Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Ramiz Abbaslı. "Ad oğrusunun adı" (Roman). Azərbaycan torpaqları hələ də işğal altındadır, qaçqınlar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər, erməni gülləsi bu gün də azərbaycanlını qətlə yetirir: romanı da bu barədədir.

Müəllif:

Ramiz Abbaslı


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

Ramiz Abbaslı. "Ad oğrusunun adı" (Roman). Azərbaycan torpaqları hələ də  işğal altındadır, qaçqınlar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər, erməni gülləsi bu gün də azərbaycanlını qətlə yetirir.  Oxuculara təqdim olunan "Ad oğrusunun adı" romanı da bu barədədir.


Baxış sayı: 2332
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan bədii romanı" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir.


Elektron Kitab N 28 (15 - 2015)


Kulturoloji layihəni maliyyələşdirən qurum:

YYSQ - http://www.yysq.org


Ramiz Abbaslı

"Ad oğrusunun adı"

(Roman)

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.


Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq


YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Bаkı, YYSQ - 2015

 

DİQQƏT

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

 

"Elm və Təhsil" nəşriyyatı - 2015

 

Müəllifin ön sözü


Azərbaycan xalqı bir bəlaya düçar olub. Onun nə vaxt başladığı məlumdur, sonu görünmür: Azərbaycan torpaqları hələ də işğal altındadır, qaçqınlar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmirlər, erməni gülləsi bu gün də azərbaycanlını qətlə yetirir.

- Oxuculara təqdim olunan "Ad oğrusunun adı" romanı da bu barədədir. 20 may 1995-ci ildə "Aum Sinrike" adlı dini sektanın
üzvləri Tokio metrosuna zarin qazı buraxıb kütləvi qırğın törətdilər. O hadisəni qələmə alan yapon yazıçısı Xaruki Murakami baş verən dəhşət barədə real təsəvvür yaratmaq üçün biri-birinin təkrarı olan onlarla şahid ifadəsindən, "Aum"çular adlanan sekta üzvlərindən alınmış müsahibələrdən, sxemlərdən və digər vasitələrdən istifadə edir. Belə kitabı oxumaq bəzi oxucular üçün müəyyən çətinlik yarada bilər, hətta qeyri-ənənəvi də görünə bilər. Lakin müasir ədəbiyyatda bu, normal sayılır.
Azərbaycan xalqının başına gələnlər tokio metrosunda baş verən hadisədən milyon dəfə dəhşətlidir.
Tarixin qara səhifələri olan üç yüz ilin qətliyamından baş açmaq asan iş deyil; çünki onun kökləri dərindir, qara səhifələri zamanın tozu da basıb. Ona görə də hadisəyə üç min ilin tarixi kontekstindən yanaşmaq lazım gəldi. Bu isə tarixi ekskurslarsız mümkün deyildi.
Bundan əlavə, şahid ifadələri və sitatlardan da istifadə olunub.
Sitatlalar bədii ədəbiyyatda olub, indi də var. Yüzillər öncə yazıb-yaratmış Fransua Rable və Valter Skott öz əsərlərində sitatlardan gen-bol istifadə edirdilər.
Müasir dünyanın ədəbiyyat nəhəngləri olan Xulio Kortasarın və Umberto Ekonun da əsərlərində yeri gəldikcə sitatlardan istifadə olunur.
Ümidvaram ki, əsrlərdi davam edən Azərbaycan faciəsi və onun davamı olan Qarabağ faciəsiylə maraqlanan hər kəs üçün bu kitab da maraqlı olacaq. 


Ramiz Abbaslı, 


02 fevral 2015-ci il