Gülşən Lətifxan. "Azər və Aida adası". Roman. Гюльшан Лятифхан. “Азер и Аида”. Роман. Azərbaycan və rus dilində. Rus dilindən tərcümə edən: Məmməd ORUC. Gülşən Lətifxan Hollandiyada yaşamış müəllim, tərcüməçi, hüquqşünas, yazıçı. Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifidir.
Гюльшан Тофиг гызы. “Талисман”. Рассказы. Притчи. Gülşən Tofiq qızı. “Talisman”. Hekayələr. Рritçalar. Rus dilində. Bir müddət vətəndən kənar düşmüş rusdilli Azərbaycan xanım yazıçının hekayələr və prtçalar toplusu.
Самид Агаев. “Хафиз и Султан”. Исторический роман. “Шa’aб” (Пьеса в двух действиях). Rusca. Samid Ağayev “Hafiz və Sultan” Tarixi roman. “Şa’ab” (İkihissəli pyes). Автор С. Агаев - доцент Литературного института им. М. Горького. Остросюжетное повествование, авантюрная канва, тонкий юмор и чарующее обаяние Востока - все это не оставит равнодушным взыскующего читателя.
Çingiz Hüseynov. “Aşırılan bardaqdan suyun dağılmasına icazə verməyin”. Məhəmməd peyğəmbər haqqında Qurani rəvayət. Чингиз Гусейнов. “Не дать воде пролиться из опрокинутого кувшина”. Кораническое повествование о пророке Мухаммеде. Rusca. Modern roman. Rusiyada yaşayan Azərbaycan yazıçısının - Çingiz Hüseynovun modern romanı (rusca e-mətni)
"Həkimlərin söz dünyası". Antologiya. Hazırlayanı: Əfrahim Hüseynli. Həkim-yazarların növbəti poetik toplusu. II kitab. Bu toplu Azərbaycan ədəbiyyatına əvəzolunmaz bir töhfədir. Tərtibatçısı və redaktoru tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynli olan bu kitab Azərbaycan ədəbiyyatına gözəl bir töhfədir.
İmam hafiz Əbu Abdullah Muhəmməd ibn İsmail ibn İbrahim əl-Buxari. "Peyğəmbərin əxlaqı" (əl-Ədəbul-Mufrad və onun şərhi). İki cilddə. İkinci cild. İslam tarixi haqqında tarixi-fəlsəfi, dini-ilahiyyat kitabı. Ərəb dilindən tərcümə edən: Əlixan Musayev.
"Ramiz Abutalıbov. Azərbaycan oğullarını Vətənə qaytaran insan". Toplu. Azərbaycan və fransız dilində. Fransada, YUNESKO-da və Rusiyada - Moskvada yaşayan Ramiz Abutalıbovun yaradıcılığına həsr olunan kitab.
"Məhəmmədhüseyn Şəhriyarın şərəfinə". Almanax. Azərbaycan və rus dilində. Rusiyada yaşayıb-yaradan Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət toplusu. Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri.
Sultan Mərzili. "Bir addımlıq ömür". Şeirlər kitabı. Rusiyada yaşayan, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, tanınmış şairin poetik toplusu. Sultan Mərzili qədim bir tarixi olan Azərbaycan ədəbiyyatına otən əsrin 70-ci illərindən gələn şairlərimizdəndir. 1948-ci idə Dağıq Qarabağda doğulub. 1978-ci ildən Moskvada yaşayır.
“Ədəbi körpü”. VII sayı. İran - Güney Azərbaycandan.Azərbaycan əski ərəb və yeni latın qrafikalı əlifba ilə. Müştərək aylıq ədəbi elektron dərginin növbəti sayında da milli qələm adamlarımızın yaradıcılığı təbliğ olunur.
Western-Eastern Poets in Sympathy: Poetic Dialogue. "Duet of Sakura". Afaq Shikhli & Kyoka Nakazawa. Rusiyada yaşayıb-yaradan Azərbaycan şairəsi ilə Yaponiyalı Kyoka Nakazavanın ingilis və yaponca müştərək poeziya toplusu...
Şirin xanım Kərimbəyli Şadiman. "Kiminə acı dünya, kiminə tacı dünya". İstedadlı və məhsuldar şairənin növbəti kitabında yaradacılığının müxtəlif istiqamətlərini əks etdirən şeirləri toplanıb.
Rövşən Yerfi. "Yerfi silsiləsi". Kiçik esselər. Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003)), məhbəs pyesi ("Sanitarlar" (2017)), qadın cəza evi haqqında povest (“Qadın düşərgəsi” (2006)), pyes (“Həbsxana bənövşəsi”(2013) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007)) yazmış Rövşən Yerfinin bu kitabı düşünməyi sevənlər üçündür. Kitaba müxtəlif mövzularda yazılan 51 kiçik esse, 21 mənsur şeir və bir neçə şeir toplanıb.
Razil Vəliyev. "Payız yağmuru". Tatarıstanda yaşayan tanınmış ictimai-ədəbi xadiminin Azərbaycan dilində ilk elektron - poetik kitabı: DGTYB-nin nəşri. Tatarıstan Respublikasının Abdulla Tukay adına Dövlət, Musa Cəlil adına Respublika Ödülü laureatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, görkəmli ictimai və dövlət xadimi, xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə tanınmış şair-publisist Həyat ŞƏMİ çevirib.