Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

Axtarış sorğusu:

Axtarışa uyğun: 2446 nəticə tapıldı


    
"Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Xəyyam" və "İblisin intiqamı" pyesləri, məqalələri, məktubları
Müəllif: Hüseyn Cavid

Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Beşinci Kitab. "Əsərləri"nin bu son cildinə sənətkarın "Xəyyam" (1935) və "İblisin intiqamı" (1936-1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə pyesi olan "Xəyyam"da Cavid Şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.

Baxış sayı: 696
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Dörd cilddə. Dördüncü Kitab. KİÇİK HƏCMLİ VƏ NATAMAM PYЕSLƏR . LİBRЕTTOLAR. MƏQALƏLƏR
Müəllif: Cəfər Cabbarlı

Cəfər Cabbarlı. "Seçilmiş əsərləri". Dörd cilddə. Dördüncü Kitab. KİÇİK HƏCMLİ VƏ NATAMAM PYЕSLƏR . LİBRЕTTOLAR. MƏQALƏLƏR. Çoxşaxəli yaradıcılıq istеdadına malik qüdrətli qələm ustası Cəfər Cabbarlının "Əsərləri"nin dördüncü cildinə müəllifin kiçik həcmli və natamam pyеsləri, librеttoları və ədəbi-tənqidi məqalələri daxil еdilib. Dramaturqun sənətşünaslıq baxışlarını özündə əks еtdirən məqalələrinin bir qismi çoxcildliyə ilk dəfədir ki, salınır.

Baxış sayı: 727
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Üç cilddə. İkinci Kitab. "Studеntlər", "Qızlar bulağı" və "İki оd arasında" romanı
Müəllif: Yusif Vəzir Çəmənzəminli

 Yusif Vəzir Çəminzəminli. "Seçilmiş əsərləri". Üç cilddə. İkinci Kitab. Оxuculara təqdim оlunan bu cilddəki "Studеntlər", "Qızlar bulağı", "İki оd arasında" əsərləri ilə Yusif Vəzir ədəbiyyatımız tarixində bir rоmançı kimi də xüsusi yеr tutur. Kiyеv təhsil illərinin müşahidələrindən dоğan "Studеntlər" rоmanı Çəmənzəminlinin ictimai fikir mеydanında söylədiyi öz sözü, öz mülahizələri idi.

Baxış sayı: 721
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri
Müəllif: Hüseyn Cavid

Hüseyn Cavid. "Seçilmiş əsərləri". Beş cilddə. Dördüncü Kitab. Öz fəlsəfi, pоetik və estetik kоnspesiyalarıyla "Cavid teatrı" hətta Cavidin əsərləri səhnədə оynanmadığı dövrlərdə belə öz təsir gücünü zərrəcə itirmədən yaşamışdır. Mütəfəkkir sənətkarın "Əsərləri"nin bu cildinə "Knyaz" (1928-1929) və "Səyavüş" (1933) mənzum faciələri daхil edilmişdir.

Baxış sayı: 713
Yüklə: PDF yüklə
    


    
Azərbaycanın müqəddəs yerləri. İnanc ocaqlarımız - inam məkanlarımız: Diri baba» türbəsi. Bababağ - müqəddəs zirvə
Müəllif: Bələdçi

Azərbaycanın müqəddəs yerləri. İnanc ocaqlarımız - inam məkanlarımız: Diri baba» türbəsi. Bababağ - müqəddəs zirvə.  Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.

Baxış sayı: 729
Yüklə: PDF yüklə
    


    
Milli Kitab tariximizə qısaca kulturoloji-tarixi ekskurs: Kitabçılıq sənəti, divan, kitabxanalar...
Müəllif: Bələdçi

Bütün dünyada, o cümlədən Azərbaycanda kitabçılıq sənətinin inkişafı eramızın XI əsrinə aid edilir. Həqiqətən də XI əsr kitab mədəniyyəti üçün dönüş əsri olmuşdur. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdır. Azərbaycanda da bu sahədə əvəzsiz xidmətlər göstərmiş şəxslər olmuşdur. Onlardan bir neçəsi ilə tanış olmaq yerinə düşərdi.

Baxış sayı: 697
Yüklə: PDF yüklə
    


    
"PEYĞƏMBƏR". "Gəminin gəlişi" və "Eşq". (Livanın görkəmli yazarının romandan parça: azəricə). Eləcə başqa yazıları
Müəllif: Xəlil Cibran

Görkəmli yazıçı və tanınmış rəssam Xəlil Cibran 1883-cü ildə Livanda doğulub. Əsərləri dünyanın iyirmiyə qədər dilinə tərcümə edilib. Rəssam kimi isə bir çox əsərləri indi də sərgilərdə nümayiş edilməkdədir. Ömrünün son iyirmi ilini ABŞ-da yaşayan yazıçı əsərlərini ingiliscə yazmğa başlayıb. Yazıçının «Xəbərçi», «Dünya tanrıları», «İnsanoğlu İsa», «Asi ruhlar», «Dəli», «Sözlər» və b. kitabları nəşr edilib. Cibran Xəlil 1931-ci ildə ABŞ-da vəfat edib. Sizə təqdim etdiyimiz roman poetik parçalarla işlənmiş essedir.

