Onlardan biri «artilleriyanın Allahı» sayılan Əliağa Şıxlinski, o birisi isə milli hökumətimizin hərb naziri Səməd bəy Mehmandarovdur. Görün nə günlərə qaldıq. Axı bu əbləhlər haradan bilsinlər ki, generallarla o cür rəftar edilməz. Məhbəsdə onlarla bir «barak»da saxlanırdıq. Bolşevik adı altında müsəlmanlara divan tutan ermənilər onların başına nə oyunlar açmadılar?
"Prezident İlham Əliyev və Mədəniyyət" adlı unikal ikicildliyin I cildi Azərbaycan Respublikası Prezidentinin 2003-2008-ci illər ərzində milli mədəniyyətimizlə bağlı çıxışları, nitqləri, qəbulları, görüş və mərasimləri, səfərləri, müsahibələri, eləcə də başqa rəsmi sənədləri əhatə edir.
Kitabda qədim yunan əsatir və rəvayətləri toplanıb. Yazon və Herakl haqqında ellinlərin bu əsatirləri dünya mədəniyyəti və ədəbiyyatında dərin izlər qoyub...
Bu dönəmdə Şimali Azərbaycanın dövlət rəhbəri Mircəfər Bağırov idi. Bağırov Stalindən fərqli olaraq, başqa şeylər haqda düşünürdü. O, əlinə düşən bu tarixi fürsəti qaçırmaq istəmirdi. Belə ki, onun fikrinə görə bu olaydan istifadə edərək iki Azərbaycanı asanlıqla birləşdirmək olardı. Bağırov bu məqsədlə bir neçə dəfə "millətlər atası"nın yanında da olmuşdu və deyəsən, onu razı sala bilmişdi.
Təqdim edilən toplu Avropa Şurasının Bakı Ofisinin Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarlarının Azərbaycan dilinə tərcüməsi sahəsində oxucularına növbəti töhfəsidir. Vəsait praktika ilə məşğul olan hüquqşünaslar (hakimlər, vəkillər və hüquq mühafizə orqanlarının işçiləri və s.), insan hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının, dövlət orqanlarının nümayəndələri, həmçinin insan hüquqlarının müdafiəsi, tədrisi və təbliği ilə məşğul olan digər şəxslər üçün nəzərdə tutulub.
Lüğət klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin başa düşülməsini asanlaşdırmaq və ümumiyyətlə, Azərbaycan dilində işlənən ərəb və fars alınmalarının ümumi mənzərəsini sistemli şəkildə əks etdirmək məqsədi daşıyır. Lüğətin əsas məqsədi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri ilə yaxından tanış olmaq, onu daha dərindən öyrənmək istəyən oxuculara, xüsusən yeni nəslə kömək etməkdən ibarətdir.

Bu kitabda antik fəlsəfənin yarandığı dövrdən, antik fəlsəfənin ən parlaq nümayəndəsi olan Aristotelə qədər inkişafı öz əksini tapmışdır. Redaktorlar heyəti qədim mütəfəkkirlərin əsərlərindən onların dünyagörüşünü daha çox səciyyələndirən fikirlərdən ibarət mətnləri kitaba daxil etməyə çalışmışlar. Kitab ali məktəb tələbələri, aspirantlar, ümumiyyətlə, fəlsəfə tarixilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.