ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
“Nə? Harada? Nə zaman?” Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus dilindən tərcümə), Bakı-2013, 80 səh.
Bu nəşr ilə oxuculara təqdim edilən Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının Turnir Komissiyasının Qaydaların unifikasiyası Altkomissiyası və Etika Komissiyası tərəfindən ilk dəfə 2003-cü ildə açıqlanmış və 2008-ci ildə yeni redaksiyada dərc edilmiş (bax. http://mak-chgk.ru/rules/codex/) oyun qaydalarıdır. Məcəllə “Nə? Harada? Nə zaman?”oyunun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını nəzərdə tutur. 3 hissə, 13 fəsil, 6 əlavədən ibarət olan Məcəllə oyunun iştirakçıları, oyun üçün materiallar və avadanlıqlar, oyunun formatı, yarışlarda hakimlik, yekunların hesablanması, cavabların sayılma prinsipləri, apellyasiya, intizam tənbeh tədbirləri, yarışların təşkili, oyunçuların turnirlərdə iştirakı, yüksək səviyyəli yarışların keçirilməsi üzrə tövsiyyələr, cavabların düzgünlüyünün qiymətləndirilməsi nümunələri, oyun etikası və bu kimi mühüm məsələləri tənzimləyir. Ümid edirik ki, Məcəllənin hazırkı nəşr “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının iştirakçılarına, yarış təşkilatçılarına, intellektual klub təşkilatçılarına oyun prosesi və təşkilatçılq üzrə konkret suallarına cavab tapmaqda yardımçı ola biləcək metodik vasitəyə çevriləcəkdir.
Nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü ildə QHT layihələrinin maliyyələşdirilməsi müsabiqəsi üzrə qalib gəlmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununun Məcəlləsinin tərcümə və nəşr edilməsi” layihəsi çərçivəsində “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyi tərəfindən hazırlanmışdır.
© “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyası, 2008.
© “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyi (tərcümə), 2013.
Təşkilat rəhbəri: Yetirmişli İlkin Qurban oğlu
Layihə rəhbəri: Məhərrəmov Oktay Əvəz oğlu
Redaksiya heyəti: Məhərrəmov Oktay Əvəz oğlu, Atalızadə Aqşin Sabir oğlu, Eminov Fuad Fərhad oğlu.
© “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyası, 2008.
© “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyi (tərcümə), 2013.