"Əsgər şöhrəti". Publisitik hərbi-vətənpərvərlik kitabı. Kitabda əslən Lerikdən olan talış balası, Böyük Vətən Müharibəsi qəhrəmanı, Brestdən Berlinə qədər igidliklə vuruşaraq Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görülmüş, gənc nəsil nümayəndələrinə örnək olan həyat və döyüş yolu keçmiş Əli Nəcəf oğlu Hüseynova həsr olunub. O Lerikin ilk qəhrəmanı idisə, indi Qarabağda igidliklə vuruşan 5 lerikli balası Milli Qəhrəman adını daşıyır...
"Avar ədəbiyyatı antologiyası". ll təkmilləşdirilmiş e-nəşr. Avar, Azərbaycan və qismən rus dilində. Kitabda avar ədəbiyyatına – folklor, poeziya, dramaturgiya və adət-ənənələrinə aid ədəbi nümunələr, araşdırma və pyeslər daxildir.
“Nə? Harada? Nə zaman?” Məcəlləsi. Bu nəşr ilə oxuculara təqdim edilən Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının Turnir Komissiyasının Qaydalarını təqdim edirik.
Ayşe Kulin. "Bir gün". Ayşe Kulin, 1995 yılında Haldun Taner Öykü Ödülü'nü, 1996 yılında ise Sait Faik Hikâye Armağanı'nı kazandı. Birçok kez iletişim fakültelerinin, çeşitli okulların, kurumların, dergilerin ve derneklerin anketlere dayalı ödüllerini aldı.
Adolf H. “Siyasi vasiyetim” - Adolf H. "Siyasi vəsiyyətim". Dünya siyasətində və tarixində ən qanlı iz buraxmış kitablardan biri, türk dilinə tərcümədə...
"HTML-in əsasları kursu üzrə vəsait". Həmmüəlliflər: Abdulla Qəhrəmanov, İlahə Cəfərova. Azərbaycan dilində HTML proqram dili üzrə maraqlı ədəbiyyat: sadə dildə yazıldığından bütün yaş kateqoriyalı oxuculara ünvanlanır...
Simon Beket. "Ölümün kimyası". Türk dilində. Dünyada ən çox oxunan əsərlərdən biri. Bu kitab beynəlxalq David Hunter bestseller seriyasının ilk kitabıdır. S.Beket jurnalist olmasına baxmayaraq, kriminal aləmin detalları və tibb dünyasının xırdalıqlarıyla əlaqədar verdiyi məlumatlar, təsvirlər insanı heyran edir.
Vatslav Havel - Gücsüzlərin gücü. Vaslav Havelin “Gücsüzlərin Gücü” əsəri bu gün də dünyanın bir çox avtoritar ölkələrində gücsüzləri ruhlandırır, ümidləndirir və gücləndirir. 1978-ci ildə bu yazı yazılanda Çexoslovakiya dərin mənəvi böhran və siyasi durğunluq içində idi. Xartiya-77-nin iştirakçıları repressiyalara məruz qalırdı, dəyişikliyin baş verəcəyin ümidlər yox səviyyəsinə enməkdə idi. Belə bir böhranın içində bir çox dissidentlər Havelin yazısını ümid çırağının yandırılması kimi bir hadisəyə bənzətdilər. Əsərin yazılmasından bir neçə ay sonra Havel özu həbs olundu və dörd il yarım müddətinə azadlıqdan məhrum edildi.
“Azərbaycan xalqlarının ədəbiyyatı” e-antologiyası: Avar ədəbiyyatı N 07-01 (122 - 2013). Avar ədəbiyyatı antologiyası. “Dağ və siçan” (Uşaqlar üçün işlənmiş, şəkilli nağıl). Avar və Azərbaycan dilində. YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2013. E-nəşr N 07-01 (122 - 2013)
Rasim Nəbioğlu, Müşfiq Cabiroğlu. "Vuqar Əhmədin yaradıcılıq yolu". Monoqrafik araşdırma kitabı. Kitabda nəğməkar şai, yazıçı-publisit, ədəbiyyatşünas alim tanınmış düşüncə adamı Vuqar Əhmədin həyat və ədəbi-elmi yaradıcılığı izlənilib, filoloji təhlilə cəlb olunub.