HüseynağaQəniyev. “Zəkavəxarakter”. Tarixi-fəlsəfi esselər toplusu. İctimai xadim və fikir adamı kimi tanınan Hüseynağa Qəniyevin “Zəka və xarakter” adlı tarixi-fəlsəfi esselər toplusuna müəllifin “Zəka və xarakter”, “Nəfs haqqında”, “Fikirazadlığı”, “Müstəbid”, “Ədalət haqqında”, “Zaman və məkan”, “Platonun “səhvi”, “Yalan haqqında”, “Özünü dərk et”, “Tarixin üç parlaq ulduzu”, “Renessans, reformasiya və inqilablar haqqında”fəlsəfi esseləri, İngiltərənin görkəmli dövlət xadimi və diplomatı Filip Dormer Stenkop Çesterfildin “Maksimlər”i, ingilis filosofu Frensis Bekonun “Təcrübələr və mənəvi siyasi nəsihətlər”inin tərcümələri daxil edilib.
Camal Zeynaloğlu. "Nakam məhəbbət". Povest və hekayələr toplusu. İstedadlı Azərbaycan nasiri Camal Zeynaloğlunun maraqlı bədii nəsr nümunələrini – povest və hekayələrini təqdim edirik... Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. “Çağdaş Azərbaycan bədii nəsri” N 05 (03 - 2013)
Гюнель Анаргызы. «Нет, то есть да» (19 рассказ и две пьес). B сборник вошли 19 рассказов и две пьесы, созданные в 2002-2008 годах. Гюнель Анаргызы отметила, что стремилась поднять в своих произведениях интересующие общество актуальные вопросы.
"Təzə Pir məscidi". Müəllifi: Anar İskəndərov, tarix elmləri doktoru, professor. Qafqaz Müsəlmanları İdarəsinin nəşri. Milli-mənəvi abidələrimiz, dini ocaqlarımız, məscidlərimiz...
Topluda klassik və çağdaş aşıqların, saz şairlərinin (habelə bir sıra digər ünlü şairimizin) şeirləri verilmişdir. Növbəti cildlərində bütün Türk Dünyası üzrə aşıq və saz şairlərinin əhatə edilməsi nəzərdə tutulan üçcildliyin I cildində Azərbaycanla yanaşı Anadolu sənətçiləri də yer alıb. "Seçmə aşıq şeirləri"ndə türk aşıq şeirinin tarixi gəlişimini ünlü isimlərin yaradıcılığı misalında xronoloji ardıcıllıqla izləmək mümkündür. Çağdaş türkcəmizə uyğunlaşdırılması tələb olunan mətnlərdə orijinal halın mümkün olduqca qorunmasına çalışılıb. Kitabın yeni nəsil aşıqları, aşıq sənətinə yeni başlayan gənclər, ümumən saz-söz maraqlıları üçün diqqətçəkici olacağına inanırıq.
Sona Xəyal. Əli Kərim (yaradıcılığı əsasında). AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin "İRS" komissiyasının sədri Sona Xəyalın 70-ə yaxın (təlif və tərtib) kitabı nəşr olunub. Növbəti kitabında oxuculara "Müasirlərim" seriyasından Əli Kərim (yaradıılığı əsasında) monoqrafiyası təqdim olunur. Kitab 2006-cü ildə qələmə alınıb.
Rövşən Yerfi. “Üzdəniraq ada”. Detektiv-realit roman. Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.
"Arzular çiçəkləyəndə" (Şerilər toplusu). Ədəbiyyatda imzasını təzə-təzə tanıtdıran Səkinə Turabqızının şeirlər kitabının elektron variantı. Vətənpərvərlik, sevgi, təbiət mövzüsünda yazılmış bu poetik nümunələr oxucuların da marağına səbəb olar.
Юнус Эмре. "Венок" - Yunis Əmrə. "Güldəstə". Yunis Emre. "Güldeste". Türk Dünyasının klassik söz sənətkarı Yunis Əmrənin rus dilində seçilmiş lirik-fəlsəfi əsərləri. Çevirəni : Vladimir Qafarov.
Əhməd Ağaoğlu. "Sərbəst İnsanlar Ölkəsində" (İlk nəşr: İstanbul, 1930). Azərbaycan türkcəsinə çevirənlər: Sevda İsmayılova, Zeynal Məmmədli. "Elmi irsimiz" silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır N 12.
Şirin xanım Kərimbəyli Şadiman. «Ay adamlar mən burdayam». Şirin xanım Kərimbəyli Şadiman Azərbaycan ədəbiyyatında öz dəsti xətti оlan qadın şairlərdən biridir. Оnun yaradacılığı təkcə Vətən mövzusu ilə bitmir. О, öz ürəklər fəth edən yaradıcılığı ilə çоxdan Azərbaycan sərhədləlrini aşıb. Dünyanın harasında bir ağrı-acı varsa, Şirin xanımın ilhamlı qələmi оrda оlur və о ağrıları nəzmə çəkir. Şair istər şeiriyyəti, istərsə də publisist düşüncələri ilə оxucu ürəyini riqqətə gətirən qələm adamıdır.
Rəsmiyyə Sabir. "Sahilsiz adam". İstedadlı yeni nəsil yazar-şair, tərcüməçi-publisist, gənc alim kimi tanınan Rəsmiyyə Sabirin türk dilində çıxan növbəti şeirlər kitabının elektron variantı. Gənc yazarların e-kitabı. Elektron Kitab N 36 (146 - 2012)
Gənc yazıçı-şair Elvin Mütaliboğlunun "Mənim də səmada bir ulduzum var" adlı şeirlərdən və poemadan ibarət üçüncükitabının elektron nəşri. Ümumilikdə Elvin Mütaliboğlunun indiyəcən 3 şeirlər toplusu və romandan ibarət bir kitabı işıq üzü görüb. Sözlərinə musiqilər bəstələnib, mahnılar və muğamlar oxunub.