Doktor Süleyman Cəbrayılov. Praktik həkimdən üç maraqlı material. Gecə enurezi (gecələr sidiyi saxlaya bilməmək) - Çıxış yolu... Kişilərin prostat problemi. Həlli yolları, müalicəsi... Kişilərin cinsi zəiflik problemi. Müayinə və müalicə üsulları...
"Yalquzaq". Alman ədəbiyyatının ən məşhur romanı Vilayət Hacıyevin orijinaldan tərcüməsində azərbaycanca... Hər birimizin yaşadığı tənhalığın ədəbi fəlsəfəsi... "Yalquzaq" (almanca "Der Steppenwolf") - İlk dəfə Almaniyada 1927-ci ildə nəşr olunub. Bu romanla insan ruhu, insan qəlbi haqda intellektual romanların pleyadası başlayıb. Bu əsər olmadan XX əsrdə avanqardizm, rəssamlıq, kino və musiqidə isə bir çox şeylər olmazdı.
Mixail Bulqakov. "Bohema". Ədəbiyyatın köməyilə necə dolanmalı? Seyfəddin Hüseynlinin tərcüməsində... Dünya və rus ədəbiyyatından gözəl bir kretiv yarpaq...
Viktor Mari Hüqo. "Səfillər" (roman, tam mətni). Tərcümə edənlər: Mikayıl Rəfili, Beydulla Musayev. Dünya ədəbiyyatının şah nümunələrindən biri azərbaycanca...
Şəmil Sadiq. "Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası". Cavan istedadlı filoloq alimin Azərbaycan ədəbiyyatının görkəmli romantik nümayəndəsi və onun zəngin irsinin maraqlı tərəfləri barədə elmi monoqrafiyası...
Xanlar Həmid. "Bir sevgidən doğulan". Şairin oxucularla beşinci görüşündə də qoşma, gəraylı və qəzəl formasında poetik sevgi etirafları təqdim olunur...
"Film Fiction" - Azərbaycanda ilk elektron film jurnalı: Dekabr - dördüncü sayı. Yükləyib oxuya bilərsiniz. Bu say Azərbaycan kinosunun gözəl aktyorlarından birinə - Yaşar Nuriyə həsr olunub...
"Borland C++ ilə Obyektyönlü Proqramlaşdırma". Kitabda obyektyönlü proqramlaşdırmanı öyrənmək istəyən tələbələr, müəllimlər, həmçinin proqramçılar faydalana bilərlər. Vəsait mümkün qədər sadə dildə yazılmışdır.
"Azərbaycan xalq ədəbiyyatından seçmələr". Qədimlərdən gələn qaravəllilər, xalq tamaşaları, oyunlarımız... Balacalarımıza, eləcə də Dünyanın 50 milyonluq Azərbaycanlılarına hər iki - Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə portalın hədiyyə-təbriki...
Corc Qordon Bayron. "Seçilmiş əsərləri". Bu kitaba dünya, Avropa və ingilis ədəbiyyatında mütərəqqi romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun azadlıq ideyaları tərənnüm olunan, maarifçilik görüşləri rəğbətlə qarşılanan "Gavur", "Abidos gəlini", "Mazepa" adlı mübariz ruhlu fəlsəfi-dramatik poemaları və "Qabil" pyesi daxil edilmişdir.
"Adabül-mütəəllimin" (Tələbəlik mədəniyyəti). Klassik Azərbaycan sufi intellektualından - Xacə Nəsrəddin Tusidən dəyərli bir əsər. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun rəsmi nəşri.
Pyer Davit. "Dünya və ya onun dörd tərəfinin ümumi təsviri". Kornel Lö Brən. "Moskoviya, İran və Şərqi Hind Adalarına səyahət (iqtibaslar). Orta əsrlər Şərq - Azərbaycan tarixinə aid qərbli müəlliflərin iki unikal əsəri...
"Quran" oxumağa giriş" (Əlifba) Türkiyə Dəyanət İşləri Başqanlığı nəşri. Azərbaycan dilində. Bu kitab Türkiyə Cümhuriyyəti Din İşləri Yüksək Kurulunun 8.3.1972 ci il tarixli və 423 saylı qərarı ilə nəşr edilmişdir.