Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Telman Ümman Tircanlı. "Bir gün görüşərik", “Kaş yanımda olaydın”. Şeirlər toplusu. İsmayıllıdan olan istedadlı şairin yeni e-kitabı...

Müəllif:

Telman Ümman Tircanlı


Kateqoriya:

Kreativ innovasiya: yazıçıların e-kitab və ədəbi-mədəni biznesləri



Qısa Təsvir:

Telman Ümman Tircanlı. “Kaş yanımda olaydın”. Şeirlər toplusu. İsmayıllıdan olan istedadlı şairin yeni e-kitabı...


Baxış sayı: 741
    
    


 www.kitabxana.net


Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

 "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi"

 Elektron kitab N 96  (34 -  2018)

 

Bu elektron nəşrlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə I maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, Şura tərəfindən bir hissəsi maliyyələşdirilən, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin (Qurumu) - http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi"  kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır. 


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurumlar:


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:   http://cssn.gov.az/ 


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu) 

http://www.yysq.kitabxana.net


Feysbukda   "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi" kulturoloji-bədii layihəsi çərçivəsində rəsmi səhifə: 

https://www.facebook.com/kreativlayihe/


"Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi" bölümündəki e-kitablar: 

http://kitabxana.net/?oper=e_kitabxana&cat=182


Telman Ümman Tircanlı


“Kaş yanımda olaydın”


Şeirlər toplusu


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri. 2018

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq


Telman Ümman Tircanlı. “Kaş yanımda olaydın”. Şeirlər toplusu. İsmayıllıdan olan istedadlı şairin yeni e-kitabı...


Kreativ-innovativ layihə haqqında


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinə "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi tərəfindən təqdim olunan kreativ layihə: "Kreativ innovasiya: yazıçıların elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüslərinin dəstəklənməsi"...

Son illər elektron kitab, e-kitabxana, İnternetüstü e-nəşr və virtual satış kimi yeni kreativ-innovativ təşəbbüslər kreativ biznesin - mədəniyyət sahələrini əhatə edən yaradıcılıq sənayesi dünyanın hər yerində sürətlə inkişaf edərək incəsənətlə, bədii yaradıcılıqla məşğul olan şəxslərin maddi rifahını yüksəltməyə xidmət etsə də, Azərbaycan ədəbiyyatın müxtəlif istiqamətlərində istedadlarını ortaya qoyan yazıçılarımız, şairlərimiz, dramaturqlarımız, tərcüməçilərimiz, naşirlərimiz, kitab yayımçılarımız, tənqidçilərimiz və esseistlərimiz bu yeni gəlirli sahələrdən kənarda qalıblar. Kreativ innovasiya formasında milli yazıçılarımızın, naşirlərimizin elektron kitab və mədəni biznes sahəsindəki təşəbbüsləri dəstəkləyir. Layihə çərçivəsində elektron kitab istehsalını, yayımını, təbliğini, bu sahədə problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulub.



Telman Ümman Tircanlı (Ramazanov Telman Nurbaba oğlu)


Telman Ümman Tircanlı (Ramazanov Telman Nurbaba oğlu) 07.09.1957 – ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdur.


1965 – 74 – ci illərdə Bakıdakı M. Hüseynzadə adına 19 saylı, 1974 – 75 – ci illərdə 116 saylı orta məktəblərdə təhsil almışdır. Bakı Neft Texnikumunu (axşam), Krasnoyarsk Politexnik İnstitunu (qiyabi) bitirmişdir.

Əmək fəaliyyətinə 1975 – ci ildən başlamışdır. 1976 – 78 – ci illərdə hərbi xidmətdə olmuşdur.

1985 – 1997 – ci  illərdə Peşə Təhsili sistemində işləmişdir. Usta vəzifəsindən direktor müavini vəzifəsinədək  yüksəlmişdir.

1997 – 2008 – ci illərdə Azneft İB, daha sonralar ARDNŞ – də (SOCAR) Mühafizə xidmətində müxtəlif vəzifələrdə çalışmışdır.

2009 – cu ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafuzə idarəsində çalışır.

Hələ məktəb illərindən bədii yaradıcılıqla məşğuldur.

Əsərləri

“Alabəzək  dünya”,

“Sənə sözüm var”,

“Qızıl xəzinə” (həmmüəlliflərdən biri),

”Ünvanı bəlli sevgi”,

“Sözün zirvəsinə doğru”,

“Bir gün görüşərik” və

“Kaş yanımda olaydın” kitablarının müəllifidir.

