Adil Abdulla Əl-Fəlah. "Heydər Əliyev və milli-mənəvi dəyərlər". Müəllifin fikrincə, H.Əliyev böyük siyasi xadim olmaqla bərabər, həm də güclü analitik təfəkkürə malik olan alim idi; həqiqi demokratiyanı, insan azadlıqlarını və hüquqlarını, bu məfhumlar altında gedən siyasi oyunlardan bacarıqla ayırd edir və yeri gəldikcə, bəzi neqativ təzahürlərlə bağlı narahatlığını da gizlətmirdi. Buna görə də H.Əliyev İslamla müasirlik arasında heç bir ziddiyyət görmür, əksinə müasir dünyanın problemlərini, haqq-ədalət, bərabərlik, insan ləyaqətinə ehtiram kimi islami prinsiplər əsasında həll etməyin mümkünlüyünü hər dəfə vurğulayırdı.
Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi. Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə "Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya" adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.
"Sirli dolça" (Şəkilli nağıl kitabı). "Sirlyə dolçə" (Şəkilə tolışi nəğıl). Talış və Azərbaycan dilində. Kitabda şəkilli formada talış xalq nağılının Azərbaycanca və talışca variantı verilib. Azərbaycan xalqlarının ədəbiyyatı” e-antologiyası: Talış ədəbiyyatı N 16-07 (138 - 2013).
Həmzə Vəliməmmədov. "Onun işıqlı taleyi". Publisitik hərbi-vətənpərvərlik kitabı. Azərbaycan dilində. Kitab əslən Lerikdən olan talış balası, Böyük Vətən Müharibəsinin cəsür iştirakçısı, igidliklə vuruşmuş, gənc nəsil nümayəndələrinə örnək olan həyat və döyüş yolu keçmiş Atamalı Şıxəliyevə həsr olunub. O, Lerikin igid veteranlarından və fəallarından sayılırdısa, indi Qarabağda igidliklə vuruşan 5 lerikli balası Milli Qəhrəman adını daşıyır...
"АЗЕРБАЙДЖАН В МЕНЯЮЩЕМСЯ МИРЕ" (по итогам двух литературных конкурсов). Rusdilli müəlliflərin publisistika və poeziya nümunələri (Rus dilində). Rusca yazan və malakanların ədəbiyyatı antologiyası. Всего приняли участие около 150 произведений авторов из восьми стран мира. В данный сборник включены произведения авторов, вошедшие в лонг-лист (двадцать лучших) двух конкурсов.
Talış ədəbiyyatı antologiyası. Mais Təmkin. "İlhamlı günlərin nəğməsi" (Poema - Azərbaycan dilində). Mais Əsəd oğlu Əsədullayev - Mais Təmkin Lerik rayonun Livədirqə kəndində dünyaya göz açmış, hələ orta məktədə oxuduğu dövrdə ədəbiyyata,poeziyaya həvəs göstərmişdir. İlk şeirlər kitabı “Bu gecə ulduzlar yaman seyrəlib” 2003cü ildə işıq üzü görüb. Respublika Prezidenti cənab İlham Əliyeva ithaf olunmuş “İlhamın gücü” poeması 2005-ci ildə çapdan çıxıb. “Hikməti sözündə axtar” şeirlər kitabı 2009-cu ildə oxucuların ixtiyarına verilib. Hazırda qələmə aldığı “İlhamlı günlərin nəğməsi” poeması müəllifin sayca dördüncü kitabıdır.
İ.V.Stalin. "SSRİ-də sosializmin iqtisadi problemləri..." J.V. STALİN. SSCB’DE SOSYALİZMİN EKONOMİK PROBLEMLERİ Türk dilində... Bu kitap Verlag Roter morgen GmbH Dortmund tarafından 1979 yılında J.V. Stalin Werke Band 15 adıyla yayınlanan 3. düzeltilmis baskısından Türkçe’ye çevrilmistir. Çeviren: Salih N. Kaya Red: İsmail Yarkın
Allahverdi Bayrami (İvıjəli). "Demişəm, ya deməmişəm". Allahverdi Bayrami (İvıjəli). “Votəme, ya votəmni?” Talış dilində. Filoloq-şair Allahverdi Bayrami (İvıjəli) ahıl çağlarını yaşayır. Yarım əsrdən çoxdur ki, bədii-publisistik, elmi-tənqidi əsərləri ilə mətbuatdə qələm çalır. İki dildə (talışca və azərbaycanca) yazıb-yaradır. İndiyədək 8 kitabı çapdan çıxmışdır. Bu yeni kitabda əsasən onun son illərdə yazdığı, qəzet və jurnallarda, internet saytlarında dərc etdiyi talışca şeir və poemaları toplanmışdır.
A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. Üzvi kimya sual və cavablarda. Oxucuların nəzər-diqqətinə çatdırılan “Üzvi kimya sual və cavablarda” dərs vəsaiti qeyd edilən problemin həllinə həsr olunmuşdur. Vəsaitin fərqli cəhətlərindən biri də ondan ibarətdir ki, o üzvi kimyanın materiallarını sistemli şəkildə əhatə edir və onun mənimsənilməsi məqsədini qarşıya qoyur.
Bibliya. I hissə. "Əhdi-Ətiq". I kitab. "Yaradılış". Azərbaycan dilinə rəsmi-dini tərcümə... Dünya sivilizasiyasının və mədəniyyətinin ən təsiredici əsərlərindən və səmavi kitablardan biri...