AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəsmi nəşri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarına əsasən nəşr olunub və 18 000 yeni söz əlavə edilib. Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.
On sevimli Azərbaycan uşaq nağılı və hekayələri... "Şəngülüm, Şüngülüm, Məngülüm", "Əşrəf", Səhənd. "Balaca qara balıq", "Taxta qılınc", "Nar qızı", "Sehirli şamdan", "Abbas və Zeynəb", "Əhməd və Məleykə", Süleyman Sani Axundov, "Qaraca qız" (povest), "Üç şahzadə")
Azərbaycanın müqəddəs yerləri. İnanc ocaqlarımız - inam məkanlarımız: Diri baba» türbəsi. Bababağ - müqəddəs zirvə. Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.
Bütün dünyada, o cümlədən Azərbaycanda kitabçılıq sənətinin inkişafı eramızın XI əsrinə aid edilir. Həqiqətən də XI əsr kitab mədəniyyəti üçün dönüş əsri olmuşdur. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdır. Azərbaycanda da bu sahədə əvəzsiz xidmətlər göstərmiş şəxslər olmuşdur. Onlardan bir neçəsi ilə tanış olmaq yerinə düşərdi.
Əsərlərinin əksəriyyəti 15 dilə tərcümə edilib: ingilis, fransız, alman, rus, ispan, isveç və türk dillərində oxumaq olar. Ən əsası isə adı Nobel mükafatına təqdim olunanlar sırasındadır. Söhbət görkəmli şair, yazıçı, publisist və ədəbi tənqidçi Rza Bərahanidən gedir. 1935-ci ildə Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində anadan olub. Ədəbi nəzəriyyə və tənqid, poeziya və belletristikaya aid 50-dən çox kitabın müəllifidir. Əvvəllər Tehran, Texas, İndiana, Merilend, York, Yuta universitetlərində fəaliyyət göstərən Rza Bərahani hazırda professoru olduğu Toronto Universitetinin Müqayisəli Ədəbiyyatşünaslıq Mərkəzində mühazirələrlə çıxış edir. R.Bərahani indiyədək bir çox mükafatlara layiq görülüb. Bunların sırasında Kanada Milli Etnik Mətbuatı və Media Şurasının İnsan Hüquqları Mükafatı, Kanada Ədəbiyyatında Ömürlük Nailliyyət Mükafatı, İran Tənqidçiləri və Jurnalistləri Mükafatı, Toronto Universiteti Massey Kollecinin Risk Proqramında Alimlər Mükafatı, Amerika Yazıçılar Birliyinin Ümumdünya Azadlıq Mükafatı, Amerikanın Xarici Mətbuat Klubu Mükafatı və s. qeyd etmək olar.
"Qarabağnamələr"in üçüncü kitabında Azərbaycanın XX əsr salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
Suala həmən cavab gözləməyin. Cavabı çox güman ki, özünüz tapmalı olacaqsınız. İlk öncə Nobelləri niyə xatırladığımızın səbəbini açıqlayım. Sentyabrın 15-də Muzey Mərkəzində «Əsrin müqaviləsi»nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərginin açılışı oldu.
Dünya üzrə isə 3200-dən çox saentologiya kilsəsi, missiyaları, qrupları və sosial hərəkatı fəaliyyət göstərir. 154-dən çox ölkədə bu hərəkatın tərəfdarları var. Bu nəzəriyyənin yaradıcısı amerikalı fantastik əsərlər yazıçısı Lafayet Ronald Habbarddır. Gəncliyində dənizçi və polis olmuş Habbard sonradan universitetə daxil olub, fizika və astronomiyanı öyrənib. Daha sonra jurnalist və romançı kimi tanınıb, 130-dan çox əsər yazıb. 1970-80-ci illərdə saentologiya elmi üzrə məruzələrə başlayıb. Saentologiya tərəfdarları 1954-cü ildə dini icma - kilsə yaradıblar, yəni Ron Habbardın taleyi bir qədər Azərbaycan filosofu Asif Əfəndiyevinkinə bənzəyib.