Baxış sayı: 737
Yüklə: PDF yüklə
    


    
Yaxın və uzaq adam - Güneyli dünyaşöhrətli yazar Rza Bərahani: "Öz vətənimdən ötrü darıxsam da, sonra yenə də Amerikaya qayıtdım..."
Müəllif: Bələdçi

Əsərlərinin əksəriyyəti 15 dilə tərcümə edilib: ingilis, fransız, alman, rus, ispan, isveç və türk dillərində oxumaq olar. Ən əsası isə adı Nobel mükafatına təqdim olunanlar sırasındadır. Söhbət görkəmli şair, yazıçı, publisist və ədəbi tənqidçi Rza Bərahanidən gedir. 1935-ci ildə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində anadan olub. Ədəbi nəzəriyyə və tənqid, poeziya və belletristikaya aid 50-dən çox kitabın müəllifidir. Əvvəllər Tehran, Texas, İndiana, Merilend, York, Yuta universitetlərində fəaliyyət göstərən Rza Bərahani hazırda professoru olduğu Toronto Universitetinin Müqayisəli Ədəbiyyatşünaslıq Mərkəzində mühazirələrlə çıxış edir. R.Bərahani indiyədək bir çox mükafatlara layiq görülüb. Bunların sırasında Kanada Milli Etnik Mətbuatı və Media Şurasının İnsan Hüquqları Mükafatı, Kanada Ədəbiyyatında Ömürlük Nailliyyət Mükafatı, İran Tənqidçiləri və Jurnalistləri Mükafatı, Toronto Universiteti Massey Kollecinin Risk Proqramında Alimlər Mükafatı, Amerika Yazıçılar Birliyinin Ümumdünya Azadlıq Mükafatı, Amerikanın Xarici Mətbuat Klubu Mükafatı və s. qeyd etmək olar.

Baxış sayı: 719
Yüklə: PDF yüklə
    


    
"CƏHƏNNƏM" (ƏsƏr). Roman. Görkəmli Azərbaycan nasirinin ən son irihəcmli bədii-fəlsəfi nəsr əsəri. Müsahibəsi
Müəllif: İsa Muğanna (Hüseynov)

İsa Muğanna (Hüseynov). "CƏHƏNNƏM" (ƏsƏr). Roman. Görkəmli Azərbaycan nasirinin ən son irihəcmli bədii-fəlsəfi nəsr əsəri.

Baxış sayı: 729
Yüklə: PDF yüklə
    


    
"Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı.
Müəllif: Nizami Gəncəvi

Nizami Gəncəvi. "Xəmsə". Üçüncü Kitab. "Leyli və Məcnun". İlahi eşq və ölməz sevgi dastanı.

Baxış sayı: 776
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab. "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")
Müəllif: Məhəmməd Füzuli

Məhəmməd Füzuli. "Seçilmiş əsərləri". Altı cilddə. Altıncı kitab.  "Hədiqətüs-süəda" ("Хоşbəхtlər bağçası")/ 

Baxış sayı: 802
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Beş cilddə. Üçüncü Kitab. "İblis", "Afət", "Peyğəmbər", "Topal Teymur" dramları
Müəllif: Hüseyn Cavid

Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin "Əsərləri"nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.

Baxış sayı: 729
Yüklə: PDF yüklə
    


    
QODERZİ ÇOXELİ: "BU DÜNYADA RUH KİMİ YAŞAY­RAM..."
Müəllif: Nəriman Əbdülrəhmanlı

Bakıya qayıdandan sonra xəbərin təfərrüatını internetdə axtardım: "Tanınmış gürcü yazıçısı Qoderzi Çoxeli uzun sürən xəstəlikdən sonra 2007-ci il noyabrın 16-da..."

Baxış sayı: 749
Yüklə: PDF yüklə
    


    
"Füzuli sənətkarlığı". Böyük şairimiz, çağdaş poetik dilimizin babası sayılan şair barədə dəyərli monoqrafiya
Müəllif: Mir Cəlal Paşayev

Mir Cəlal (Paşayev).  "Füzuli sənətkarlığı" (Monoqrafiya). III nəşri. Bakı, "Kaşqari", 2007. 357 səh. Bu kitabda Füzulinin sənət və sənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.

Baxış sayı: 747
Yüklə: PDF yüklə
    


    
"Seçilmiş əsərləri". Dörd cilddə. Üçüncü Kitab. Məşhur pyesləri: "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş"
Müəllif: Cəfər Cabbarlı

Cəfər Cabbarlı. "Seçilmiş əsərləri". Dörd cilddə. Üçüncü Kitab. Məşhur pyesləri: "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar", "Dönüş"

Baxış sayı: 732
Yüklə: PDF yüklə