Elektron Hökumәt Bülleteni" N 6. Elektron Hökumәt Portalı. Vәtәndaş vә dövlәt qurumları münasibәtlәrindә yeni münasibətlər sistemi... E-dövlətimizi inkişaf etdirməklə Azərbaycanın gələcək inkişafına xidmət göstərmiş oluruq...
Orxan Bahadırsoy. "Sevgi şeirəri". Gənc şairin bu poeziya nümunələrini "Ədəbi eksperimentlər" silsiləsindən üçüncü e-toplunun oxucuların ixtiyarına buraxırıq... Bu kitabda müəllifin sevgi-məhəbbət mövzusunda yazılmış bir neçə şeiri cəmləşmişdir. Ayrılıq, vüsal, xəyanət, sədaqət, nifrət, bağlılıq kimi müxtəlif hislərin vəsfi, əbədi və sadiq eşqin tərənnümü şeirlərin qayəsidir. Müəllif redaktəsində...
"Tolışə ədəbiyyati antologiya". Şeiron, nəğılon, folklor nımunon (Azərbaycan və tolışi zıvondə). "Talış ədəbiyyatı antologiyası" I cild. Poeziya, nağıllar, folklor nümunələri (Azərbaycan və talış dilində). I cild, II təkmilləşdrilmiş e-nəşri
Aşıq Bəsti. “Bənövşələr” . II nəşr. Toplayanı və tərtib edəni: Sədnik Paşa Pirusltanlı, filologiya elmləri doktoru, professor. Kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış el şairi Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir. Burada, eyni zamanda professor Sədnik Paşa Pirsultanlı toplayıcı və tərtibçi kimi Aşıq Bəstinin ədəbi irsinə və yeni toplanmış şeirlərinə nəzəri münasibət bildirmişdir. Həmçinin, Aşıq Bəstinin nəsil şəcərəsi ilə bağlı oxucular sənətkarın yaxın qohumları ilə tanış edilmişdir. “Bənövşələr” kitabının ikinci nəşrində kitaba yazılmış müqəddimə yenidən nəzərdən keçirilmiş, genişləndirilmiş, eyni zamanda, kitabın ümumi görkəminə və bədii-estetik gözəlliyinə xüsusi diqqət yetirilmişdir.
Антология современная Азербайджанская литература. V TOM. Aзербайджанская Kлассическая проза (Повесть). ИБРАГИМБЕК МУСАБЕКОВ. “ВО ВЛАСТИ НЕФТИ И МИЛЛИОНОВ”. МИРЗА АБДУРРАГИМ ТАЛЫБОВ. “ОСЕЛ С НОШЕЙ КНИГ”. Перевод Мирзы ГУСЕЙНЗАДЕ. АСАД-БЕК. “ЛЮБОВЬ И НЕФТЬ”. Перевод с польского Фуада ГУСЕЙНЗАДЕ
“Zərif beytlər”imiz" (Almanax). “Zərif beytlər” Ədəbi Birliyi Abdullayeva Mahirə Nəriman qızı (Mahirə Nərimanqızı) tərəfindən yaradılmışdır. Kitab iki hissədən ibarətdir: Birinci hissədə keçirilən tədbirlərin bir neçəsi, ikinci hissədə isə birlik üzvlərinin bir qisminin yaradıcılığından nümunələr verilmişdir.
Qubadov Qüdrət. "Kompyuter" və "Acronis True Image Home 2012". Komputerinizi hər dəfə işlətdikdə daxildə gedən proseslər nəticəsində tullantılar yaranır komputer dilində desək, temp fayıllar yaranır bundan başqa viruslar düşdükdə, səf əməliyyatlar etdikdə komputerin fayılları zədələnir və komputerdə gecikmələr, donmalar olur. Bu səbəbdən də komputeri məcbur olub formatlamalı oluruq. Bu hal tez-tez baş verdikdə ən rahat yolu Acronis True Image Home proqramı vasitəsi ilə komputerinizdəki Ə.S-ni və fayılların arxivini yaradın. Nasazlıqlar yarandıqda Acronis True Image Home proqramı vasitəsi ilə Əməliyyat Sisteminizi və fayıllarınızı yenidən bərpa edə bilərsiniz.
"İnternet. Sosial media. Blogerlik..." Elmi-kütləvi məqalələr, araşdırmalar toplusu... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Toplayanı, redaktoru və əsas materialların, məqalələrin müəllifi Aydın Xan (Əbilov). Topluda dövrü mətbuat və İnternet resurslarında mövzuyla bağlı müxtəlivf müəlliflərin materiallarına da geniş yer ayrılıb...
"Fokus" Analitik kinojurnalı. N 1 (7 - 2012). Estetikasından asılı olaraq ağ-qara rəngdə çap olunmuş FOKUS bu dəfə daha rəngarəng mövzularla oxucularının qarşısına çıxıb. Ötən il Kann Film Festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Terens Malikin “kino fəlsəfəsi” iki kinoşünas tərəfindən müzakirəyə çıxarılıb. Master klass, peşəsi prodüser, sərbəst mövzu, rakurs, nəzəriyyə və digər bölümlərdə də dünyanın ən son kino hadisələri və prosesləri haqqında özəl olaraq maraqlı materiallar hazırlanıb.