
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
İsgəndər Bəy Münşi Türkman
"Dünyanı bəzəyən Abbasın tarixi"
(Tarixe-aləmaraye-Abbasi)
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur.
Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi: Yaqub Mahmudov Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor
Fars dilindən çevirən: Şahin Fərzəliyev (Şahin Fazil) tarix elmləri doktoru, professor
Rəyçilər:
Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor
Vaqif Piriyev tarix elmləri doktoru, professor Tofiq Cahangirov filologiya üzrəfəlsəfə doktoru, dosent
İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən
Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.
"Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm hadisədir.
ISBN 978-9952-34-620-6
© AMEA Tarix İnstitutu, 2010
© "Şərq-Qərb Nəşriyyat evi, 2010