"Azərbaycan Qeyri-Hökumət Təşkilatları" (sorğu-məlumat kitabı). Bakı, "Avrasiya Press", 2010, 320 səh. Kitabda Azərbaycan qeyri-hökumət təşkilatları, onların fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr haqqında sorğu məlumatları verilmişdir. Kitab QHT-lərin əlaqələndirilməsi məqsədilə çap edilmişdir.
Tanınmış yazıçı Mahirə Abdullanın "Qeyb" adlı romanı yazıçı xanımın "Ürəkkeçmə", "Erməni kölgəsi", "Əvvəl axır", "Ağıllı qadının intiharı" nəsr əsərlərindən və "Qarabağız şeirlər" kitabından sonra Qarabağ faciəsini ən dərin şüuraltı qatlarına həsr edilmiş yeni fəlsəfi-psixoloji romandır. Bu əsər Ahu adlı Qarabağlı bir gəlinin acınacaqlı həyat hekayəsindən bəhs edir.
"Lazımsız məlumatlar ensiklopediyası - 2 ". Bu kitabda sizlər nə zamansa maraqlandığınız, amma o qədər də sizə lazım olduğunu düşünmədiyiniz hər şey barədə cavablar var.
"Azərbaycan tarixi"nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir