Dilqəm Əhməd. "Bütün sevdiklərim..." (Poetik nümunələr). Gənc şair-publisist Dilqəm Əhmədin imzası oxuculara müxtəlif İnternet saytları və sosial şəbəkə resurslarından - ədəbiyyat portallarından yaxşı tanışdır. Onun bu bu yeni e-kitabına özünün şeirlərindən seçmələr toplanıb...
Gənc şair-alim Qalib Yağlıvəndli imzası oxuculara son illərdə yaxşı tanışdır. Onun bu ilk e-kitabına özünün şeirlərindən seçmələr və aforizmlər daxil edilib... Qalib Yağlıvəndli (Məmmədov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. O vətəninə, xalqına, sevdiklərinə qarşı olan hisslərini şeir şəklində ifadə etmişdir. Bu kitabda onun Tanrıya, vətənə, valideynlərinə, sevdiyi insanlara olan hisslərini ifadə edən şeirlərinin bir hissəsi toplanmışdır. Sevgini, məhəbbəti, yaşamağı, duymağı, ucalmağı öz duyğuları ilə şeirə çevirmişdir. Bu kitab bir növ müəllifin ilk kitabı olan “Sənli arzularım” kitabının davamıdır.
İsgəndər Bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm hadisədir.
Elmar Vüqarlı. “Xəzərlən qəlbimdə” (Poeziya nümunələri). "Qəlbin sufi sədası" (Fəlsəfi-filologi tərcümələr). Gənc şair-mütərcim Elmar Vüqarlı imzası oxuculara, xüsusən də dünya fəlsəfəsi ilə maraqlananlara yaxşı tanışdır. Onun bu ilk e-kitabına özünün şeirlərindən seçmələr və müxtəlif tanınmış dünya alimlərinin fəlsəfi-elmi mətnlərindən tərcümələri daxildir...
İbrahim Sel. "Türk tarixi". Gənc yazar-araşdırmaçı İbrahim Selin ilk e-nəşri – onun yeni kitabı əsasında hazırlanıb. Müəllifin elə yazıları vardır ki, ciddi polemikalara uğrayacaq, digərləri isə əsl gənc araşdırmaçı qızğınlığı ilə qələmə alınıb...
Əkbər Qoşalı. «Ölümlərin ötəsi» (şeir və deyimlər). Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının bu kitabında onun şeir və deyimləri, habelə ona ünvanlanmış şeirlərdən örnəklər yer alıb.
Xalq şairi Fikrət Qoca "Sönən deyil bu ocaq" şeirlər və poemalar kitabıyla növbəti dəfə oxucularının görüşünə gəlir. Kitabda şairin son illərdə yazdığı və küll halında indiyədək çap olunmamış şeirlər və poemalarına yer verilmişdir. İnanırıq ki, bu kitab da poeziyasevərlər tərəfindən həmişə olduğu kimi, böyük maraqla qarşılanacaqdır. “Çağdaş Azərbaycan poeziyası” N 06 (139 - 2012)
Ramiz Atabəy. "Qırmızı qar dənəcikləri". Bədii nəsr: irihəcmli modern hekayə. Gənc nasir, şəbəkə yazarı Ramiz Atabəyin irihəcmli ilk bədii nəsr əsəri daxil edilmiş birinci elektron kitabı. Fikirləriniz gənc yazarın gələcək inkişaf və təkmilləşmə üçün çox önəmlidir. Ramiz Atabəyin müəllifi olduğu "Qırmızı Qar Dənəcikləri " əsəri sevgi və fəlsəfənin birgəliyindən danışır.Gənc yazarın qələmə aldığı bu əsər muasir sevgidən və yalnızlığın ahəngindən ərsəyə gəlib.Yalqızlığın insanı olan gənc illərdir gözlədiyi bir qadınla qarşılaşır elə qarşılaşdığı andada onu itirir.Rəngarəngliklə dolu hekayə zövqləri oxşayır.
Şeyxa Suad Əl-Sabah. "Məni günəşə apar".Kitabda çağdaş ərəb şeirinin görkəmli nümayəndəsi, Küveyt şairəsi Şeyxa Suad Əl-Sabahın müxtəlif illərdə qələmə aldığı şeirlərindən kiçik bir güldəstə təqdim olunmuşdur. Tərcümə edənlər: Bəsti Əlibəyli, Babək Əhmədov
Bert Bates, Kathy Sierra. "OCP Java SE 6 Programmer Practice Exams (Exam 310-065)". McGraw-Hill is an independent entity from Oracle Corporation. This publication may be used in assisting students to prepare for the Certified Programmer for Java exam. Neither Oracle Corporation nor The McGraw-Hill Companies warrants that use of this publication will ensure passing the relevant exam. Since you’ve decided to pick this book up, we’re guessing that you’re considering taking the OCP Java SE 6 Programmer exam. The OCP Java SE Programmer exam is considered one of the hardest in the IT industry, and we can tell you from experience that a large percentage of exam candidates go in to the test unprepared. As programmers, we tend to learn only what we need to complete our current project, given the insane deadlines we’re usually under. But this exam attempts to prove your complete understanding of the Java language, not just the parts of it you’ve become familiar with in your work.
Mark Allen Weiss. "Data Structures and Algorithm Analysis in Java". This new Java edition describes data structures, methods of organizing large amounts of data, and algorithm analysis, the estimation of the running time of algorithms. As computers become faster and faster, the need for programs that can handle large amounts of input becomes more acute.
Lev Qumilyov. "Etnogenez və yerin biosferi". Görkəmli düşüncə adamı, etnoloq, tarixçi, sosioloq, Rusiya elmi fikrinin tanınmış nümayəndəsi sayılan Lev Qumilyovun bu dəyərli tədqiqat əsəri vaxtilə qadağan edilmişdir.
Laura Cəbrayıllı. "Yedinci qat". Publisitik-filoloji toplu. İstedadlı filoloq, publisist və ədəbi jurnalist, gənc yazar Laura Cəbrayıllının bu ilk e-kitabına ədəbi-mədəni sahələrə həsr olunmuş araşdırmaları, məqalə və ədəbi müsahibələri daxil edilib.