Rövşən Yerfi. "Residivist". Povest. Kitabada olan “Residivist” povestində residivist hesab edilən bir məhkumun faciəli həyatından bəhs edilir. Əsər penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Əliyar Mikayılov. "Kompyuter anlayışları". Gənc müəllif sadə dildə - yeni nəslin başa düüşəcəyi üslubda kompyuter dünyasına səyahət edir, hər bir istifadəçi üçün maraqlı ola biləcək məlumatları oxucuya çatdırır. "Gənc blogerin e-kitabxanası" 15 (34 – 2013)...
Bu nəşr gənc şəhid - şairin sayca çap olunmuş dördüncü kitabıdır. Amma bu kitabda ilk dəfə olaraq onun seçilmiş əsərləri latın qrafikası ilə nəşr olunur.
Orxan Bahadırsoy. "Fahişə mələklər". Gənc nasir Orxan Bahadırsoyun öz təbirincə desək, bu iki hissəli "tragiroman" öz bədənini satan qadınlar və narkomaniya bəlasından əziyyət çəkən insanların taleyinə həsr olunub....
Yeni media ilə bağlı kulturoloji-şəbəkə layihəsi: İnteraktiv-kulturoloji layihə sosial şəbəkə fəallarını da əhatə edəcək... Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qismən maliyyə dəstəyilə "Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant - məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət" adlı yeni innovativ-kulturoloji layihəsinə start verib.
Afaq Şıxlı. “Ömrümün beşinci fəsli”. Bu poetik toplu qürbətdə yaşayan istedadlı şairə Afaq Şıxlının ana dilimizdə beşinci kitabıdır. Burada toplanmış şeirlər həm forma və həm də məzmunca rəngarəngdir. Vətən həsrəti, övlad sevgisi, ana məhəbbəti, şəhidlərimizə ehtiram, ilahi eşq və s. mövzularda şeirlər, eləcə də şairənin qələm dostlarına ithafən yazdığı şeirləri də kitabda yer almışdır. Ümidvarıq ki, A. Şıxlının bu kitabı da oxucuları tərəfindən rəğbətlə qarşılanacaqdır!
Camal Zeynaloğlu. "Həqiqət işığında". Bu kitab Camal Zeynaloğlunun oxucularla yeddinci görüşüdür. “Yaxşı insanlar sorağında” silsiləsindən olan bu ilk kitab tanınmış ziyalı, gözəl insan, etibarlı dost və yoldaş, nadir istedad sahibi, yazıçı-publisist, şair, filosof, tarixçi, teoloq, astronom, ictimai xadim, Azərbaycan Ziyalılar Cəmiyyətinin məsul katibi, “Ziyalı” qəzetinin baş redaktoru, həvəskar bəstəkar,“Qızıl Qələm”və “Məhsəti Gəncəvi” mükafatları laureatı, fəlsəfə elmləri namizədi, dosentHəqiqət xanım Kərimovanın həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Yaqub Məğrur. "Qeyrət nəğməsi". Şair-publisist Yaqub Mrurun bu yeni e-kitabına qələmə aldığı poetik-lirik şeirlərindən, esselərdən, publisistik əsərlərdən nümunələr və haqqında yazılmış məqalələr, şeirlər toplanıb... Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Aynur Lətifova. "Sevgi naminə". Gənc yazıçı xanımdan növbəti sevgi povesti. Çinarə ailə münasibətləri üzrə psixoloqdur. O, neçə-neçə ailələri dağlmaqdan, boşanmaqdan xilas edib. Ancaq öz ailəsi bu problemlə üzləşdikdə, o, çətinlik çəkir və çarəsiz qalır.
Füzuli Yavər. "Olesya".Magiya teatrı üçün daha bir pyes. A.Kuprinin ölməz "Olesya" povestiəsasında işlənmiş iki hissəli dram. Bu povest əsasında dəfələrlə bədii film çəkilib, səhnə əsərləri, hətta balet tamaşaları da hazırlanıb. "Olesya" ya qarşı marağın ildən-ilə artması bu əsərin ruhundakı izahedilməz magiyadadır.
Dilarə Vəkilova və Əlövsət Bəşirlinin imzası ilə "Mütərcim" nəşriyyatında bu günlərdə işıq üzü görmüş "Bizim dünya" kitabı əsasında e-nəşrə hazırlanmış bu elektron kitabında hekayələr, xatirələr, oçerklər və başqa oxunaqlı yazılar toplanmışdır. Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
Abdulla Faruq-100. Kitab Abdulla Faruqun 100 illik yubileyinə ithafdır. Bu, Azərbaycan Yazıçılar Birliyinin "İRS" komissiyasının "Yüzilliklər" silsiləsindən ikinci kitabıdır. Kitabda şair-publisist Abdulla Faruqun xatirələri və məqalələri, eyni zamanda haqqında xatirə və məqalələr verilmişdir.