Elvin Ziyaoğlu. "Taleyin yazılmamış hökmü" (Detektiv roman). Gənc neftçinin həvəskar olaraq yazdığı və oxucular tərəfindən maraqla qarşılanan ilk detektiv romanı.
Güney Azərbaycan. “Ədəbi körpü”. Aylıq ədəbi dərgi. İkinci sayı. Yazılar Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifbalarıyla verilir. O taylı-bu taylı Azərbaycan qələm adamlarının ədəbi-poetik əsərlərindən ibarət e-nəşr.
“Dilimiz - milli sərvətimiz”. Dilçilik elmi-kütləvi yazılar toplusu. “Qayğı və Himayə” Xeyriyyə Fondunun “Gənclər arasında Azərbaycan ədəbi dilinin populyarlaşdırılması, zənginləşdirilməsi və inkişafının dəstəklənməsi” layihəsi əsasında hazırlanmış “DİLİMİZ-milli sərvətimiz” adlı kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edilmişdir.
S.E.Məmmədov, T.O.Qəhrəmanov, S.E.Mirzəliyeva, N.T.Şəmilov. "Kolloid kimyadan praktikum". Bu kitab BDU və digər universitetin tələbələri üçün kolloid kimyadan praktikum kitabıdır.
Güney Azərbaycan. “Ədəbi Körpü”. Aylıq ədəbi dərgi. Birinci sayı. Yazılar Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifbalarıyla verilir. Ədəbi-poetik əsərlərdən ibarət nəşr.
Firuzə Məmmədli. “Seçilmiş əsərləri”. Doqquzuncu cild. Şeirlər toplusu. Bu yeni e-kitaba tanınmış şairə-publisist, filoloq alim F.Məmmədlinin son illər yazdığı poetik əsərlər və "Fədailər" poeması daxildir.
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XIII cild. Azərbaycan və dünya ədəbiyyatında bir ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır
Mirhaşım Talışlı, Etibar Əhədov. “Lənkəran: ensiklopedik məlumat”. II nəşr. Ensiklopedik-kütləvi kitab. Ensiklopedik nəşrlərin əsas tələbləri qorunmaq şərti ilə, bu 583 səhifəlik, A4 formatlı irihəcmli kitab elmi-informativ, faktoloji məəlumatların zənginliyi, məzmun mükəmməlliyi baxımından oxucuların diqqətini cəlb edə bilir. Kitabda bölgənin ictimai-siyasi, sosial-mədəni, iqtisadi həyatının, eləcə də rayonun tarixinin, etnoqrafiyasının, mədəni quruculuğunun bütün istiqamətlərini əks etdirən məlumatlarla yanaşı, Lənkərandan olan, ömürlərini-fəaliyyətlərini bu torpaqla bağlayan ictimai-siyasi, pedaqoji, ədəbi-mədəni, hərbi xadimlər, dəyərli elm, təhsil, istehsalat, kənd təsərrüfatı adamları, bir sözlə ictimai fəallığı ilə seçilən tanınmış şəxsiyyətlər haqqında dolğun bilgilər geniş oxucuların diqqətinə çatdırılır. Yığcam ensiklopedik məqalələrlə yanaşı nəşrin səhifələrində verilən, müxtəlif tarixi anları əks etdirən fotoşəkillər, xəritələr, tanınmışların şəkilləri də kitabın daha maraqla oxunmasına səbəb olur.
Akif Ağayev. "Pəhləvanın salnaməsi". Elmi-publistik kitab. Cənub bölgəsində - Masallıda yaşayan müəllif kitabda eloğlusu, məşhur güləşçi, Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi, respublika dərəcəli hakim, mərhum Nadir Yaqub oğlu Ağayevin (1935-1985) mənalı həyat və fəaliyyətindən danışılır. Dostlarının, şagirdlərinin, ümumiyyətlə onu tanıyanların bu şəxs haqqında xatirələri topluda əsas yer tutur. Eləcə də güləş haqqında və digər xronoloji məlumatlar kitabın oxucu marağını tam təmin edir. Beləliklə Nadir müəllim bu kitabla yeni bir ömür yoluna çıxır. Qarşılayın...
Etibar Kərimli. "Antik ədəbiyyat və biz". Elmi-publistik kitab. “Antik ədəbiyyat və biz” kitabı Azərbaycanda antik ədəbiyyatın tədqiqi tarixini, bu kontekstdə qədim dövrün Şərq-Qərb elmi-ədəbi əlaqə və təsirlərini araşdırmaya cəlb edən elmi-tədqiqat işindən, həmçinin, klassik filologiyanın bir sıra aktual mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlərə toxunan elmi, elmi-publisistik məqalələrdən ibarətdir. Kitab klassik filologiya sahəsində çalışan alimlər, aspirantlar, müəllim və tələbələr, həmçinin, antik dünya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Zaur Ustac. “Əliş və anna” (Poema). Əski əlifbayla. - (زائور اوستاج , “علیش و آننا” (پوئما. Elektron Kitab (Y-30-EK-23-ZU) Zaur Ustac yaradıcılığının 30 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. - ... الکترون کیتاب (Y-30-EK-23-ZU) زائور اوستاج یارالدیجیغی نین اوتوز(30) ایل لیک یوبی لئی تدبیرله ری ,چه رچیوه سینده نشر اولونور.
Məhəmməd Bəylər Aranlı. "Ömürdən düşən yarpaqlar". Poetik əsərlər kitabı. Məhəmməd Bəylər Aranlının "Ömürdən düşən yarpaqlar" adlı kitabı, müəllifin oxucuları ilə, sayca altıncı görüşüdür. Müəllifin indiyədək "Ürəyimin harayı" (1991), "Gözümün qarası"(1995), "Sevgim, taleyim"(2000), "Sənli günlərimin təşnəsiyəm mən" (2004),"Külək döyür qapımı" (2008) adlı kitabları, pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb. Məhəmməd Bəylər Aranlının Vətən, məhəbbət, insanlığa sədaqət, ülviyyət, mərhəmət, ilk od-ocaq kimi mövzularda qələmə aldığı şeirləri özünəməxsus ahəng və rəng tapır.
Telman Ümman Tircanlı. "Bir gün görüşərik". Şeirlər kitabı. Əslən bölgədə - İsmayıllıdan olan, Bakıda yaşayıb-yaradan şairin ilk elektron kitabında lirik-ictimai şeirlər toplanıb.
Güləmail Murad. "Qayıdış". Poetik toplu. Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, tanınmış şairə Güləmail Muradın Milli Qəhrəmana aid poetik-publisitik kitabı.