ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Azərbaycan Qeyri-Hökumət Təşkilatları
(sorğu-məlumat kitabı)
Azərbaycan Qeyri-Hökumət Təşkilatları (sorğu-məlumat kitabı). Bakı, "Avrasiya Press", 2010, 320 səh.
Kitabda Azərbaycan qeyri-hökumət təşkilatları, onların fəaliy yət istiqamətləri və həyata keçirdikləri layihələr haqqında sorğu məlumatları verilmişdir.
Kitab QHT-lərin əlaqələndirilməsi məqsədilə çap edilmişdir.
ISBN 978-9952-442-30-4
© Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2010
© "Avrasiya Press", 2010
KİTAB HAQQINDA BİR NEÇƏ SÖZ
Azərbaycanın qeyri-hökumət təşkilatları haqqında sorğu məlumatlarının toplanması və kitab halında nəşr edilməsi üçüncü sektorun həyatında əlamətdar hadisədir.
İndiyədək bu yolda göstərilmiş təşəbbüslər müxtəlif QHT alyanslarının pərakəndə siyahısı ilə məhdudlaşmış, ölkədə
QHT sektorunun getdikcə zənginləşən palitrasını əks etdirə bilməmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası rəsmi dövlət qeydiyyatından keçmiş 2500-ə yaxın QHT-nin siyahısını əldə etmiş və onlardan yalnız 800 təşkilat haqqında yeniləşdirilmiş və dəqiqləşdirilmiş məlumat toplamağa müvəffəq olmuşdur. Əlaqə yaratmaq hələlik mümkün olmayan QHT-lərin siyahısı axtarışların davam etdirilməsi məqsədilə Şuranın www.qhtxeber.az saytında yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, axtarışlar bu gün də davam edir və ümidvarıq ki, Azərbaycan ictimaiyyəti üzümüzə gələn hər yeni ildə bu kitabın yeniləşmiş və məlumat baxımından daha da zən ginləşdirilmiş variantını ala biləcəkdir.
Kitab sorğu-məlumat xarakterli nəşr olduğundan burada bir çox QHT-lərin indiyədək yerinə yetirdikləri layihələrin
adları və onların təfsiri ixtisarla verilmişdir.
Ölkə QHT-lərinin fəaliyyət istiqaməti, rəhbərləri, telefonları, həyata keçirdikləri layihələrlə bağlı Şuraya, eləcə də digər QHT alyanslarına ünvanlanan gündəlik sorğuların çoxluğu göstərir ki, bu kitab Azərbaycanın ictimai həyatı üçün faydalı bir nəşr olacaqdır. Şübhəsiz, ölkədə QHT fəaliyyətinin hər hansı bir sahəsinə müraciət edən hər kəsə bu kitab lazımdır. Xüsusilə, QHT-lərin əlaqə ləndiril məsində və medianın QHT axtarışlarının uğurlu və dəqiq yönəldilməsində bu kitabın oynayacağı rol əvəzsizdir.
Fəaliyyət tərəfdaşlığı məsələləri baxımından kitabın QHT-hökumət münasibətlərinə, eləcə də ayrı-ayrı QHT-lər arasında yarana biləcək işbirliyinə böyük töhfə verə biləcəyi aşkardır.
Adı bu kitaba düşməyən və yaxud haqqında verilmiş informasiyaya əlavə və dəyişikliklər etmək istəyən QHT-lər Şuranın www.qhtxeber.az və ya www.cssn.gov.az saytlarındakı müvafiq anketi dolduraraq Katibliyə təqdim edə bilərlər. Həmin anketləri, həmçinin elektron poçt vasitəsilə vsuleymanova@cssn.gov.az ünvanına da göndərmək olar.
Şuranın katibliyi