Rişard Kapuçinski (1932-2007) tanınmış polyak jurnalistidir. Üçüncü dünya ölkələrində müxbir kimi çalışarkən yazdığı bədii-publisistik kitablar ona dünya şöhrəti gətirib, o hətta Nobel mükafatına namizəd irəli sürülüb. 1982-ci ildə İran təəssüratları əsasında yazdığı "Şahənşah" romanı onun ən populyar əsərlərindəndir.
Edqar Allan Po 19 yanvar 1809 - cu ildə Bostonda anadan olmuş, 7 Oktyabr 1849 - cu ildə Baltimorda vəfat etmişdir. Amerikalı yazıçı və şairdir. Özü Amerikanın romantik cərəyanının öndə gedənlərindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından olan Po müasir mənada qorxu, həyəcan növlərinin də atasıdır. Bu gün çox insanlar tərəfindən ABŞ-ın böyük yazıçılarından hesab olunsa da Po həyatdaykən tez-tez alçaldılmış və səhv başa düşülmüşdür.
Böyük Atatürk dövründə Türkiyə Cümhuriyyətinin yaradılmasında onunla çiyin-çiyinə fəaliyyət göstərib. Türkiyə Mətbuat İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Anadolu agentliyini yaradıb. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul Universitetlərinin professoru olub.
Əməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri (2001-ci ildən), Milli Məclisin üzvü və onun Mədəniyyət məsələləri üzrə daimi komissiyasının və Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə Milli komitəsinin sədri, "Füzulidən Vaqifə qədər", "Cənubi Azərbaycanda ədəbi dil; normalar, üslublar", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Bəxtiyar Vahabzadə", "Türk dünyası; xaos və kosmos", "Genezisdən tipologiyaya", "Eposdan kitaba", "Azərbaycan mədəniyyət məsələləri", "Azərbaycanşünaslıq məsələləri", "Azərbaycanşünaslığa giriş", "Heydər Əliyev", "Ədəbiyyatdan siyasətə", "Qədim türk ədəbiyyatı", "Anar", "Klassiklərdən müasirlərə", "İlham Əliyev" və s. dəyərli kitabların çağdaş Azərbaycan təfəkkürünün formalaşması və inkişafında əhəmiyyətli rola malik Nizami Cəfərovun 50 illik yubileyi tamam olur...
Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şerlər" (1920) və "Opera" (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Sultan Məmmədovun "MASONLUQ: Dünyanı idarə edən qüvvə" kitabında barəsində minlərlə şaiyələr gəzən, güzli fəaliyyət göstərən beynəlxalq mason təşkilatının tarixindən, mahiyyətindən, məqsəd və strukturlarından, bügünkü vəziyyətindən söhbət açılır. Oxucu mason lojalarının quruluşu, masonların gizlinləri, sirləri, şəbəkələri barədə dolğun məlumatlar ala bilər...
Ulu Şeyx Nizaminin "Xəmsə"sinin şah nümunəsi sayılan "İskəndərnamə" dastanının ikinci kitabı sayılan "Şərəfnamə" məsnəvisinin - poemasının latın qrafikalı əlifbayla, Azərbaycan dilinə poetik tərcümədə təqdim edirik.
Yunus Oğuzun "Təhmasib şah" romanı indiyə qədər bizim tarixşünaslığımızda o qədər də öyrənilməmiş bir dövrə həsr olunub. Həmişə Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istər ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə, yəni Səfəvilər xanədanının banisinə yönəlib.