"Mir Cəlal (Paşayev). Biblioqrafiya". Xalq yazıçısının həyat, elmi-bədii yaradıcılığı barədə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış məlumat kitabı...
"Azərbaycan tarixi" çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır. Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.
"Azərbaycan tarixi". Yeddi cilddə. IV cild. Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur: əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi...
"Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər". Kitabda şifahi xalq ədəbiyyatının böyük bir istiqaməti sayılan folklor nümunələrinin müxtəlif tərəfləri tədqiq edilir...
"Azərbaycan tarixi". Yeddi cilddə. III cild. Kitabda əsasən orta əsrlər işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi işıqlandırılır.
"Azərbaycan etnoqrafiyası". Üç cilddə. III cild. Kİtabda mənəvi mədəniyyət - xalqımız çoxəsrlik tarixə malik toy bayramlrı, qarşılıqlı yardım məsələləri, ağsaqqal, ağbirçəklik adətləri, qonaqlıq məsələləri işıqlandırılır... Kitabda həmçinin oyunlar, xalq təbabəti, inam və inanc kimi bir çox məsələlər də işıqlandırılır.
19-cu əsrdən başlayaraq psixoloqları ən çox məşğul edən bəlalardanbiridə şizofren xəstəliyidir. "Erkən qocalma" kimi tanınan xəstəlik insanların həyatında ağır izlər buraxır. Bu kitabda şizofreniyanın tarixindən,onun insanlarda yaratdığı qeyri-adi hissləri biləcəksiz...