Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Şair Qardaşxan Alman poeziyasının tanınmış imzalarından seçmə tərcümələrini təqdim edirik. Şeirlərin orijinalını da veririk.

Müəllif:

Bələdçi


Kateqoriya:

Almaniya



Qısa Təsvir:

Şair Qardaşxan Alman poeziyasının tanınmış imzalarından seçmə tərcümələrini təqdim edirik. Şeirlərin orijinalını da veririk.


Baxış sayı: 707
    
    


Şair Qardaşxan Alman poeziyasının tanınmış imzalarından seçmə tərcümələrini təqdim edirik. Şeirlərin orijinalını da veririk.

 

 

J.W.GOETHE

MEERES STILLE

Tiefe Stille herrscht im Wasser,
Ohne Regung ruht das Meer,
Und bekümmert sieht der Schiffer
Glatte Fläche ringsumher.
Keine Luft von keiner Seite!
Todesstille fürchterlich!
In der ungeheuern Weite
Reget keine Welle sich.

Y.V.QÖTE

DƏNİZ SAKİTLİYİ

Dərinliyin sükutu
Dənizin üzərində.
Bu sükutun kədəri
Dənizçi gözlərində. 
Nə bir küy, nə bir külək!
Qorxunc ölüm sükutu!
Sükut pərdəsi altda
Yatır dalğa tabutu.
            
J.W.GOETHE

NÄHE DES GELIEBTEN

Ich denke dein, wenn mir der Sonne Schimmer
Vom Meere strahlt;
Ich denke dein, wenn sich des Mondes Flimmer
In Quellen malt.
Ich sehe dich, wenn auf dem fernen Wege
Der Staub sich hebt;
In tiefer Nacht, wenn auf dem schmalen Stege
Der Wandrer bebt.
Ich höre dich, wenn dort mit dumpfem Rauschen
Die Welle steigt.
Im stillen Haine geh ich oft zu lauschen,
Wenn alles schweigt.
Ich bin bei dir, du seist auch noch so ferne,
Du bist nur nah!
Die Sonne sinkt, baid leuchten mir die Sterne.
O wärst du da!

Y.V.QÖTE

SEVGİLİYƏ YAXIN

Ayna dəniz günə güzgü tutanda
Mən səni düşünürəm.
Ay bulaqda özünü unudanda
Mən səni düşünürəm.
Tozlu yollar ləpir-ləpir töyşüyür,
Bu dəm səni görürəm.
Gecə yarı qərib yolçu üşüyür,
Bu dəm səni görürəm.
Nəşələrin səssiz qeylü-qalında
Mən səni eşidirəm.
Meşəliyin bu mahnısız halında
Mən səni eşidirəm.
Getmə, gülüm, diksinib getmə uzaq,
Sən də mənə yaxınlaş.
Günəş batır, ulduzlar nur saçacaq,
Yanımda olaydın kaş!

J.W.GOETHE

WANDRERS NACHTLIED

Über allen Gipfeln
Ist Ruh,
In allen Wipfeln
Spürest du
Kaum einen Hauch;
Die Vögelein schweigen im Walde.
Warte nur, balde
Ruhest du auch.

Y.V.QÖTE

DOLAŞAN GECƏ NƏĞMƏSİ

Zirvələr üzəri
Lal-kar,
Güclə sezilən
Bir meh var
Yarpaqlarda, quzum…
Quşcuğazlar meşədə susub.
Bircə qalır sən
Sakitləşəsən.
                                                           
Heinrich Heine

Mag da draußen Schnee sich türmen,
Mag es hageln, mag es stürmen.
Klirrend mir ans Fenster schlagen…
Nimmer will  ich mich beklagen,
Denn ich  trage in der Brust,
Liebchens Bild und Frühlingslust.

                                        
                                                              
Haynrix Hayne

Bayırda qar  qalaqlanar,
Yağar dolu, tufan  coşar,-
Pəncərəmi cingildədər…
Heç vaxt mən etmərəm həzər;
Sinəmdə tutub qərar,
Çünki şəklin və bahar.

                  
Heinrich  Heine

SERAPHİNE

Das Fräulein stand am Meere,
Und seufzte lang und bang.
Es ruhrte sie so sehre,
Der Sonnenuntergang
Mein Fräulein, seien sie munter,
Das ist ein altes stück.
Hier fernegeht sie unter,
Und kehrt vonhinten zürück.
                                  
                                        
Haynrix Hayne

SERAFİNA

Sahildə qorxmuş qız
ah çəkir dərindən.
Gün batır, o yalqız
donubdur yerində.
Sən qorxma, qızcığaz,
bu qədim səhnədən.
Batan gün yox olmaz,
qayıdar yenidən.

Heinrich  Heine

Im wunderschönen Monat Mai,
Als alle Knospen sprangen,
Da ist in meinem Herzen
Die Liebe aufgegangen.
                        Im wunderschönen Monat Mai,
                        Als alle Vögel sangen,
                        Da hab ich ihr gestanden
                        Mein Sehnen und Verlangen.

Haynrix Hayne

Füsunkar may ayında
Tumurcuqlar çırtlarkən * 
Mənim də ürəyimdə
Sevgi oyandı erkən.
                    Füsunkar may ayında
                    Quşlar oxuyan zaman
          Eşqimi izhar edib,
                    Könül açdım ona mən.

Heinrich  Heine

Ein Fichtenbaum steht einsam
Im Norden auf kahler Höh.
Ihn schläfert; mit weißer Decke
Umhüllen ihn Eis und Schnee.

Er träumt von einer Palme,
Die, fern im Morgenland,
Einsam und schweigend trauert
Auf brennender Felsenwand.

Haynrix Hayne

 Şimalda çılpaq qayada
 Tənha bir şam ağacı var,
 Yuxu basır,– ağ yorğanla
 Bürüyür onu buz və qar.

O, yuxuda  görür, uzaq
Yaxın Şərqdə bir palmanı,
Tənha palma qüssələnir
Qızmar döşündə  qayanın.

Hoffmann von Fallersleben

WALDLIED

Im Walde möcht ich leben
Zur heißen Sommerzeit!
Der Wald, der kann uns geben
Viel Lust und Fröhlichkeit.

In seine kühlen Schatten
Winkt jeder Zweig und Ast;
Das Blümchen auf den Matten
Nickt mir: “Komm, lieber Gast!”

Von jedem Zweig und Reise
Hör nur, wie’s lieblich schallt!
Sie singen laut und leise:
“Kommt, kommt in grünen Wald!”

Hofman fon Falersleben

MEŞƏ NƏĞMƏSİ

Qızmar yayda bizə
qoynun açır göy meşə.
Başdan-başa sevinc,
Fərəh saçır göy meşə.

Çağırır yamyaşıl
sərin kölgəli budaq.
Dağ çəmənliyi də
deyir: “Gəl, əziz qonaq!”

Bax, ərklə danlayır
hər zoğ eşidirsən, hə?!
Oxuyur astaca:
“Gəl, gəl yaşıl meşəyə!”

 

Orijinaldan çevirəni: QARDAŞXAN