələrdə Azərbaycan mətbuatşünaslığının aktual problemlərinə həsr olunmuş monoqrafiyasında postsovet dövrü Azərbaycan mətbuatının tarixi qaynaqları, klassik Azərbaycan mətbuatının demokratik ənənələri fonunda onun sovet hakimiyyəti illərində, habelə, postsovet dövründəki axtarış istiqamətləri tədqiq olunmuşdur.
"Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü". Biblioqrafiya. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının hazırladığı biblioqrafik göstəricilər toplusu.
Asif Həsənli. “Müsəlmanlara qarşı təcavüzkar siyasət”. İraqın ABŞ tərəfindən işğalı. Siyasi publisitika. Kitabın mətni müəllif redaktəsində verilir. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02-05 (06 - 2014)
"Planning A House by Larry Angel". Fərdi ev tikmək istəyənlər üçü ingilis dilində faydalı bir kitab. Xəyalınızdakı evi qurmaq üçün əla vəsait sayıla bilər.
V.Y.Ulaxoviç. "Müasir diplomatiyada protokol və etiket". Kitabda müasir diplomatiyanın incəlikləri açıqlanır, onun yaranması və inkişafı göstərilir. Diplomatiya praktikasının konkret məsələlərinə xüsusi diqqət yetirilir. Əsər diplomatlara, beynəlxalq münasibətləri öyrənən tələbələrə, işgüzar adamlara faydalı olacaqdır.