“Canavar  yuvası” adlı nəsr əsəri üzərində işləyir.

“İcmal” qəzeti nəzdində fəaliyyət göstərən RƏBB – nin çap etdirdiyi “Həmişəyaşıl söz” almanaxında şeirləri yer almışdır.

T. Ü. Tircanlının respublikada çıxan qəzetlərdə publisistik məqalələri və şeirləri  çap edilmişdir.

“İcmal” ictimai – siyası qəzetində

“Görüşlər, görülən işlər”,

“Ruhumu oynadır oynatdığım söz” (Musa Yaqub haqqında),

“Poeziyamızda satira”,

Aristokrat veteran”,

“Yaradandan yaranmışlara təbrik”,

“Su ilə atəşi dost edən şair” (Saib Təbrizi haqqında), 

“Çələbilər kimlərdir”,

“Məşhur sözün əsl mənası”,

“Tircana səfərdən təəssurat”,

diabet haqqında “Qızıl xəzinə”,

“Səhiyyə uzmanları”,

“Mənim də ürəyim varmış”,

“Paradoks – qeyri adilik”,

“Gecə zülmətdə işıq”,

“Ad gününüz mübarək”,

“Köhnə hamam...”, 

“Bədii sözün Tanrısı”,

“Dəryadan bir damla”,

“Sənətkar ömrü” (el sənətkarı Alxan Hacıoğluna ithaf),

“Qurbanınız qəbul olsun”,

“Sonuncu Magikan” (Musa Yaqub haqqında),

“Təbrik edirik”  ( Nəvəmə ilk dərs günü münasibətilə),

“Haqqın sədası” qəzetində “Polis mayoru və ədəbiyyat”,

“İnsan payızı olan şair” publisistik yazıları çap edilmişdir.

“İcmal”, “Respublika gəncləri”, “Millətin tribunası”, “Haqqın sədası”, “Dünya”, “Açıq səma”, “Real press”, “Kriminal və qanun”, “Oxu məni”, “Əsrin ziyalıları” qəzetlərində şeir və qəzəlləri çap edilmişdir.

T. Ü. Tircanlının “Alabəzək dünya” kitabına T. Çələbi “Min ildi keçirik qapı önündən” başlıqlı ön sözü yazmışdır.           

“Alabəzək dünya” kitabı haqqında “Yeni liqa” qəzetində Şərqşünaslıq Institunun böyük elmi işçisi, fəlsəfə doktoru Şakir Albalıyevin “Müqəddəslik axtarışı”,  publisistik yazısı çap edilmişdir.

“İcmal” qəzetində qəzetin baş redaktoru, şair – publisist, yazıçı, jurnalist, 60 – dan çox kitabın müəllifi Teyfur Çələbinin Telman Ümman haqqında bir neçə digər yazıları çap edilmişdir.

T. Ü. Tircanlı 30 – dan çox kitabın redaktorudur.

Teyfur Çələbinin “İllah da sevdim” şeirlər kitabına,

“Döl” romanına,

şair – publisist Əmrah Xanməmmədlinin “Ruhun nəğməsi”, "İlahi Eşq" kitablarına

Zakir Əlimirzəllinin “Xatırla ki, xatırlanasan” şeirlər və publisistika kitabına və onlarla başqa kitablara ön söz yazmışdır.

T. Ü. Tircanlı Azərbaycan Jurnalistlər Birliyinin üzvi, “Qızıl Qələm” media mükafatı laureatı, “İti qələm” Respublika Ədəbi Birliyinin üzvüdür.

“İcmal” qəzetinin redaktoru, “İcmal” qəzeti nəzdində fəaliyyət göstərən RƏBB (Ruhani ədəbi – bədii birliyinin rəhbəri olmuşdur). 

Hal-hazırda "Uğurlu yol" qəzetinin redaktorudur.

"Uğurlu yol" qəzetində "İnsanlara sevgim bitməz", "Hələ yol gedirəm" (Musa Yaqubun 80 illik yubileyinə), "Nənə ömrünün işıqlı davamı", "Erməni xəstəliyi", "Vətənin fədai oğlu", "Həsən bəy Zərdabi davamçısı" publisistik məqalələri çap edilmişdir.

“İcmal” qəzeti nəzdində fəaliyyət göstərən RƏBB (Ruhani ədəbi – bədii birliyinin rəhbəri olmuşdur).


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.