ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan detektivi" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron Kitab N 25 (02 - 2015)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
YYSQ - http://www.yysq.org
Müşfiq Xan
"Milanaya məktub"
(Detektiv roman)
Redaktə və bütün hüquqlar müəllif məxsusdur
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Bаkı, YYSQ - 2015
Müşfiq Xan. "Milanaya məktub". (Detektiv roman). İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına gənc detektivin "Milanaya məktub" adlı növbəti romanı təqdim edilir. "Sonuncu hədiyyə" və "Yataqdakı qatil" əsərlərindən oxucuların tanıdığı açılmayan qətllər üzrə baş müstəntiq - Sato ləqəbli Saday Oğuz yenə də iş başındadır. Roman Azərbaycanın şimal rayonlarından birində dəniz sahilində yerləşən istirahət mərkəzində bədbəxt hadisə görüntüsü verilən, əslində isə planlaşdırılmış qətlin ifşa olunması üzərində qurulmuşdur. Hadisələr iki gün ərzində - avqust ayında cərəyan edir. Hər şey boks üzrə dünya çempionunun dənizdə boğulması ilə başlayır. Xəfiyyə ilə qatil arasındakı gərgin mübarizə və müəmmalı cinayət sirrinin açılmasına şahidlik etmək istəyirsinizsə, bu, sizin axtardığınız romandır.
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.