
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Virtual İnternet Resurs Mərkəzinin təqdimatında
“Gənc elektron elm”: 45 (05 - 2014)
Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənc elektron elm – Virtual İnternet resurs mərkəzi” innovativ-intellektual layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Elektron kitab N 45 (05 - 2014)
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu:
YYSQ - http://www.yysq.org http://www.elmler.net
Qurban Bayramov
Jalə Qurbanqızı (Rzayeva)
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
(Elmi-filoloji monoqrafiya)
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Filolologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov və və gənc alim Jalə Qurbanqızının (Rzayeva) müştərək elmi kitabı.
Kitabda Azərbaycanın xalq yazıçısı, yüksək mənəviyyatlı, intellektual səviyyəli ziyalı, qüdrətli sənətkar – nasir, dramaturq, publisist, vətənpərvər ictimai xadim İlyas Əfəndiyevin zəngin, çoxşaxəli yaradıcılığının ədəbi tənqiddə estetik dərki problemi ilk dəfadir ki, tədqiq edilir, öyrənilir və elmi-nəzəri şərhi verilir.
Burada keçən əsrin 30-cu ilərindən başlayaraq ömrünün sonuncu ilinə (1996) qədər ardıcıl şəkildə yaradıcılıqla məşğul olan İlyas Əfəndiyevin bənzərsiz, çoxşaxəli ədəbi-bədii fəaliyyəti ümummilli ədəbi-mədəni hərəkat məcrasında araşdırılmış, onun bədii-estetik düşüncə orjinallığı, fərdi dil-üslub xüsusiyyəti, dramaturgiya axtarışlarının ədəbi tənqid tərəfindən dərki geniş bir şəkildə, müxtəlif problemlərə uyğun bir tərzdə, tarixi-xronoloji ardıcıllıqla şərh olunmuşdur. Kitab müasir filoloji sahə və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur...