Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Olesya". Magiya teatrı üçün pyes. A.Kuprinin ölməz "Olesya" povesti əsasında işlənmiş iki hissəli dram.

Müəllif:

Füzuli Yavər


Kateqoriya:

Dram əsərləri. Pyeslər



Qısa Təsvir:

Füzuli Yavər. "Olesya". Magiya teatrı üçün daha bir pyes. A.Kuprinin ölməz "Olesya" povesti əsasında işlənmiş iki hissəli dram. Bu povest əsasında dəfələrlə bədii film çəkilib, səhnə əsərləri, hətta balet tamaşaları da hazırlanıb. "Olesya" ya qarşı marağın ildən-ilə artması bu əsərin ruhundakı izahedilməz magiyadadır.


Baxış sayı: 2734
    
    


www.kitabxana.net

Milli Virtual Kitabxananın təqdimatında

 

“Çağdaş pyes”  N 03 (26 - 2013)

 

Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş pyes” Kulturoloji-şəbəkə ədəbiyyatı layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

 

Elektron Kitab N 03

 

 YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 03 (26 - 2013)

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

 YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net

 

Füzuli Yavər

 

 "Olesya"


Magiya teatrı üçün daha bir pyes


Redaktoru və e-nəşrə hazırlayanıAydın Xan (Əbilov), yazar-kulturoloq


Magiya teatrı üçün daha bir pyes. A.Kuprinin ölməz "Olesya" povesti əsasında işlənmiş iki hissəli dram. Bu povest əsasında dəfələrlə bədii film çəkilib, səhnə əsərləri, hətta balet tamaşaları da hazırlanıb. "Olesya" ya qarşı marağın ildən-ilə artması bu əsərin ruhundakı izahedilməz magiyadadır.

                     

 

İŞTİRAKÇILAR:


İVAN TİMOFEYEVİÇ.

YARMOLA.

MANUYLİXA.

O L E S Y A.

YEPSİXİ AFRİKANOVİÇ.

MÜƏLLİF.

 

MÜƏLLİF - Tale məni gənclik illərində bir müddətliyinə Volınck quberniyasının ucqar bir guşəsinə aparıb çıxartmışdı. Orda dözülməz dərəcədə darıxacağımı heç ağlıma belə gətirmirdim. Qatarda düşünürdüm - Polesye, ucqar yer, təbiətin qoynu, qəribə adət-ənənələr... Həm də yəqin ki, bol-bol mistik əfsanələr, rəvayətlər, mahnılar...

Bu o vaxtlar idi ki, mən qəzetlərdə hərdənbir kiçik hekayələr dərc etdirməyə başlamışdım və düşünürdüm ki, belə şeylərin müşahidəsi yazı-pozu ilə məşğul olan adam üçün çox vacibdir.

Lakin nədənsə mən Perebrodck kəndlilərilə dil tapa bilmirdim, onlar yaman tərs, adamayovuşmaz idilər. Gətirdiyim kitabları tezliklə oxuyub qurtardım. Yalnız bir məşğuliyyətim qalırdı - ova çıxmaq. Havalar da elə pis keçirdi ki, ova getmək də mümkün olmurdu. Dörd divar arasında qalıb küləyin vıyıltısını dinləyir və olduqca darıxırdım.