"Java programlaşdırma dili". Bu kitab Java programlaşdırma dili haqqında qisa məlumat verir. Kitabda OOP haqqında bölüm var . Java-ya başlayanlar istifadə edə bilərlər. Türk dilindədir...
"Film Fiction 5" - Azərbaycanda ilk elektron film jurnalı: Yanvar - beşinci sayı. Yükləyib oxuya bilərsiniz. Bu sayımızı Eldəniz Zeynalov və Səməndər Rzayevin əziz xatirəsinə həsr edirik.
Levon Xeçoyan. "Bayquş" (hekayə). Çağdaş erməni yazıçısının müharibə haqda hekayəsi... Əsəri Seyfəddin Hüseynli ruscadan tərcümə edib... "Oxu zalı"nda başladığımız yeni layihədə sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış edəcəyik. Layihəyə öncə Azərbaycanla qonşu ölkələrin ədəbiyyatından başlayırıq.
"Film Fiction" - Azərbaycanda ilk elektron film jurnalı: Dekabr - dördüncü sayı. Yükləyib oxuya bilərsiniz. Bu say Azərbaycan kinosunun gözəl aktyorlarından birinə - Yaşar Nuriyə həsr olunub...
Pyer Davit. "Dünya və ya onun dörd tərəfinin ümumi təsviri". Kornel Lö Brən. "Moskoviya, İran və Şərqi Hind Adalarına səyahət (iqtibaslar). Orta əsrlər Şərq - Azərbaycan tarixinə aid qərbli müəlliflərin iki unikal əsəri...
"Quran" oxumağa giriş" (Əlifba) Türkiyə Dəyanət İşləri Başqanlığı nəşri. Azərbaycan dilində. Bu kitab Türkiyə Cümhuriyyəti Din İşləri Yüksək Kurulunun 8.3.1972 ci il tarixli və 423 saylı qərarı ilə nəşr edilmişdir.
Kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda Prezident cənab Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri tarixi-filoloji planda təhlil edilir, nəhayət, dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920-ci illər) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəssislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
"İnternet-jurnalistikanın formalaşmasının bəzi aspektləri." Rasim Əliquliyev, Cəsarət Valehov və Rasim Mahmudovun müştərək elmi-praktik vəsaiti yeni media ilə maraqlananlara və tədqiqatçılara ünvanlanıb... "İnformasiya Texnologiyaları" nəşriyyaverilir, informasiya inqilabları kontekstində jurnalistikanın yaranma zəruriyyəti və təkamülü məsələlərinə toxunulur. Müasir informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə İnternet-jurnalistikanın formalaşması istiqamətində mövcud olan bir sıra problemlər və onların həlli yollarının bəzi aspektləri araşdırılır.