"İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri." Rasim Əliquliyev, Cəsarət Valehov və Rasim Mahmudovun müştərək elmi-praktik vəsaiti yeni media ilə maraqlananlara və tədqiqatçılara ünvanlanıb... "İnformasiya Texnologiyaları" nəşriyyaverilir, informasiya inqilabları kontekstində jurnalistikanın yaranma zəruriyyəti və təkamülü məsələlərinə toxunulur. Müasir informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə İnternet-jurnalistikanın formalaşması istiqamətində mövcud olan bir sıra problemlər və onların həlli yollarının bəzi aspektləri araşdırılır.
"XVII əsr Azərbaycan lirikası" (Antologiya). Milli şerimizin zəngin dövrünü əhatə edən bu poetik kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşridir.
"Delphi 7. Azəricə dəsrlik 3" (Edit By Delphi7). WwW.Windows-Az.CoM portalının bu nəşri kompyuter texnologiyaları sahəsində ölkəmizdə və ana dilimizdəki boşluğu qismən doldurmaq məqsədi ilə təqdim edirik...
"Film Fiction" - Azərbaycanda ilk elektron film jurnalı: Noyabr - üçüncü sayı. Yükləyib oxuya bilərsiniz. Bu say Türkiyə kinosunun gözəl aktyorlarından biri Kamal Sunala həsr olunub...
"Film Fiction": əsası həvəskar bir neçə gənc tərəfindən qoyulan Azərbaycanda ilk elektron film jurnalıdır. Yükləyib oxuya biləcəyiniz, PDF formatlı bu jurnal əminik ki, kinomanların zövqünü oxşayacaq..