
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana
www.elmler.net - Elektron təhsil – Virtual İnternet Resurs Mərkəzi
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması”. Elektron kitab N 19-77 (62- 2015)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi “Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” innovativ-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org http://www.elmler.net
"Günəş energetikası terminləri lüğəti"
Yeddi dildə: Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan dilində
Müəlliflər:
Fuad Məmmədov,
Ülviyyə Səmədova,
Qafar Hüseynov
AZƏRBAYCAN RESPUBLİKASI SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
2008 - ci il) və Azərbaycan Dillər Universitetinin Elmi Şurasında (02 aprel 2008 - ci il) müzakirə edilərək nəşr edilməsi tövsiyyə edilmişdir.
Təqdim olunan lüğət Günəş Energetikası sahəsində Respublikada XX əsrin 50 - 60 - cı illərindən başlayaraq indiyə qədər davam etdirilən elmi-tədqiqat işlərinin nəticəsində ərsəyə gəlmişdir. Lüğətdən alimlər, elmi işçilər, mühəndislər, aspirantlar, müəllimlər, tələbələr, tərcüməçilər və s. istifadə edə bilərlər.
F.F.Məmmədov, Ü.F.Səmədova, Q.M.Hüseynov. Günəş Energetikası terminləri lüğəti. Bakı: «ELM», 2009. - 364 səh. ISBN 978-9952-453-05-8
Azərbaycanda ilk dəfə olaraq “Günəş energetikası terminləri lüğəti” yeddi dildə (Azərbaycan, rus, ingilis, alman, fransız, ispan və italyan) “Elm” nəşriyyatı tərəfindən nəşr olunub. Müəllifləri texnika elmləri namizədi Fuad Məmmədov, magistr Ülviyyə Səmədova, filologiya elmləri doktoru Qafar Hüseynov olan “Günəş energetikası terminləri lüğəti” respublikamızda günəş energetikası sahəsində olan ilk lüğətdir.
Lüğət Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli Sərəncamına uyğun olaraq nəşr edilib. Bu kitab Azərbaycan Sənaye və Energetika Nazirliyində (29 may 2008-ci il) və Azərbaycan Dillər Universitetinin Elmi Şurasında (02 aprel 2008-ci il) müzakirə edilərək müsbət rəylə nəşr edilməsi tövsiyə edilib.
Lüğət Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor Qərib Məmmədov (ixtisas üzrə) və p.e.d., professor Səməd Seyidovun (dillər üzrə) baş redaktorluğu ilə nəşr edilib. Burada redaktorlar və rəyçilər qismində respublikanın nüfuzlu alim və mütəxəssisləri iştirak ediblər.
İstifadəçilərə təqdim olunan lüğət hər biri 15000-ə yaxın termin və ya ifadə olmaqla (ümumilikdə 30 000 söz və söz birləşməsi) 2 hissədən ibarətdir. Günəş energetikası terminləri lüğətinin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, yeddi dilin hər birində əlifba sırası ilə axtarılan termin və ya ifadə yanındakı rəqəm vasitəsilə digər altı dilə birbaşa tərcümə olunur.
Lüğət Günəş energetikası sahəsində çalışan alimlər, elmi işçilər, mühəndislər, aspirantlar, tərcüməçilər mütəxəssislər, eləcə də ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub. Həmçinin lüğət Azərbaycanda günəş və külək energetikasının elmi əsasını qoymuş mərhum professor Həbib Məmmədbəylinin əziz xatirəsinə ithaf olunub.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2015
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
“Elektron təhsilin təbliği: rəqəmsal dərsliklərin hazırlanması” silsiləsindən olan e-kitablarla buradan tanış olun: http://kitabxana.net/?oper=readBook&id=2289
Sosial şəbəkələrdə elektron təhsilin təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, sosial şəbəkələrdə elmi-intellektual sərvətlərimizi, sahə-peşə ədəbiyyatını, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs yaradıldı: https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.