Aqşin Mistanlı (Əliyev. "Haftoni: qəlbimdəki yeddi bulaq". Etnoqrafiq-vətənpərvərlik kitabı. Kitabda doğma el-oba, Qarabağ şəhidləri, müharibə veteranları haqqında maraqlı hissələrlə gənclərdə vətənə sevgi duyğuları aşılanmağa çalışılır.
Vasif Əlihüseyn. "Divara yazılmış azadlıq sözü". Gənc şairin poetik-vətənpərvərlik toplusu. Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai-siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq-ədalət, sevgi motivləri də önə gəlir. Müşahidə dəqiqliyi, özünəməxsus yanaşma tərzi, mövzu rəngarəngliyi müəllif yaradıcılığının oxucu sevgisi qazanacağına əminlik yaradır.
Əkrəm Rəhimli (Bije). "Seyid Cəfər Pişəvəri. Mübarizə burulğanında keçən ömür". Güney Azərbaycan Demokratik Respublikasının banisi haqqında tarixi-elmi araşdırma, hərbi-vətənpərvərlik kitabı.
Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları". Ədəbi-publistik, hərbi-vətənpərvərlik kitabı. Kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir.
Ramiz Abbaslı. "Ximera". Roman. Hərbi-vətənpərvərlik mövzusunda bədii nəsr kitabı. Vətəndaşın satqın çıxıb öz vətəninə, xalqına xəyanət etməsi yenilik deyil, bu cür hadisələr olub və olacaq. Düşmən tərəf belələrinin xidmətindən çox məmnuniyyətlə istifadə edir. Əvvəllər qayda beləydi ki, təhlükəli virus daşıyıcıları olduqları üçün onları məhv edirdilər. İndiki zamanda bu, qadağandır. Ona görə də vətən xainləri yaşayır, təhlükəli virusun yayılmasına şərait yaradırlar. Yazıçı Ramiz Abbaslının "Ximera" romanında bu məsələdən söz açılır.
Güləmail Murad. "Aprel döyüşləri". Hərbi-vətənpərvərlik mövzusunda kitabı. Kitab Azərbaycan Milli Qəhrəmanı, 2016-cı il aprelində qəhrəmancasına şəhidlik zirvəsinə qalxmış polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyevin həyat və döyüş yolunun ədəbi tarixçısidir.
Şirin xanım Kərimbəyli Şadiman. "Yol gedirik". Vətənpərvərlik mövzusunda poeziya kitabı. Şairə Azərbaycan ədəbiyyatında öz dəsti xətti olan sənətkarlardan biridir. Onun yaradacılığında Vətən mövzusu əsas xətt kimi gənclərə çatdırılır. AGF və YYSİB - 7
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XV cild. Azərbaycan və dünya ədəbiyyatında ilk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır.
Tofiq Xəzər. "Bərdədən görünən dünya". Roman-epopeya. 16 cilddə. II hissə. XIV cild. Azərbaycan və dünya ədəbiyyatındailk olaraq 16 cilddə qələmə alınmış bu roman-epopeya XX və XXI əsr Azərbaycan mənəviyyatının ədəbi ensiklopediyasıdır
Dilsuz Musayev. "Qəlbimdə göyərən Vətən" (Şeirlər, poema və tərcümələr). Əslən Borçalıdan olan şairin vətənpərvərlik poeziya kitabı. Azərbaycan Gənclər Fondu və YYSİB-nin kreativ layihəsi: "İntellektual gənc əsgər" e-kitab silsiləsi - 4.
"Aprel döyüşləri". Müxtəlif müəlliflərin Hərbi-vətənpərvərlik əsərlərindən ibarət antologiya. Hazırlayanı: Cavahir Qaraqızı. Azərbaycan Gənclər Fondu və YYSİB-nin kreativ layihəsi: "İntellektual gənc əsgər" e-kitab silsiləsi - 3
Zəminə Xınalı (Zəminə Məhəmməd qızı Bayramova). "Əliağa Şıxlinski - Artilleriyanın Allahı" (Poema). «Artilleriyanın Allahı» poeması Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, hərbçi şairə Zəminə Xınalının oxucularla növbəti görüşüdür. «Azərbaycan generalları» silsiləsindən olan bu əsər Azərbaycanın hərb tarixində silinməz izlər qoymuş, «Artilleriyanın Allahı» titulu qazanmış general-leytenant Əliağa Şıxlınskinin keşməkeşli həyatına, hərb tarixində göstərdiyi şücaətlərə həsr olunmuşdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Elnur Uğur Abdiyev. "Təkcə sən bilirsən". Neftçalada yaşayıb-yaradan şairin lirik və vətənpərvərlik poeziyasından ibarət poetik toplu. Azərbaycan Gənclər Fondu və YYSİB-nin kreativ layihəsi əsasında: "İntellektual gənc əsgər" e-kitab silsiləsi - 1
Güney Azərbaycan. “Ədəbi körpü”. Aylıq ədəbi dərgi. III sayı. Yazılar Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifbalarıyla verilir. Bütöv Azərbaycan qələm adamlarının ədəbi-poetik əsərlərindən ibarət e-nəşr.
“İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihə.